Azərbaycanın iqtisadi-siyasi modeli İtaliya qəzetinin diqqətində Avropa Komissiyyasının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sərgilədiyi münasibət gələcəkdə iki dövlət arasında yekun sülh sazişinin imzalanmasına dəstək kimi qiymətləndirilir. Son görüşdə Azərbaycan və Ermənistan tərəfinin yeni reallıqlara uyğun yeni qonşuluq şəraitində sülh və əminamanlıq şəraitində yaşayışın mümkün olması şərti qəbul edilmişdir. Həmçinin kommunikasiyaların manesiz olaraq açılmasının müzakirə olunması 10 noyabr 2020–ci il üçtərəfli bəyanatın müddəalarının Avropa İttifaqı tərəfindən tam qəbul edilməsini göstərir. Bu proseslərin icrasında Avropa İttifaqının hərtərəfli dəstək vermək istəyi tədqirə layiqdir. Ona görə də yaxın gələcəkdə iki ölkə arasında yekun sülh sazişinin imzalanması mümkündür. Ölkə başçısının Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın “İl Sole 24 Oze” qəzetinə müsahibəsində olduqca məhsuldar müzakirələr aparıldığını qeyd etməsi bütün bunları deməyə əsas verir. Əvvəlcə bu müsahibədən bəzi məqamları, jurnalistin toxunduğu sual başlıqlarını və ölkə başçısının verdiyi cavabları vurğulamaq istərdim: Avropa İttifaqının Ermənistana 2 milyard dollar, həcmində, Azərbaycana isə 140 milyon dollar həcmində yardımın ayrılması - Dövlətlərə ayrılan yardımların fərqi 20 dəfədir. Bu, hər iki ölkənin real ehtiyaclarına uyğun deyil və ona görə ədalətsiz qərardır. Çünki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazisinin 20%-ə qədər hissəsi tam dağıdılıbdır və bir milyona yaxın mina basdırılıb. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesində Avropa İttifaqının rolu-Təklif olunmuşdur ki, Avropa Komissiyası öz fondları vasitəsilə minalardan təmizləmə prosesinə dair maliyyə yardımının ayrılmasını nəzərdən keçirsin və müvafiq Avropa şirkətləri bu sahədə fəaliyyətə başlasınlar. Azərbaycanda insan hüquqları və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət. - Təəssüflər olsun ki, hal–hazırki dövrdə Avropa təsistlarında Azərbaycanda insan hüquqları və media azadlığına dair problemlərin olması təəsüratı şişirdilib. Ermənistanda insan haqları və siyasi azadlıqlar kobud şəkildə pozulduğu halların mövcud olmasına göz yumurlar. Minsk qrupunun münaqişənin həll edilməsində məqbul olmayan fəaliyyəti. - Minsk qrupu 28 illik fəaliyyəti nəticəsində heç bir nailiyyəti əldə edə bilmədi. Əgər Minsk qrupunu təmsil edən üç nüvə dövləti və dünyanın ən güclü ölkələri Ermənistanın işğalını sona gətirə bilmədilərsə, deməli onların fəaliyyəti uğursuz olmuşdur. Minsk qrupunun fəaliyyəti faktiki olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan etdikdən sonra iflic oldu. Azərbaycanın Cənub Qaz Dəhlizinin Avropa İttifaqı ölkələrinin qaz təchizatındakı rolu. - Cənub Qaz Dəhlizinin uzunluğu 3500 kilometr olmaqla XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Bu layihə ilə Azərbaycan qazı Bakıdan Adriatik dənizin dibi ilə, yüksək dağlıq ərazilərədn keçərək İtaliyaya çatır. Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürmüşdür. Gələcəkdə Azərbaycan qaz hasilatını artırmaqla ixracatı da artırmaq imkanına malikdir. Yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz olunmuşdur. Azərbaycan gələcəkdə Mərkəzi Avropa ölkələrinə qaz ixrac etməyə qadirdir. Avropaya qaz ixracatının artırılmasında Rusiyanın münasibəti - Azərbaycanın neft kəmərləri, qaz kəmərləri layihələri regionda çox dostluq mühitində icra olunub. Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmətlə yanaşır. Hazırda Azərbaycan ilə Rusiya arasında yaxşı balanslaşdırılmış münasibətlər mövcuddur. Azərbaycan iqtisadiyyatının neft və təbii qaz ixracatından asılılığı xeyli dərəcədə azaldılmışdır. - Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirsə, hazırda isə yarıdan da azdır. Azərbaycan iqtisadiyyatı strukturunun daha çox balanslaşdırılmış olmasına nail olunmuşdur. Son dövrdə qeyri-enerji layihələrinin ixracı 45% artdı. Energetikaya aid olmayan sənaye 20% artmışdır. Azad edilmiş ərazilərdə yeni imkanlar yaranması kənd təsərrüfatının, turizmin, bərpa olunan enerjinin sayəsində iqtisadiyyatın inkişafına öz təsirini göstərəcəkdir. İtaliya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir. Azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin quruculuq işlərində iştirakı. - İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbə il artacaq. Həmçinin dost ölkə olaraq İtaliya azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət edilən ilk ölkələrdən biri olmuşdur. Birincisi Türkiyə olub, ikincisi isə İtaliyadır. Azərbaycanın Qərb və Şərq arasında, Çindən Avropaya qədər kommersiya və nəqliyyat habına çevrilə bilməsi. - Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yollarının keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşıb. Hazırda Azərbaycan Mərkəzi Asiyadan gələn mallar üçün transit ölkəyə çevrilmişdir. Çin də öz mallarını Avropaya daşıyır. Eyni zamanda Azərbaycan Şimal – Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlanan dəhlizin istismara verilməsi imkanı reallıqdır. Prezidentin “İl Sole 24 Ore” qəzetinə müsahibəsi çox maraqlı və diqqətçəkən oldu. Ali Baş Komandan həm də “El Pais” qəzetinə müsahibə verdi. Bu qəzetlər dünyada çox məşhurdur və hər iki qəzetin müxbirlərinin suallarının əksəriyyəti provokasiya xarakterli mövzular üzərində qurulmuşdu. Prezident İlham Əliyev müsahibəsində Ermənistanın əsirlər, ərazilər, sərhədlər, Zəngəzur dəhlizi ilə bağlı absurd iddialarını, xüsusilə də dünya enerji bazarında Azərbaycanla Rusiyanı üz-üzə qoymağa çalışanların yalanlarını ifşa etdi, beynəlxalq ictimai rəyin çaşdırılmasına hesablanmış mövzuları neytrallaşdırmış oldu. Beləliklə bu müsahibə Azərbaycan rəhbərindən dünya siyasətçilərinə daha bir dərs, Azərbaycana qarşı olan qüvvələrə isə daha bir mesaj oldu. Eyni zamanda prezident Azərbaycanın iqtisadi-siyasi modelinin, əldə olunan nailiyyətlərin təqdimatını etmiş oldu. Bir sözlə, ölkə rəhbərinin Ermənistanı bir daha ifşa edən müsahibəsi bütün siyasi çevrələrdə həmişəki kimi maraqla qarşılandı.
Musa Cəfərov
Azərbaycan Texnologiya Universitetinin
Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün daim təşəbbüslər göstərir və bu təsəbbüslərin yerinə yetirilməsini nəzarətdə saxlayır. Axırıncı sosial islahatlar 2021-ci il, 16 oktyabrda verilmiş sərəncama əsaslanır. Həmin sərəncamda əhalinin həssas qruplarına yönələn ödənişlərin artırılmasına dair görüləcək işlər öz əksini tapıb. Növbəti ildən tətbiq ediləcək yeni islahatlar əhalinin çox böyük qrupunun maliyyə vəziyyətinin yaxşılaşmasına müsbət təsir edəcək. Bu qrupa sağlamlıq imkanları məhdud olan uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, 1-ci dərəcəli əlillərə qulluq edənlər, müddətli hərbi xidmətdə olanların uşaqları, doktorantlar, tələbələr və s. kateqoriyalar daxildir. Bundan əlavə növbəti ildən etibarən bir qrup doktorant və tələbəyə Prezident təqaüdləri verilməyə başlanılacaq. Qeyd etmək lazımdır ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi möhtərəm cənab prezidentin daim diqqət mərkəzindədir. Belə ki, birinci dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud on səkkiz yaşınadək uşaqlara qulluq edənlərin müavinətləri 2022-ci ilin yanvar ayından etibarən əsaslı şəkildə artırılacaqdır. Vətən müharibəsi ilə əlilliyi olanlar da sərəncama əsasən sosial ödənişlərdən faydalanacaqlar. Yəni müharibə ilə bağlı əlilliyi olanlar pensiya almadıqları halda müavinət və təqaüd formasında ayda birinci dərəcə üzrə 700 manat, ikinci dərəcə üzrə 530 manat, üçüncü dərəcə üzrə 420 manat alacaqlar. Hörmətli prezidentimizin imzaladığı Fərman gənclərimizin də sosial vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur. Belə ki, ölkəmizdə təhsil alan 132 min tələbə və doktorantı əhatə edərək müavinət və təqaüdlər də növbəti ilin yanvarından artırılacaq. Sağlamlıq imkanı məhdud olan uşaqlar da bu imkanlardan faydalana biləcəkdir. Həssas kateqoriyadan olan belə uşaqlar üçün 2019-cu ilin əvvəlindən sosial müavinətlər 82 manat idisə , 2022-ci ilin yanvar ayından 200 manat, təqaüd isə 80 manat olmaqla, ümumilikdə 280 manat miqdarında olacaqdır. Dövlət başçısının sərəncam və fərmanları ilə təhsil işçilərinin də sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulub. Növbəti ildən etibarən yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edəcək. Bu məqsədlə dövlət büdcəsində 273 milyon manat vəsait nəzərdə tutulub. Ümumiyyətlə dövlət başçısının 2022-ci ilin ilk sosial paketinə daxil olan sərəncamları əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətində prioritet olduğunu təsdiqləyir. Ölkə rəhbərinin həyata keçirdiyi sosial islahatlar proqramı Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərdə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçidi göstərir. Bütün bu işlərdə Azərbaycan xalqının müzəffər Prezidentinə böyük uğurlar arzu edirəm.
Dos. Hamlet Kəsəmənli
Azərbaycan Texnologiya Universitetinin
Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri
Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti işgüzar görüşü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub. 2021-ci ilin 20 dekabr tarixinə təsadüf edən görüşdə Azərbaycan Texnologiya Universitetini Elm və innovasiya üzrə prorektor, dosent Yaşar Ömərov təmsil edib. Görüşün məqsədi layihənin iş planına uyğun həyata keçirilən fəaliyyətlərin dəyərləndirilməsi və növbəti mərhələdə icrası planlaşdırılan məsələlərin qarşılıqlı müzakirəsindən ibarət olub. Görüşdə layihə konsorsiumunun üzvü olan 16 Azərbaycan ali təhsil müəssisələrinin prorektorları və digər məsul şəxsləri iştirak edib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova layihənin önəmindən danışaraq komandanın işinə uğurlar arzu edib.Daha sonra layihənin koordinatoru, Bakı Biznes Universitetinin Universitet- sənaye işbirliyi mərkəzinin müdiri Gülşən Bayramova layihədə görülmüş işlərin nəticələri və Rektorlar Konfransının Azərbaycan modelinin yaradılması məqsədilə işçi qrupunun formalaşdırılmasından bəhs edib. G.Bayramova əlavə edib ki, yaradılan ilk işçi qrupu tərəfindən Rektorlar Konfransının təşkilati strukturu, missiyası, vizyonu, üzvlük qaydaları, konfransın maliyyələşmə mexanizmləri və onun tərkibində fəaliyyət göstərəcək komitələrin yaradılması haqqında bir sıra sənədlər hazırlanacaq.Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli layihənin uğurla start götürdüyünü və ölkəmizdə ali təhsilin inkişafı, eləcə də əməkdaşlıq imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.Görüşün sonunda tədbir iştirakçıları növbəti tapşırıqların icrası ilə əlaqədar fikir mübadilələri aparıblar.
