İctimai elmlər və multikultralizm kafedrasının baş müəllimi Mətanət Mustafayevanın "Türk mifik bədii təfəkküründə hökümdar kultu" mövzusunda universitet səviyyəsində elmi - praktiki seminarı keçirilib. Onlayn tədbirə universitetin professor - müəllim heyəti qatılıb. Mövzunu səsləndirən Mətanət Mustafayevanın nümayiş etdirdiyi slaydlar dinləyicilərin marağına səbəb olub. Sonda natiqə mövzu ilə bağlı suallar verilib, diskusiya aparılıb və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edilib.
Hər il 1 dekabr tarixi - Qazanılmış İmmun Çatışmazlığı Sindromu virusuna diqqəti cəlb etmək üçün beynəlxalq səviyyədə qeyd edilir. Ümümdünya QİÇS günü eyni zamanda virusun səbəb olduğu xəstəliklərdən vəfat etmiş şəxslərin anım günüdür.
Böyük Vətən Müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Ruslan 2018-ci ildə universitetimizdən marketinq ixtisası üzrə məzun olub. Qürur duyuruq. Allah rəhmət eləsin!
Könül Qədimlinin bu dəfəki həmsöhbəti 2016-cı ildə ən gənc elm adamı mükafatına layıq görülən, səhiyyə və tibb cəhətdən dünyada ilk dəfə CERN - Avropa Nüvə Tədqiqatları Mərkəzində staj keçən həkim Ahmet Serdar Mutluer olacaq. Yayıma @uteca.edu.az rəsmi İnstagram səhifəsindən qoşulmaq olar.