Vakansiya 1. “MARKETİNQ ÜZRƏ KOORDİNATOR”
Namizədə qarşı tələblər:
İş yeri: Gəncə şəhəri - Azərbaycan Texnologiya Universiteti;
Yaş: 25-35 (kişi/qadın);
İş qrafiki: I-V gün saat 08:30-17:00;
İş təcrübəsi: 1 il (Marketinq sahəsində arzuolunandır);
Ali təhsil (İqtisadiyyat, "Reklam / PR / Marketinq" üstünlükdür);
Kompüter bilikləri: MS Office proqramları;
Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
Reklam dilinə sahib olmaq; Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
Məqsədyönlülük, dürüstlük, məsuliyyətlilik, çeviklik,;
Təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
Komandada işləmə.
Vəzifə öhdəlikləri: Universitetin strateji marketinq planının hazırlanması və tətbiqinin təminolunması; Marketinq tədbirlərinin təşkili; Tələbə qəbulu ilə bağlı innovativ təkliflər vermək və icrasını təmin etmək; Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək vəmüvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək; Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək; Universitetin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək; Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı; Marketinq və reklam materiallarının yaradılması; Marketinq tədbirlərinin təşkili; Universitetin müəssisələrlə əlaqəsini təmin etmək.
Vakansiya 2. “SOSİAL-HUMANİTAR VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ÜZRƏ KOORDİNATOR”
Namizədə qarşı tələblər:
İş yeri: Gəncə şəhəri - Azərbaycan Texnologiya Universiteti;
Yaş: 25-45 (kişi/qadın); İş qrafiki: I-V gün saat 08:30-17:00;
İş təcrübəsi: 1 il; Ali təhsil (humanitar elmlər üzrə);
Kompüter bilikləri: MS Office proqramları; Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
Ünsiyyət və təqdim etmə bacarıqları;
Məqsədyönlülük, dürüstlük, məsuliyyətlilik, çeviklik,;
Komandada işləmə.
Vəzifə öhdəlikləri: İctimaiyyətlə və KİV-lə əlaqələri təşkil etmək
İctimaiyyətlə əlaqələr kampaniyalarının keçirilməsi planının hazırlanması vətəşkil edilməsi;
Cəmiyyətin sosial, iqtisadi və siyasi baxışlarını təhlil etmək, gələcək üçünproqnozları işləyib hazırlamaq və xoşagəlməz tendensiyaları vaxtındanəvvəl üzə çıxarmaq;
Universitetin müxtəlif tədbirlərdə iştirakını təmin etmək;
Universitetin bütün uğurlu addımları haqqında məlumatların yayımındabütün lazım olan vasitələrdən universitetin çiçəklənməsi üçün istifadəetmək;
Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi ilə bağlı işləri icra etmək;
Periodik görülən işlər ilə bağlı hesabatların hazırlanması və rəhbərliyətəqdim olunması.
Vakansiya 3. “TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN SƏDRİ”
Namizədə qarşı tələblər:
İş yeri: Gəncə şəhəri - Azərbaycan Texnologiya Universiteti;
Yaş: 20-30 (kişi/qadın); İş qrafiki: I-V gün saat 08:30-17:00;
Ali təhsil; Kompüter bilikləri: MS Office proqramları;
Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
Ünsiyyət və təqdim etmə bacarıqları;
Məqsədyönlülük, dürüstlük, məsuliyyətlilik, çeviklik;
Komandada işləmə. Vəzifə öhdəlikləri: Fakültə elmi cəmiyyətinin tərkibini müəyyənləşdirmək;
Elmi rəhbərlər və TEC xətti ilə elmi işlər aparan tələbə və magistrantlarınarasında aktiv iş şəraiti yaratmaq;
TEC xətti ilə tələbələrin və magistrantların elmi seminarlarının keçirilməsinənail olmaq;
TEC işlərinin gedişi barədə fakültə elmi şurasına məlumat və hesabatlarvermək;
Fakültələrdə TEC işlərinin vəziyyətinin müzakirəsini təşkil etmək;
Fakültədəki tələbələr arasından universitetlərarası olimpiadalarda və tələbəelmi konfranslarında iştirak üçün namizədlər seçmək;
TEC xətti ilə respublikamızda xalq təhsili, iqtisadi inkişaf, gənclərin elmipotensialının artırılması məsələləri ilə bağlı olan mövzuların araşdırılmasınanail olmaq;
Periodik görülən işlər ilə bağlı hesabatların hazırlanması və rəhbərliyətəqdim olunması.
