Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi eləcə də Gənclər Evinin təşkilatçılığı ilə 8 Noyabr Zəfər Günü münasibətilə stolüstü tennis üzrə yarış keçirilib. 44 günlük Vətən müharibəsinə həsr edilən birincilikdə 8 komanda mübarizə aparıb. Yarışa ali və orta ixtisas məktəblərinin gənclər təşkilatlarının üzvləri, eləcə də könüllülər qatılıb. Birincilikdə həm qız, həm də oğlanlardan ibarət komandalar iştirak edib.Azərbaycan Texnologiya Universitetinin komandası ilk yarış günündə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrini 4:0 hesabı ilə məğlub ediblər. Növbəti mərhələdə UTECA komandası Tibb Kollecindən olan rəqiblərini 3:1 üstələyiblər. Final qarşılaşmasında isə GDU ilə üz-üzə gələn komandamız 3:1 hesabı ilə yenilərək 2-ci yerə çıxıb. Komanda diplomla təltif olunub.