Artıq uzun illərdir ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əlaqələr yüksək səviyyədə davam edir. Belə ki, Avropa İttifaqına üzv olan dövlətlərlə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığa dair sənədlər imzalanıb. Bu sənədlər Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair əməkdaşlığın perspektivliyinə bir nümunədir. Belə ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsindəki əməkdaşlıq uğurla həyata keçirilir. Cənub qaz dəhlizinin bu əməkdaşlıqda mühüm əhəmiyyətə malik olduğu bir mənalı qəbul olunur. Bu layihənin son komponenti olan Trans – Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı artıq Avropa ölkələrinə çatdırılır. Bu baxımdan göstərə bilərik ki, artıq Avropa İttifaqının üç dövləti – İtaliyaya , Bolqarıstan və Yunanıstana Azərbaycan qazı çatdırılır. Əminliklə deyə bilərik ki, yaxın illərdə Azərbaycan qazı Avropa İttifaqının digər dövlətlərinə də çatdırılacaqdır. Digər tərəfdən Avropa İttifaqının təşəbbüsü ilə keçirilən Sammitində Azərbaycan Respublikasının haqlı mövqeyi əsasən müdafiə olunur. Yaxın günlərdə Avropa İttifaqının VI Sammitində Cənubi Qafqazda sülhün bərpa olunması Azərbaycan və Ermənistan arasında münaqişənin aradan qaldırılması, eləcə də, onlar arasında sülh müqaviləsinin bağlanması məsələsi müzakirə mövzusu olmuşdur. Sammitdə belə qərara gəlinib ki, 2020 – ci il 10 noyabr, 2021 – ci il 11 yanvar və Rusiyanın Soçi şəhərində 26 noyabr bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan Respublikası Avropa İttifaqı üzvü olan doqquz dövlət ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. Bu isə ikitərəfli əsasda imzalanmış strateji tərəfdaşlığın perspektivliyindən xəbər verir. Avropa İttifaqının sammitində qeyd olunub ki, qurumun təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat strukturunun, xüsusi ilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin sammitdə müzakirəsi səmərəli və praqmatik keçmişdir. Avropa İttifaqının VI – sammitində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxış edib. Prezident İlham Əliyev uğurla inkişaf edən Azərbaycan – Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək Avropa İttifaqı ilə Azərbaycan arasında üç il bundan əvvəl paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərq Tərəfdaşlığının VI –Sammitində Azərbaycan – Ermənistan arasında konstruktiv mühitin hökm sürdüyünü qeyd edib, belə bir mühitin yaradılmasında Avropa İttifaqının rolunu xüsusi vurğulayıb. Daha sonra Cənab İlham Əliyev Azərbaycan –Ermənistan münasibətlərinin normallaşmasına verdiyi tövhəyə görə Avropa İttifaqı şurasının Prezidentinə bir daha minnətdarlığını bildirib.
Dos. Hamlet Kəsəmənli
Azərbaycan Texnologiya Universitetinin
Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin İspaniyanın “El Pais” qəzetinə müsahibəsi Bu ilin dekabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib. Müsahibə zamanı qəzetin müxbirinin aşağıda dərc etdiyim bəzi suallarına hörmətli Dövlət Başçımızın konkret cavablarını təqdim edirəm. Bir sualda qeyd olunur ki, Ermənistanla hazırki vəziyyət haqqında nə deyə bilərsiniz? Cavabda bildirilir ki, Vətən müharibəsi başa çatdıqdan indiyədək olan müddətdə vəzəyyət nisbətən sabitdir. Bununla belə Azərbaycan və Ermənistan arasında dövlət sərhəddi hələlik təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəllərində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfdən işğalının baş verməsi idi. Buna görə də həm fiziki, həm də siyası olaraq sərhədləri demarkasiya və delimitasiya etmək mümkün deyildi. Biz bir Dövlət olaraq sülh istəyirik. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Beynəlxalq oyunçular da bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik. Müxbir tərəfindən verilən “Cənab Prezident, Sizcə Ermənistanla, sadəcə, atəşkəs deyil, real sülh sazişi haqqında nə zaman danışmaq olar?” sualına hörmətli Prezidentimizin cavabı konkret olaraq belə olmuşdur: Mənə belə gəlir ki, bu sualı Ermənistana vermək lazımdır, çünki, mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına hazırdır. Lakin Ermənistan tərəfdən heç bir cavab verilmir. Çünki, onların revanşist fikirləri buna imkan vermir. Müxbirin “Sizcə, burada, Brüsseldə Avropa İttifaqının