☞ UTECA komandasında işləmək istəyən namizədlər CV-lərini foto şəkili ilə (mövzu yerində“Tələbə elmi cəmiyyətinin sədri” qeyd edilməklə) [email protected] elektronünvanına göndərə bilərlər.
☞ Müraciət üçün son tarix 15 fevral 2021-ci ildir.
☞ Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddətibitdikdə CV-lərə baxılmayacaq!
UTECA-nın Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsinin 2013-cü il məzunu, baş leytenant Rahim Mikayılov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Rahim 1990-cı ildə Quba rayonunun 2-ci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Zabit kimi Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlindən onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb. İtkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib. Şəhidimiz dünən, anadan olduğu kənddə torpağa tapşırılıb. Allah rəhmət eləsin.
MBA proqramı üzrə I kurs magistr tələbəmiz Elbəy Hüseynzadə döyüşlərə könüllü qatılıb. Motoatıcı kimi Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 25 yaşını Laçında qeyd edən tələbəmiz "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Artıq tərxis olunan tələbəmiz bir neçə gün əvvəl universitetə gələrək müəllimlərlə görüşüb, döyüş xatirələrini bölüşüb.
Avtomatika, telekommunikasiya və informatika fakültəsində yeni laborotoriya qurulub. Beynəlxalq Miqrasiya Təşkilatı ilə UTECA əməkdaşlığı nəticəsində universitetimizin Avtomatika, telekommunikasiya və informatika fakültəsində yeni laborotoriya qurulub. Müasir kompyuter avadanlıqları ilə təchiz edilən laboratoriyada tələbələrə asudə vaxtlarda proqromlaşdırma dilləri və digər tətbiqi proqramlar öyrədiləcək. Orta məktəb şagirdlərinə olimpiadalar təşkil olunacaq. Regionda informasiya texnologiyalarının elmi və tədris səviyyəsini artırmaq üçün müxtəlif kateqiroyalarda təlimlər təşkil olunacaq.
“MBA proqramı üzrə magistr təhsili alanlar doktoranturaya qəbul ola bilərmi?” Səhifəmizə tez-tez verilən suallardan: “MBA proqramı üzrə magistr təhsili alanlar doktoranturaya qəbul ola bilərmi?” Universitetimizin Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev cavablandırır: "MBA proqramı üzrə təhsil alan magistrlar doktoranturada təhsillərini davam etdirmək istədikdə, onlar tədris müddətində təhsil almaqla yanaşı magistrlik dissertasiyası işləməli və müdafiə etməlidirlər. Belə magistrlar doktoranturada təhsillərinə ancaq iqtisadiyyat üzrə ixtisaslarda davam edə bilərlər. Hazırda universitetimizdə MBA proqramında 6 ixtisaslaşma üzrə tədris aparılır. Bunlar sahələr üzrə ingilis dilində, Azərbaycan dillərində isə maliyyə, marketinq sahələri üzrə, mühəndislik və idarəetmənin riskləri üzrə, mühasibat uçotu üzrə, turizm və otelçiliyin idarə edilməsi ixtisaslaşmalarıdır. UTECA-da MBA proqramı artıq üçüncü ildir tədris olunur. Ötən il ilk MBA məzunlarımız olub - 6 nəfər. Hazırda universitetimizdə MBA proqramında II kurslar üzrə 27 magistr, I kurslar üzrə isə 60 magistr təhsil alır. Biznesin idarə edilməsi ixtisası üzrə təhsil Avropa Kredit Transfer Sisteminə uyğun olaraq 4 semestr tədris olunur. Təhsilini tamamlamış magistr öz ixtisası üzrə magistr elmi ixtisas dərəcəsi və diplomu ilə təltif olunur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir".
UTECA-da 20 yanvar faciəsinin 31-ci ildönümü qeyd edilib. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən vebinarda qazilər, professor-müəllim heyəti və tələbələr iştirak edib. Tədbirin əvvəlində himn səsləndirilib, daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda müstəqilliyin başlanğıcı olan 20 yanvar faciəsinin tarixinə nəzər salınıb. Bildirilib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq. 20 Yanvar faciəsi Respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. Artıq bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Tədbirdə tələbələrin hazırladığı, 20 yanvara həsr edilmiş vieoçarx nümayiş etdirilib.