Dünya İqtisadi Forumunun bəyan etdiyi siyahıya əsasən (Top 10 skills of 2025) növbəti beş ildə insan davranış mədəniyyətində hansı kompetensiyalara yiyələnməlidir? Məntiqi təfəkkürə malik insan situasiya, problem və prosesləri hissələrə ayırır və onları ayrı-ayrılıqda sistemli təhlil edir, topladığı məlumatları qiymətləndirərək mürəkkəb məsələlərin öhdəsindən gəlməyi bacarır. Yeniliyə açıqlıq (innovasiya) sosial və ya iqtisadi dəyər qazanmaq məqsədi ilə yeni ideyalardan istifadə etmək səriştəsinə aiddir. Bu, daim öz üzərində işləmək və təkmilləşmək, yenidən öyrənmək, professional (peşəkar) mobillik, yeniliyə doğru irəliləmək qabiliyyəti və hazırlığıdır.
Azərbaycan Texnologiya Universitetində türk memar Samet Özcanın "Memari özəlliklər" adlı seminarı təşkil edilib. Onlayn keçirilən seminarda əsasən Yüngül sənaye mühəndisliyi və Dizayn kafedrasının müəllim və tələbələri iştirak ediblər. Məruzəçi maraqlı çıxışın ardından UTECA tələbələrinin suallarını cavablandırıb, onlarla motivasiya xarakterli söhbətlər aparıb, təcrübələrini bölüşüb.
"AzerGold QSC"-nin təşkilatçılığı ilə Azərbaycan Texnologiya Universitetinin tələbələrinə adıçəkilən müəssisənin Sağlamlıq və əməyin təhlükəsizliyi şöbəsinin müdiri Rüfət Əliyev tərəfindən “İstehsalat və xidmətin təşkili zamanı sağlamlığın qorunması və təhlükəsiz iş şəraitin yaradılması” mövzusunda seminar keçirilib. Seminar ZOOM platforması üzərindən onlayn qaydada həyata keçirilib. Seminarda tələbələrlə yanaşı universitetin professor-müəllim heyəti də iştirak edib. Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırıllb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Xarici dillər kafedrasının baş müəllimi Məmmədova Turanə Güloğlan qızının rəhbərliyi ilə 2220a1 qrupunun əcnəbi tələbəsi Saşavata Royun elmi seminarı təşkil edilib. Seminarın mövzusu “The new methods and means for the improvement of listening and reading skills”olmaqla dinləmə və oxu bacarıqlarının inkişafı üçün yeni metod və vasitələrə həsr edilib. Mövzu aktual olması ilə bərabər, kafedranın cari ildəki hesabat mövzusu ilə uzlaşıb. Seminarda kafedra və fakültənin müəllim heyəti, həmçinin Elm və Xarici əlaqələr mərkəzinin əməkdaşları iştirak ediblər. Tələbə prezentasiyasını ingilis dilində təqdim etdikdən sonra rəhbər müəllim M.Turanə digər dinləyicilərə aydın olması üçün onu Azərbaycan dilinə tərcümə edib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, əcnəbi tələbəyə bəzi suallar verildikdən sonra seminar yüksək qiymətləndirilib.
Gənc azərbaycanlı ixtiraçı, dünyada şöhrət qazanan Reynerci (Rainergy) startapının təsisçilərindən biri olan Reyhan Camalova Amerika və Kanadada qeydiyyatdan keçdiyi və qəbul cavabı aldığı universitetlərin siyahısını paylaşıb. Paylaşımda deyilir: “Bu gün Amerika universitetlərindən qeydiyyatdan keçdiyim son universitetin - Stanford Universitetinin - nəticəsi açıqlandığı üçün artıq qəbul aldığım universitetlərin siyahısını paylaşaraq sizinlə öz sevincimi bölüşmək istəyirəm.1. STANFORD Universiteti2. PENNSYLVANİA Universiteti - Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi qəbul almışam. 3. DUKE Universiteti (Tam - illik 85,903 dollar təqaüdlə) - Martın ortasında erkən qəbul (likely letter) aldım. 4. BROWN Universiteti (Tam - illik 85,574 dollar təqaüdlə) 5. AMHERST Kolleci (Tam - illik 84,168 dollar təqaüdlə)- Martın 5-də erkən qəbul (early write) alan 200 şagirddən biri oldum. 6. TORONTO Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences) 7. TORONTO Universiteti Scarborough Filialı, Co-op Menecment (Co-op Management BBA)".
4 aprel trixində Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatı və universitet fəalları Aprel Şəhidlərini anım məqsədilə Gəncədə yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Qeyd edək ki, 2016-cı il Aprel döyüşləri zamanı mərdliklə Şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğullarından biri İnqilab Quliyev Gəncədəki Şəhidlər Xiyabanında uyuyur. UTECA gəncləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçənlərin əziz xatirələrini yad edib, Şəhidlərimizin ruhuna dualar oxuyub, məzarları önüə gül düzüblər.