Azərbaycan Texnologiya Universitetində (UTECA)5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Tədbir zamanı universitetin rektoru, professor Akif Süleymanov əlamətdar gün münasibətilə pedaqoji heyəti təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, müəllim şərəfli, eyni zamanda olduqca məsuliyyətli peşədir və bu işdə ali məktəb müəllimlərinin çiyinlərinə xüsusi məsuliyyət düşür. Professor-müəllim heyəti, yerli və xarici tələbələrin çıxışlarında qeyd olunub ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Tədbirdə tələblərin Müəllimlər Günü ilə bağlı hazırladıqları videoçarxlar maraqla izlənilib.
Azərbaycan Texnologiya Universitetində I kurs tələbələri üçün Gəncə Gənclər Evinin təqdimatı keçirilib.Tələbələri mərkəzin fəaliyyət istiqamətləri - dil kursları, klublar, debatlar, idman yarışları, tətbiqi incəsənət növləri, yerli və beynəlxalq layihələr barədə Gənclər evinin əməkdaşları məlumatlandırıblar. Bildiriblər ki, hər bir tələbə Gənclər Evinin nümayəndəsi ola bilər və məqsəd tələbənin, eləcə də hər bir gəncin asudə vaxtını səmərəli keçirməsinə dəstək olmaq, fəalları üzə çıxarmaqdır. Görüş maraqlı diskusiya ilə davamedib. Təkliflər dinlənildikdən sonra tələbələr könüllülük üçün müraciət ediblər.
Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli İnformasiya Texnologiyaları Sənaye Təşviqi Agentliyi (NİPA) tərəfindən Azərbaycan Texnologiya Universitetinə ezam edilib. UTECA-da 1 il müddətinə öz təcrübələrini bölüşəcək yüksək ixtisaslı ekspertin “Texnoloq” qəzetinə müsahibəsindən:-34 illik bir təcrübəyə sahibsiz, bunun 20 ildən artığını xarici ölkələrin təhsilinin təkmilləşdirilməsinə və onlardan nələrsə əldə etməyə həsr etmisiz. Son təcrübələriniz haqda eşitmək istərdik.-2016/2018-ci illərdə Özbəkistanda fəaliyyət göstərmişəm. Bu müddət ərzində Daşkənd universitetlərindən birinə yenilik gətirdik. Belə ki, Daşkəndin İKT vəlogistika profilli universitetindən birində Cənubi Koreyanın İnha universitetinin filialının açılmasına təşəbbüs göstərdik. Layihə reallaşdı, nəticədə özbəklər üçün yaxşı imkan yarandı. Həmin universitetə qəbul daha şəffaf olub ki, ən böyük nailiyyətlərdən biri də bu idi. O tələbələr ikili diplom imkanı qazanıblar. Hazırda daha bir C.Koreya universiteti olan Acou-nun Özbəkistan universitetlərindən birində elektrik mühəndisliyi və memarlıq-inşaat sahəsi üzrə filialı açılmaq üzrədir.-Və növbəti seçiminiz Azərbaycan oldu, yəqin ki, bir səbəbi var.-Azərbaycan Özbəkistandan daha zəngin ölkədir, çünki, təbii sərvətləri daha genişdir. Azərbaycana gəlməyim də təsadüfi deyil, çünki, MDB məkanında, regionda kifayət qədər gücü və imkanı var, həm də yaşamaq üçün ən təhlükəsiz ölkələrdəndir. Sadəcə təhsilə sərmayə yatırılsa iqtisadi cəhətdən daha da inkişafa nail ola, neft və aqrar sahədən asılılığı aradan qaldıra bilər. Elmin iqtisadiyyata töhfəsi zəruridir və buna nail olmaq üçün də maliyyə lazımdır.-Artıq üçüncü həftədir ki, Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərirsiniz, bəs burada hədəfləriniz nədən ibarətdir?-Gəldiyim vaxtdan şöbələrin iş prinsipi ilə tanış oluram. Müşahidə etdim ki, elmi tədqiqatların dünya standartları əsasında aparılmasına ehtiyac var. Misal üçün Cənubi Koreya təhsili Avropa standartlarından çox Amerika standartlarına əsaslanır, həmin standartları üstün tutur. Burada da Amerika standartların tətbiqinə ehtiyac var. Nəticədə elmi tədqiqatlar universitetin özəyidir və dəyişikliyə buradan başlamaq olar. Yüngül sənaye sahəsində Koreya təcrübəsinə əsaslanan, Asiya ölkəsinin tekstil dünyasını UTECA-ya cəlb etməklə Texnoparkın qurulması haqda da düşünürəm. Keyfiyyətin təminatı məsələləri ilə tanış olub, nəticəyə əsasən təkliflər verib dəyərləndirəcəyik. Hələlik nəsə demək tezdir, çünki hazırda analiz aparırıq, vəziyyəti təhlil edirik. Bütün hallarda ilk iş rastlaşdığımız köhnə standartları yenilərilə əvəz etmək olacaq.
