Ənvər Məmmədhəsənov Sənayenin təşkili və idarə edilməsi ixtsasımızın qiyabi şöbə üzrə II kurs tələbəsi Ənvər Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda Kəlbəcərdə Vətənin keşiyindədir. Fəxr edirik!
Qulu Poladov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Qulu, UTECA-nın Turizm və otelçilik ixtisasının 2014-cü il məzunu, "Agro Dairy" şirkətinin əməkdaşıdır. Əks hücum əməliyyatları başlayan gündən ön cəbhədə olan Qulu, Xocavənd, Laçın və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda Laçın dəhlizində xidmətini davam etdirir. Fəxrimizdir!
Məhər İsgəndərov UTECA-nın Sənayenin təşkili və idarə olunması ixtisası məzunu Məhər, Tərtər istiqamətində gedən döyüşlərdə topçu kimi iştirak edib. “Suqovuşanın azadlığı uğrunda” medalı ilə təltif olunub. Fəxr edirik!
Nurlan Nağıyev Biznesin idarə edilməsi ixtisasımızın II kurs tələbəsi Talış, Suqovuşan istiqamətində gedən döyüşlərdə topçu kimi iştirak edib. “Suqovuşanın azadlığı uğrunda” medalı ilə təltif olunub. Fəxrimizdir!
UTECA-da onlayn imtahanlar davam edir. UTECA-nın rektoru, professor Akif Süleymanov imtahanların gedişatını izləyib. Rektor imtahan qabağı qoşulan tələbələrlə həmsöhbət olub. Onlardan bir neçəsinin fikir və təkliflərini dinləyib, qarşılaşdıqları çətinliklərlə maraqlanıb, öz tövsiyələrini verib. Rektor bir neçə qrupda imtahanın gedişatını izləyib, qeydlər aparıb. Qış imtahah sessiyasının artıq 4-cü günüdür. İmtahan prosesi Microsoft Teams proqramı vasitəsilə aparılır. Bir ay davam edəcək imtahanlarda 2122 əyani, 551 qiyabi, 208 magistr olmaqla ümumilikdə 2881 tələbənin iştirakı nəzərdə tutulub.
Universitetimizin rektoru, professor Akif Süleymanov Vətən Müharibəsində iştirak edən məzun və tələbələri, eləcə də 44 günlük müharibə dövründə cəbhə bölgəsində yaşayan tələbələri qəbul edib. Onlayn qəbulda 50-dən çox tələbə və məzun iştirak edib. Görüşdə qələbədə canını fəda edən Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Universitetdə II Vətən müharibəsində Şəhid olan məzun və tələbələrimizin adlarının əks olunduğu abidənin ucaldılması işlərinə artıq başlandığını deyən rektor bildirib ki, Texnologiya Universiteti Vətən üçün canından keçənlərin xatirəsini daim yaşadacaq. Professor ölkə başçısının sərəncamı ilə medallara layiq görülən tələbə və məzunlarımızı təbrik edib, onları zəfər münsibətilə bir daha təbrik edib. Vətən müharibəsində iştirak edən tələbə və məzunlar döyüş xatirələrini bölüşüblər. Sonra rektor cəbhə bölgəsində yaşayan tələbələrin problemlərilə, onlayn dərslər və imtahanlar zamanı qarşılaşdıqları çətinliklərlə maraqlanıb. Tələbələri dinləyən professor müharibə dövründə, çətin şəraitdə onlayn dərslərə qoşulanlarla bir daha fəxr etdiyini bildirib, görüşdə iştirak edən dekanlara müraciətlər əsasında müvafiq tapşırıqlar verib. Sonda rektor pandemiya dövrünün çətinliklərinə, bundan irəli gələn təhsil məsələlərinə dair tövsiyə və nəsihətlərini verib. İmtahanlarda müvəffəqiyyətlər arzu edib, sabah üçün sağlam kadr kimi yetişəcəklərinə hər zaman ümid etdiyini bildirib.