rəhbərliyi ilə təmas Soçidəki, son görüşdən nə ilə fərqlənir?” sualına Azərbaycan Prezidentinin cavabı aşağıdakı kimi olmuşdur: Səmimi desək mən heç bir fərq görmürəm. Çünki mən iki ölkə arasındakı münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya və Avropa İttifaqının həqiqi istəyini görürəm, əks halda onlar bu danışıqlarda bizə vaxt sərf etməzdilər. Qəzetin müxbirinin növbəti “İcazə verin hərbi əsirlərlə bağlı bir daha soruşum, çünki, təkcə Ermənistan tərəfdən deyil, beynəlxalq təşkilatlar tərəfindən də bir başa iddialar var ki, saxlanılan onlarla insan var, heç kim əsl sayını bilmir”. Hörmətli Prezidentimiz bildirdi ki, burada heç bir sirr yoxdur. Siyahı bəllidir və Beynəlxalq təşkilatlar, eləcə də Ermənistan da bundan xəbərdardır. Belə ki, Ermənistanın noyabr ayındakı təxribatı nəticəsində təqribən 30 nəfər, ötən ilin noyabrından isə 40 nəfərə yaxın hərbiçi əsir düşüb və biz bu rəqəmi gizlətmirik. Hətta əsir düşən bir hərbiçi yaralanmışdır və bizim həkimlər tərəfindən müalicə olunaraq Ermənistana təhvil verilmişdir. Müxbirin “Həmin şəxslərin əsir kimi qiymətləndirilməsi və Ermənistan tərəfə qaytarılması ehtimalı varmı?” sualına Cənab Prezidentimizin cavabı konkret olub: Bildirirəm ki, hərbi əsirlərdən artıq 10 nəfəri qaytarılıb. Proses humanitar əsaslarla davam etdiriləcək. Biz heç vaxt “yox” deməmişik, ancaq proses Azərbaycan qanunvericiliyi çərçivəsində ədalət və humanizm üzərində qurulmalıdır. Bu amillərin vəhdəti mövcuddur, proses gedir və onun davam edəcəyini istisna etmirik.
Radə Əsgərova
Azərbaycan Texnologiya Universitetinin doktorantı
Milli mətbuatımız yarandığı 146 ildə Azərbaycanda milli məfkurənin, düşüncənin formalaşmasında mühüm rol oynayıb, hüquqi bazaya, demokratik ənənələrə malik olub. Dövlət müstəqilliyinin bərpa edilməsinin 30 illik dövründə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. Ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə 1998-ci il avqustun 6-da senzuranın ləğv edilməsi isə mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoyub. 1999-cu ildə hazırda qüvvədə olan “KİV haqqında” qanun qəbul olunub. Bu gün isə müasir çağırışlara cavab vermir. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətində də yeni reallıqlar özünü göstərdi. Hər şeydən əvvəl medianın qanunvericilik bazasının yenilənməsi zərurətə çevrildi. 2021-ci il 12 yanvar tarixində Prezident İlham Əliyev Azərbaycanda media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən ölkədə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Bu agentlik “Media haqqında” yeni Qanun layihəsini hazırlayıb, onu ictimai müzakirəyə verib. Hazırda Milli Məclisin müzakirəsindədir. Yeni Qanun layihəsinin mühüm maddələrindən biri media azadlığıdır. Layihədə göstərilir ki, media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və vəzifələrin yaradılması, maliyyələşdirilməsi qadağandır. Media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir. Yeni qanun media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyən edən vasitə kimi çıxış edir. Layihədə informasiya texnologiyalarından doğan bütün müasir dövrün tələbləri əhatə olunub. Qanunun hazırlanmasını əslində zaman özü, informasiya texnologiyalarının sürətli inkişafı zərurətə çevirib. Media reyestri yaradılması media sektorunda bir aydınlıq əmələ gətirəcək. Bu reyestrin məqsədi media subyektlərinin sayını müəyyən etmək, işçilərin hüquqlarını müdafiə etmək və stimullaşdırmaq üçündür. Çap mediası və onlayn media subyektlərinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmayacaq. Qanun layihəsi jurnalistin statusu, redaksiyaların statusu və bir çox digər məsələləri də özündə əks etdirir. Jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiqi müsbət amildir. Onlar qanunla nəzərdə tutulan imtiyazlardan istifadə edəcək. Vəsiqəni hər hansı şəxsə işlədiyi media da verə biləcək. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı neqativ halların aradan qaldırılmasına şərait yaradacaq. Qanunda bir çox yeniliklər də var ki, bunlar jurnalistin yaradıcılıq əzmini artıracaq. “Media haqqında” Qanun ölkə mediasının inkişafında yeni mərhələ təşkil edəcək.
Zirəddin Cavadov
Azərbaycan Texnologiya Universitetinin
“Texnoloq” qəzetinin redaktoru