Azərbaycan Texnologiya Universitetində “Bir” Tələbə- Könüllü Proqramında iştirak edəcək tələbələrlə görüş keçirilib.Proqramın rəhbəri Canoğlan İlyasov 1-ci kurs tələbələrinə təqdimatındabildirib ki, “Bir” Tələbə-KönüllüProqramı ölkənin siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllüişini sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılanuzunmüddətli layihədir. Azərbaycanda mötəbər idman yarışları və mədəniyyəttədbirləri gələcəkdə də davam edəcək və həmin tədbirlərdə “Bir” Tələbə -Könüllü Proqramı çərçivəsində tələbə könüllülərin iştirakı nəzərdə tutulur. LayihəBakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı və Lənkəran şəhərlərində fəaliyyətgöstərən 21 ali təhsil və 16 orta ixtisas təhsil müəssisəsini əhatə edir.Hazırda “Bir” Tələbə - Könüllü Proqramına 23 mindən çox tələbə cəlb olunub. Görüşdə qeyd olunub ki, ölkədə könüllülərin fəaliyyətivahid məlumat bazasında sistemləşdirilir və tələbənin könüllü olaraq dövlət əhəmiyyətlitədbirlərdə iştirakı gələcək karyeraya müsbət təsir edir.“Bir” Tələbə - Könüllü Proqramının mahiyyətini əksetdirən videoçarxlar izləndikdən sonra tələbələrinsualları cavablandırılıb. Tədbir maraqlı oyun və müsabiqələrlə davam edib.
Məlum olduğu kimi Azərbaycan Texnologiya Universitetinin əməkdaşlıq etdiyi şirkətlərdən biri Azercell Tələbə Təqaüdü Proqramı elan edib. Şirkətin nümayəndələri bu məqsədlə UTECA tələbələri ilə görüşüblər. Görüşdə layihə ilə bağlı məlumat verilərkən bildirilib ki, Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr təhsil müddətinin sonunadək aylıq 200 AZN təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər. Qeyd edək ki, Azercellin Barama İnnovasiya və Sahibkarlıq mərkəzi PAŞA Bankın dəstəyi ilə Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərir. Tələbə Təqaüdü Proqramı ilə bağlı ətraflı linkdə: https://azercell.easyhire.me/…/details/5d74e4e31f76982a…/en…
Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasının dosenti Urxan Mehdiyev Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən Ə.A.Qarayev adına qızıl medala layiq görülüb. Urxan Mehdiyev 1969-cu ildən şərabçılıq sahəsində faəliyyətə başlayıb. Elmi nailiyyətlərini istehsalatda tətbiq etməklə bir sıra milli şərab markalarının yaradılmasına töhvə verib. Texnika üzrə fəlsəfə doktoru, 77 yaşlı şərabçı-texnoloqun 120-dən çox elmi əsəriyerli və xarici jurnallarda çap edilib.