Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Kənan Vətən sevgisini üstün tutdu

Ömərli Kənan 2020-ci ilin yanvarında hərbi xidmətini başa vuran Kənan bu il subbakalavr kimi universitetimizə qəbul olur - Nəqliyyat mühəndisliyi ixtisası, əyani. Lakin... Lakin Vətən sevgisini illərdir arzusunda olduğu ali təhsilindən üstün tutur... Qəbul nəticələri elan olunduqdan dərhal sonra könüllü cəbhəyə yollanır və qeydiyyata vaxtı qalmır. Döyüşlərdə şücaət göstərən Kənan 6 oktyabrda şəhidlik zirvəsinə ucalır. Valideynləri universitetimizə Kənanı unutmayın deyir. Kənanın Texnologiya Universitetini tanımağa fürsəti olmadı, ancaq öncəliyi - ali təhsil arzusuna çatmışkən öncə Vətən deməsi bizə onu tanıtdırdı. Fəxr edirik! Unutmayacayıq, unutdurmayacayıq!

Təlim iştirakçılarına sertifikatlar verilib

3 və 4 dekabr tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Bank Tədris Mərkəzi və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə "Məsuliyyətli borclanma" mövzusunda keçirilib. Təlimdə UTECA tələbələri, professor - müəllim və inzibati heyəti iştirak edib. Maliyyə savadlılığının artırılması məqsədilə keçirilən iki günlük təlimlərə 75 dən çox iştirakçı qatılıb. Bütün iştirakçılara sertifikatlar verilib. 

Tələbəmiz Rahim Əmənov

O, universitetimizin kommersiya ixtisasının 2-ci kurs tələbəsidir. 2016-cı ildə Aprel döyüşlərində də topçu kimi iştirak edən Rahim 2-ci Qarabağ müharibəsinə könüllü qatılıb. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsində iştirak edib.Rahim deyir ki, döyüş zamanı ən çox ruhlandıran məqamlardan biri Xocavəndi işğaldan azad edən zaman ələ keçirilən düşmən qənimətlərilə düşmənin özünü top atəşinə tutması olub. Qürur duyuruq! 


Kommersiya ixtisasımızın döyüşçü tələbəsi

Kommersiya ixtisasımızın döyüşçü tələbəsi Ədil Qasımov Kommersiya ixtisasımızın qiyabi, II kurs tələbəsi Vətən Müharibəsinə könüllü qatılıb. Fəxr edirik! 

Vətən müharibəsinin iştirakçısı olan məzunumuz

Vətən müharibəsinin iştirakçısı olan məzunumuz Adınur Alıyev Biznesin idarəedilməsi ixtisası üzrə 2018-ci il məzunumuz Adınur Cəbrayıl və Qubadlı şəhərlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərən igidlərdəndir. Qürur duyuruq! 

Azərbaycan ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edir

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevi dərin hüzünlə anırıq!