“Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” Azərbaycan Texnologiya Universitetində Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) onlayn seminarı təşkil olunub. Seminarın keçirilməsində məqsəd yeni redaksiyada təsdiq olunmuş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən akkreditasiya qiymətləndirilməsini həyata keçirəcək Akkreditasiya Komissiyalarının fəaliyyətində ekspert kimi iştirak etməyin əhəmiyyəti və tələblərinə dair məlumat vermək olub. “Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda baş tutan seminarda UTECA-nın müəllimləri iştirak edib. Tədbirdə TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov geniş təqdimatla çıxış edib. TKTA barədə məlumat verən məruzəçi agentliyin Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradıldığını bildirib. A.İlyasov qeyd edib ki, agentliyin fəaliyyət istiqamətləri təhsil müəssisələrinin akkreditasiyasını, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini, həmçinin peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasını həyata keçirməkdir. Yeni akkreditasiya qaydalarından danışan şöbə müdiri keyfiyyətin təminatı sisteminə də toxunub. O, agentliyin formalaşdırdığı “Ekspert bankı”na seçilmiş şəxslər üçün keyfiyyət təminatı proseslərində qiymətləndirici qismində iştirak məqsədilə müvafiq təlimlərin təşkil olunduğunu və sertifikatlaşdırıldığını diqqətə çatdırıb. A.İlyasov komissiyanın tərkibi, ekspertlərə qoyulan tələblər, ekspertin komissiyadakı fəaliyyəti barədə də iştirakçılara ətraflı məlumat verib. Seminar iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.
UTECA tələbəsi qaliblər sırasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatının birgə keçirdiyi, ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı inşa müsabiqəsinin nəticələri məlum olub.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın münsiflik etdiyi yarışmanın nəticələrinə əsasən 3-cü yerin qalibi Azərbaycan Texnologiya Universitetinin tələbəsi Şəlalə Kazımovadır. Yarışın ikincisi Ağcəbədi Pedaqoji Kolleci tələbəsi Ramilə Mehdiyeva, birincisi isə Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbəsi Nurlanə Rəhimovadır. Qalibləri təbrik edir və uğurlar arzulayırıq!
Heydər Əliyevin həyat və fəaliyyəti xalqın siyasi varlığı ilə, dövlət və dövlətçiliklə o dərəcədə sıx surətdə bağlı idi ki, onun ideyaları ictimai-iqtisadi həyatın, dövlət quruculuğunun bütün sahələrinə dərindən nüfuz etmişdi. Siyasi liderliklə milli liderlik keyfiyyətlərinin bir şəxsdə birləşməsi bəşər tarixində nadir hallarda rast gələn haldır. Heydər Əliyev bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdi. Həm böyük rəhbər, komandan, siyasət qrossmeysteri, natiq, filosof, ideoloji lider, həm də iqtisadi və mədəni-mənəvi quruculuq sahələrində əvəzsiz iz qoymuş dahi şəxsiyyətin ideyaları da tarixin yaddaşına həmişəlik həkk olunmuşdur. Hələ sağlığında ikən müdrik fikirləri dillərdə əzbər olmuş, böyüş filosofların aforizmləri ilə bir sırada yer tutmuş, bir çox xarici dillərdə nəşr olunmuşdur. Heydər Əliyevin həm nəzəri, həmdə praktiki ideyaları bu gün də aktuallığını itirməmiş və bir sıra əməli fəaliyyət sahələrində tətbiq olunmaqdadır. Onun bir siyasi rəhbər və lider kimi oynadığı misilsiz rol hamıya məlumdur. Hər bir ölkənin tarixində elə an var ki, o ölkə üçün həlledici olub onun tarixini dəyişir. Belə anlar dünya tarixində də mövcuddur və bunlar dünyanın ulduzlu anları adlandırılır. Müstəqil Azərbaycanın da tarixində elə anlar var ki, onlar ölkə üçün həlledici olub, ölkə fəlakətdən xilas olub. Əgər 15 iyun 1993- cü ildə Heydər Əliyev Bakıya dönməsə idi, ölkənin başında durmasa idi, kim bilir, ölkədə nələr baş verərdi və Azərbaycan xalqı hansı faciələrlə qarşılaşacaqdı. Bu baxımdan Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri, Azərbaycan üçün ulduzlu anlardan biri - 15 iyun 1993-cü il oldu. Bu ərəfədə alovlar içində yanan Azərbaycan parçalanma təhlükəsi qarşısında idi. İdarə olunmayan silahlı dəstələrin, səriştəsiz “siyasətçilər”in hakimiyyət uğrunda apardıqları mübarizənin yaratdığı problemlərin ağırlığı Azərbaycan xalqının üzərinə düşürdü. 