Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində “Açıq qapı” günü keçirilib

“Açıq qapı” günündə universitetdə təhsil alan tələbələrin valideynləri payız semestrinin qış imtahan sessiyası ilə yaxından tanış olublar.Əvvəlcə Azərbaycan Texnologiya Universitetin rektor əvəzi dos. Yaşar Ömərov valideynləri qəbul edərək onları imtahanların təşkili barədə məlumatlandırıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən universitetdə İmtahan Qərargahı və Appelyasiya Komissiyası yaradılıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün zəruri tədbirlər görülüb. Bütün korpuslarda təklif və müraciətlər qutusu yerləşdirilib. Y.Ömərov imtahan prosesinin uğurla davam etdiyini bildirib. Məlumat verib ki, 3300 dən çox tələbənin təhsil aldığı Azərbaycan Texnologiya Universitetində qış imtahanlarına 30 dekabrdan start verilib. 1 fevral tarixinədək davam edəcək imtahanlar test və yazılı qaydada keçirilir. Gün ərzində 700 tələbə imtahanlarda iştirak edir. Nəticələr elə həmin gün elan olunur.Qəbul zamanı valideynlərin fikir və təklifləri də dinlənilib.Daha sonra valideynlər imtahan zallarını və auditoriyalarını gəzərək imtahanların gedişatını izləyiblər. Kodlaşdırma otağında olaraq yoxlama prosesinin necə şəffaf, obyektiv və sürətli həyata keçirildiyini müşahidə ediblər.

 

 

 

 

CRENG komandası üçün növbəti seminar təşkil olunub

Azərbaycan Texnologiya Universitetinin (UTECA) "Nəqliyyat xidmətləri üçün böhran və risk mühəndisliyi” (CRENG)" layihəsinin iştirakçıları üçün növbəti seminar təşkil olunub. Layihə çərçivəsində 25.11-06.12/2019-cu il tarixlərində Polşanın Varşava Politexnik Universitetində təlimlərdə iştirak edən üç müəllim burada qazadıqları bilik və təcrübələri CRENG komandasının üzvü olan həmkarları ilə bölüşüblər. Çıxışçılar bildirib ki, təlimlər zamanı onlara Polşanın Varşava Politexnik Universitetinin müəllimləri tərəfindən CRENG Erasmus+ KA2 layihəsinə daxil olan fənlər, onların tədrisi metodikası ilə bağlı məlumatlar verilib. Həmçinin, Dəmiryol nəqliyyatının təşkili, Şəhər nəqliyyatının təşkili laboratoriyalarinda analoji simulasiya proqramının tətbiqi ilə bağlı təlimlər keçilib. Sonda isə təlim iştirakçılarına sertifikatlar təqdim olunub. Seminar zamanı təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb. Polşada təlimlərdə iştirak etmiş müəllimlər CRENG komandası üzvlərinin mövzu ilə bağlı suallarını cavablandırıblar. 

UTECA-nın müəllim kollektivi avropalı təhsil ekspertləri ilə təlimdə iştirak edirlər

UTECA-nın müəllim kollektivi avropalı təhsil ekspertləri ilə təlimdə iştirak edirlər Azərbaycan Texnologiya Universitetinin müəllim kollektivi UTECA-nın da tərəfdaş olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+EQAC (Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması və İnkişaf etdirilməsi) layihəsi çərçivəsində Bakı Biznes Universitetində baş tutan təlimdə iştirak edirlər. Təlimdə müəllim kollektivi ilə avropalı təhsil ekspertləri arasında təhsilin keyfiyyəti barədə müzakirələr keçirilir. Bakı şəhərində reallaşan təlimdə UTECA-nı Keyfiyyətin təminatı şöbəsinin müdiri və EQAC layihəsinin universitet üzrə meneceri Asiman İlyasov, Keyfiyyətin təminatı şöbəsinin əməkdaşları Gülnaz Hüseynova, Jalə Həmzəyeva, Xarici dillər kafedrasının müəllimləri Rəna Abbasova və Turanə Məmmədova təmsil edir. 


UTECA TGT seçildi

UTECA TGT seçildi Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatı (UTECA TGT) 2019-cu il ərzində təhsil, idman, mədəniyyət-incəsənət, elm və s. sahələrdə yüksək və uğurlu fəaliyyətinə görə "İlin Tələbə Gənclər Təşkilatı" nominasiyası üzrə mükafata layiq görülüb. Uğurlar UTECA TGT!       

Təhsil naziri rektoru medalla təltif etdi

Təhsil naziri rektoru medalla təltif etdi Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanovu “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edib. Nazir elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiklərinə görə bir çox elm adamlarının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.   

Türkiyənin ilk milli avtomobilinin təqdimatı olub

Türkiyənin ilk milli avtomobilinin təqdimatı olub “Bu gün ölkəmiz üçün tarixi gündür. Altmış illik xəyalımız reallığa çevrilir. Uzun illərdi ki, öz avtomobilimizi istehsal etmirdik. Yüzdən çox türkiyəli mühəndis yerli texnologiyalardan istifadə edərək layihə üzərində çalışıb. Bursa əyalətinin Gemlik şəhəri rayonunda yeni zavod tikiləcək” - deyə Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyənin Avtomobil Müəssisə Qrupu Sənaye və Ticarət A.Ş-nin (TOGG) ərsəyə gətirdiyi yerli avtomobilin SUV və Sedan modelləri nümayiş olunub. Türkiyənin ilk elektromobilinin istehsalı üzrə layihənin investisiyası 13 il ərzində 22 milyard dollar təşkil edəcək. “Türk avtomobilləri” təşəbbüs qrupu ildə beş modeldən ibarət 175 min avtomobil istehsal etməyi planlaşdırır. Dövlət 2035-ci il dekabrın 31-dək 30 min elektromobil almaq niyyətindədir.