Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Tələbəmiz Rahim Əmənov

O, universitetimizin kommersiya ixtisasının 2-ci kurs tələbəsidir. 2016-cı ildə Aprel döyüşlərində də topçu kimi iştirak edən Rahim 2-ci Qarabağ müharibəsinə könüllü qatılıb. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsində iştirak edib.Rahim deyir ki, döyüş zamanı ən çox ruhlandıran məqamlardan biri Xocavəndi işğaldan azad edən zaman ələ keçirilən düşmən qənimətlərilə düşmənin özünü top atəşinə tutması olub. Qürur duyuruq! 

Kommersiya ixtisasımızın döyüşçü tələbəsi

Kommersiya ixtisasımızın döyüşçü tələbəsi Ədil Qasımov Kommersiya ixtisasımızın qiyabi, II kurs tələbəsi Vətən Müharibəsinə könüllü qatılıb. Fəxr edirik! 

Vətən müharibəsinin iştirakçısı olan məzunumuz

Vətən müharibəsinin iştirakçısı olan məzunumuz Adınur Alıyev Biznesin idarəedilməsi ixtisası üzrə 2018-ci il məzunumuz Adınur Cəbrayıl və Qubadlı şəhərlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərən igidlərdəndir. Qürur duyuruq! 


Azərbaycan ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edir

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevi dərin hüzünlə anırıq! 

UTECA müəllimi vəfat edib

Azərbaycan Texnologiya Universitetinin Menecment kafedrasının baş müəllimi Fikrət Əliyev koronavirusdan vəfat edib. Allah rəhmət eləsin! 

Biz də onunla fəxr edirik

Anar Məmmədzadə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Anarı tanıyanlar Azərbaycan Texnologiya Universitetinın rəsmi səhifəsinə müraciət edərək onun şəklini paylaşmağımızı istəyiblər. Baxmayaraq ki, Anar Azərbaycan Texniki Universitetinin üçüncü kurs tələbəsi idi, biz də onunla bağlı paylaşım etməyi özümüzə borc bildik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qürur duyuruq!