15 iyun 1993- cü ildə ölkəmiz və ümumiyyətlə, bölgə üçün tarixi hadisə baş verdi. Heydər Əliyev Naxçıvandan Bakıya döndü və Azərbaycan Parlamentinin rəhbəri seçildi. Bununla da tarixin axarı dəyişdi. Azərbaycan öz müstəqilliyini qoruyb saxlaya bildi, dünya ölkələri arasında tanındı və inkişaf başladı. Dünya siyasi arenasında çox nadir şəxsiyyətlər digərlərinə məxsus olmayan dərin intellekt və bilikləri ilə fərqlənərək, baş verən gözlənilməz hadisələrdə qeyri-adi addımlar atıb çıxış yolu tapır. Belə tarixi şəxsiyyətlərdən biri Azərbaycanın qismətinə düşüb. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının ən ağır çağlarında onunla birgə olmuşdur. Bu gün regionun ən qüdrətli ölkəsi sayılan Azərbaycanın siyasi gücü hər an artmaqdadır. Əldə etdiyimiz bütün uğurların səbəbi isə möhtərəm Prezidentimizin dünya siyasətində və dövlətçilik təcrübəsində hər cür maneələri dəf etmiş Heydər Əliyev kursunu davam etdirməsi və bütün məsələlərdə xalqla yekdil olması idi. Xalqımız əmindir ki, dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin Azərbaycan xalqına ərməğan etdiyi əvəzsiz irs onun siyasətinin layiqli davamçısı olan Prezidentimiz cənab İlham Əliyev tərəfindən qorunub saxlanılacaq və onun rəhbərliyi altında Azərbaycanda bundan sonrada sürətlə inkişaf edəcəkdir.
Namiq Muradov Azərbaycan Texnologiya Universitetinin
I kurs tələbəsi, Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri
“Şərq Tərəfdaşlığı ölkələrində KOB-ların rəqəmsallaşmasının təşviqi” mövzusunda təşkil olunmuş vebinarda KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Agentlik müxtəlif dəstək mexanizmləri, bilik və məlumatlılıq səviyyəsinin yüksəldilməsi və elektron infrastrukturun genişləndirilməsi vasitəsilə KOB-ların rəqəmsallaşdırılmasını təşviq edir. "KOB-ların rəqəmsallaşma üzrə bilik və bacarıqlarının artırılması istiqamətində KOB inkişaf mərkəzləri tərəfindən həyata keçirilən təlim və məsləhət xidmətlərinin davamı olaraq onlayn təlim platforması yaradılmaqdadır. Həmçinin, KOB-ların məhsul və xidmətlərini tanıtmaq və onlayn satışına dəstək olmaq məqsədilə onlayn satış platforması hazırlanır”.
Liderlik və sosial nüfuz Dünya İqtisadi Forumunun bəyan etdiyi siyahıya əsasən (Top 10 skills of 2025) növbəti beş ildə insan davranış mədəniyyətində hansı kompetensiyalara yiyələnməlidir? Lider iş keyfiyyətlərini yüksəltmək üçün komanda üzvlərinin və özünün inkişafını təşkil edir, qrup üçün istiqamət və qaydaları müəyyənləşdirir, onlara təsir edir və nüfuz sahibi olur. Lider yalnız qrup daxilində deyil, qrupdankənar əlaqələri genişləndirir və əməkdaşlığı təmin edir, məqsəd və prioritetləri müəyyənləşdirir, məqsədə çatmaq üçün fəaliyyət, vaxt və resursları dəyərləndirir.
Pringles çipslərinin özünəməxsus forması əslində hiperbolik paraboloid kimi tanınan riyazi bir ifadədir. Kompüterlərin köməyi ilə dizaynerlər çipslərin aerodinamik olaraq bir-birinə yapışmasının və qablaşdırma zamanı parçalanmasının qarşısını almaq istəyirdilər. Paketdən çıxan çipslərin çoxunun qırıldığı barədə müştərilərin şikayətinə əsasən 1956-cı ildə P&G firması çipsləri yenidən dizayn etməyi kimyagər Fredric J. Baura tapşırır. Baur bu unikal formanın hazırlanmasına və simvol silindrik qutunun dizaynına təxminən 2 il sərf edir. Mühəndis və bir çox elmi kitabların müəllifi olan Gene Wolfe isə çipsləri bu formada bişirmək üçün cihaz da dizayn etmişdi. Beləliklə, nəticədə hazırda gördüyümüz Pringles qutusu və içindəki çipslərin formaları əmələ gəlir. Bununla da çipslərin qutunun içində qırılmasının qarşısı alınır və daşınması daha da asanlaşır. Bu, qeyri-ənənəvi metodlardan istifadə edərək sürətli istehlak sahəsində müştəri problemini həll edən ilk nümunələrdən biridir.