Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Doğru qərarlar, doğru addımlar

 “Qaliblərin dostları çox olur” deyən cənab prezident əslində fikrimcə “Qaliblər müzakirə edilmir” demək istəyirdi. Lakin qabiliyyətli və təcrübəli diplomat kimi  bu frazanı diplomatik dillə səsləndirmişdir. Bildirmişdir ki, Azərbaycan öz torpaqlarını ləyaqətlə işğaldan azad etmişdir. Müharibəni biz başlamadıq. Eməni provakasiyası və daha çox ərazi tutmaq iddiasına cavab olaraq antiteror əməliyyatı keçirilmişdir. 44 günlük müharibədə ordumuz dinc əhali yaşayan ərazilərə bir güllə belə atılmamışdır. Ona görə də Erməni tərəfindən dinc əhali arasında itki çox az olmuşdu. Lakin Erməni tərəfi Azərbaycanın müharibə zonasından uzaq olan dinc əhalini top mərmiləri, müxtəlif tip raketlər və s. ilə atəşə tutmuşlar. Çox sayda ölənlər və yaralananlar olmuşdur. Gəncə, Migəçevir, Bərdə, Xızi  raket atəşinə tutulmuşdu. Tərtər ən çox atəş altında olmuşdu. Belə ki, qısa dövrdə Tərtərə 16 mindən çox mərmi atılmışdır. Evlər, yollar, məktəblər və infrastruktur obyektləri dağıdılmışdır. Bu insanlığa sığmayan hərəkətlər idi. Azərbaycan tərəfi ləyaqət göstərərək, Erməni tərəfin dinc əhalisinə cavab olaraq atəş açmadı. Əslində bu beynəlxaq humanitar normalara hörmətlə yanaşma, insani münasibət göstəricisi idi. Prezident İlham Əliyevin ləyaqətli, dünyada qoyulan mövcud qaydalar çərçivəsində müharibə etmək - öz torpaqlarını azad etmək bacarığı idi.         

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsabədə toxunulan diğər məsələlər barədə tam dolğun, düzgün və xronoloji ardıcıllıqla cavabları bir vətəndaş olaraq məni qane etdi. İnsanlar evdə, işdə,  küçələrdə bu barədə qürur hissi  ilə danışırlar. Cənab Prezidentin diplamat qabiliyyətinə heyranlıqlarını bildirirlər. Yaşasın müzəffər Ali Baş Komandan, humanist, xalqını və dövlətini ürəkdən sevən cənab Prezident İlham Əliyev! Uca ALLAH Azərbaycanımızı qorusun!  

 

Tofiq Mirzəyev  

Azərbaycan Texnologiya Universitetinin

Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri   

 

       

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov vətəndaşları qəbul edib

Aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbulda valideynlərin müraciətləri əsasən qış imtahan sessiyasıyla bağlı olub. Dinlənilən məsələlərin bir qisminin həlli üçün müvafiq göndərişlər verilib. Bəzi məsələlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.

Azərbaycan Texnologiya Universitetində dekan vəzifələrinə seçkilər keçirilib

Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və idarəetmə, Avtomatika, telekommunikasiya və informatika fakültələrinin dekan vəzifələrinə seçkilər keçirilib.  10 yanvar 2022-ci il tarixində keçirilən seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” nın tələblərinə uyğun təşkil edilib.  Gizli səsvermənin nəticəsinə əsasən dosent Xalidə Ağayeva 100% səslə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsinə seçilib.  Dosent Rövşən Hacıyev isə bütün səsləri toplayaraq Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı seçilib. 


Tarixi ünvanlarda xüsusi günlər 

Azərbaycan  Respublikasının Prezidenti  İlham  Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair bütün görüşlərdə qeyd edirdi ki, münaqişənin həlli danışıqlar yolu baş tutmasa, onda hərbi vasitə ilə bu məsələ öz həllini tapacaqdır. Ona görə də Cənab İlham Əliyev daim ordu quruculuğunun müasir tələblərə uyğun səviyyəyə çatdırılmasına dair işlər görürdü. Ordu quruculuğunda əsas istiqamətlərdən biri ordunun müasir silahlar, texnikalar və texniki vasitələr ilə təchiz olunmasıdır. Bu proses İkinci Qarabağ müharibəsindən sonra da davam etdirilir. Bu özünü 2022-ci ilin dövlət büdcəsində orduya ayrılan vəsaitdə öz əksini tapır. Azərbaycan Ordusunun möhkəmləndirilməsi işləri davam edir. Bu baxımdan 24 dekabr 2021-ci il tarixində Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi qoşun növü olan Komando hərbi briqadanın yaradılması mərasimində iştirak edib. Görüşdə Prezident bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissələrin təşkil olunması prosesi davam etdiriləcəkdir. Yeni yaradılacaq hərbi briqadalarda çoxlu sayda peşəkar hərbiçilərimiz xidmət edəcəklər. Orduya diqqətin digər təzahürlərindən biri də hərbiçilərin xidmət şəraitinin yaxşılaşdırılması və onların məişət-mənzil problemlərinin həll edilməsidir. Bu istiqamətdə görülən işlər sırasına 20 il orduda qüsursuz xidmət etmiş hərbiçilərin dövlət tərəfindən mənzillə təmin edilməsini aid etmək olar. Bu günə qədər 2200-dən çox hərbi qulluqçu mənzillə təmin olunub. Bundan başqa mütəmadi olaraq hərbçilərin dövlət tərəfindən əmək haqqlarının artırılmasını qeyd etmək olar. Həmçinin hərbi kadrların xarici ölkələrdə, xüsusən də qardaş Türkiyədə təlimlərdə iştirak etmələrinə və kurslarda yeni hərbi biliklər mənimsəmələrinə xüsusi diqqət verilir.  İkinci Qarabağ müharibəsində ən əhəmiyyətli əməliyyatlardan biri də Hadrut qəsəbəsinin işğaldan azad edilməsi olmuşdu. Çünki Şuşa şəhərinin azad edilməsi Hadrut əməliyyatından asılı idi. Bu müvəffəqiyyətin əsasını bizim hərbiçilərimizin həm peşəkarlığı, həm də fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi və fədakarlığı təşkil edirdi. Hadrut əməliyyatından 8 gün sonra Füzuli şəhəri azad edildi. Hadrutun geri qaytarılması Şuşanın azadlığı üçün bir növ açar rolunu oynadı. Şuşa əməliyyatı hazırda inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində öyrənilir. Yüngül silahlarla qayalara dırmaşmaqla qəhrəman övladlarımız Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərin işğaldan azad etdi.  Hörmətli Prezident İlham  Əliyevin ad günlərini hərbçilərlə, məcburi köçkünlərlə birlikdə keçirməsi ənənəyə çevirib. Belə ki, 50 illiyini Ağcabədidə köçkünlərlə qeyd edən Ali Baş Komandan, 60 illik yubileyini də Qarabağda-Şuşada keçirdi. “Xarıbülbül” festivalında Ulu öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Heydər Əliyev böyük inamla deyirdi ki, biz Şuşaya qayıdacağıq, inan ki, qayıdacağıq. Bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.Prezidentimiz İlham Əliyev həmişə öz çıxışlarında xalqın dəstəyinin ona güc verdiyini qeyd edir: “Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız - bütün Azərbaycan Xalqı böyük tarixi uğurlara imza atmışıq”.

 

Musa Cəfərov

Azərbaycan Texnologiya Universitetinin

Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri    

 

 

TKTA UTECA ilə keyfiyyət təminatına dair görüş keçirib

Gəncə şəhərində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında keyfiyyət təminatına dair görüş keçirilib. UTECA-da baş tutan görüşdə universitetin rektoru, professor Akif Süleymanov və TKTA-nın idarə heyətinin üzvü Emil Xəlilov, Keyfiyyət təminatı departmentinin direktoru İlham Hümbətov və Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov iştirak edib.Təhsil müəssisələrinin akkreditasiya qaydaları, bu istiqamətdə tətbiq olunan normativ-hüquqi aktlar – ali təhsil pilləsi üzrə dövlət standartları, dövlət təhsil strategiyası, təhsil proqramları barədə ətraflı müzakirələr aparılıb.Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 493 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisəsinin akkreditasiya qaydaları" barədə məlumat sessiyası baş tutub. Sessiyada UTECA-nın struktur bölmələrinin rəhbərləri və professor-müəllim heyəti iştirak ediblər.Tədbirin sonunda təhsildə keyfiyyət təminatına dair verilən suallar cavablandırılıb. 

Dünəndən bu günə, bu gündən sabaha 

Dünəndən bu günə, bu gündən sabaha  Hörmətli Prezident İlham Əliyevin peşəkar diplomat və tanınmış dövlət xadimi kimi formalaşmasında iki əsas məqamların böyük rolu olmuşdur. Birincisi İlham Əliyevin dünyada tanınmış siyasi xadim, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olmasıdır. İkincisi isə Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu diplomatik ali məktəbi hesab olunan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil almasıdır. O MDBMİ – də təhsil aldığı dövrdə bir neçə xarici dilləri mükəmməl öyrənmiş, dərin elmi bilik və zəngin diplomatik təcrübə əldə etmişdir. Prezident İlham Əliyev qısa müddət ərzində 1982-2003-cü illərdə müxtəlif məsuliyyətli vəzifələri uğurla icra etmişdir. 2003-cü ildə Prezident seçkilərində seçicilərin etimadını qazanaraq 76 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. İlham Əliyev uğurlu daxili və xarici siyasəti, dövlət quruculuğunda səmərəli fəaliyyəti, əhalinin sosial rifahının ilbəil yüksəlməsi sayəsində 2008-ci il Prezident seçkisində seçicilərin 88,73 faiz, 2013-cü ildə 84,54 faiz və 2018-ci ildə 86,02 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident İlham Əliyev çox şaxəli elm, siyasət, dövlət quruculuğu və beynəlxalq münasibətlər, səmərəli fəaliyyətinə görə çoxlu sayda dövlətlərin ordenlərinə, fəxri elmi adlarına layiq görülmüşdür. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına 01.10.2013-cü il tarixində müraciət edərək onun irsinin ən layiqli davamçısı kimi İlham Əliyevi layiq görmüşdür. Prezident İlham Əliyev bu müraciəti öz əməli işləri ilə yerinə yetirməyi bacardı. İlham Əliyevin daimi milli həmrəyliyi, sağlam əməkdaşlıq mühitini təşviq edərək həyata keçirdiyi islahatları sayəsində, Azərbaycan Respublikasının dayanıqlı inkişafına layiq “Biz birlikdə güclüyük şüarı” hesabına ölkədə yaşayan milli və siyasi həmrəylik zəfər tarixinin ideoloji əsasını təşkil etmişdir. İlham Əliyev siyasi dialoq ənənələrinə görə ölkə daxilində siyasi sabitliyin təmin olunmasına nail olmuşdur. Prezident İlham Əliyevin hal-hazırda qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirməsilə Azərbaycan Beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı olan ölkə kimi tanınmışdır.  Hazırda Azərbaycan 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının sədri olmaqla bəzi beynəlxalq problemlərin həllində fəal iş aparır. Prezident İlham Əliyevin Tükdilli Dövlətlərin Əməkdaşlıq Şürasında sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsi,  tükdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dəyərli işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə qaldırmışdır. Prezident İlham Əliyevin bir çox beynəlxalq forumların, xüsusi sessiyaların Azərbaycan Respublikasında təşkil olunmasına nail olması nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevirmişdir, bu isə öz növbəsində ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələrin həyata keçməsi sayəsində ölkəmizdə dayanıqlı iqtisadi vəziyyətin əldə olunmasına nail olunmuşdur. İlham  Əliyev prezidentliyi dövründə avtomobil və dəmir yolu xəttlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması , Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirmişdir. Ölkənin iqtisadi inkişafı sayəsində Azərbaycan 2013-cü ildə süni peyki orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-cü ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Azərbaycanın hər bir regionunda quruculuq-abadlıq işləri aparılır və sosial-iqtisadi inkişaf proqramları davamlı olaraq icra edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev daim ordunun müasir hərbi standartlara çatdırılmasına dair işlər aparmaqla, yeni, müasir silah və hərbi texnikaların satın alınmasına və ölkəmizdə hərbi məhsulların istehsalına nəzarət edir. Buna görə də Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham  Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət birliyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Həmçinin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirlməsi məqsədilə Azərbaycan  Respublikasının Prezidenti, Silahlı Qüvvələrin  Müzəffər Ali Baş Komandanı İlham  Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub. Prezident İlham Əliyevin himayəsi ilə “YAŞAT” Fondu, “Qarabağ Dirçəliş” Fondu və bütün digər institusional təşəbbüslər şəhid ailələrinə və qazilərə ayrılan diqqətin təcəssümüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq ststusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan yalnız özünün maliyyə resuslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün yeni imkanları birləşdirə biləcək qlobal layihədir.

 

Musa Cəfərov

Azərbaycan Texnologiya Universitetinin

Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri