Azərbaycan Texnologiya Universitetində türk memar Samet Özcanın "Memari özəlliklər" adlı seminarı təşkil edilib. Onlayn keçirilən seminarda əsasən Yüngül sənaye mühəndisliyi və Dizayn kafedrasının müəllim və tələbələri iştirak ediblər. Məruzəçi maraqlı çıxışın ardından UTECA tələbələrinin suallarını cavablandırıb, onlarla motivasiya xarakterli söhbətlər aparıb, təcrübələrini bölüşüb.
"AzerGold QSC"-nin təşkilatçılığı ilə Azərbaycan Texnologiya Universitetinin tələbələrinə adıçəkilən müəssisənin Sağlamlıq və əməyin təhlükəsizliyi şöbəsinin müdiri Rüfət Əliyev tərəfindən “İstehsalat və xidmətin təşkili zamanı sağlamlığın qorunması və təhlükəsiz iş şəraitin yaradılması” mövzusunda seminar keçirilib. Seminar ZOOM platforması üzərindən onlayn qaydada həyata keçirilib. Seminarda tələbələrlə yanaşı universitetin professor-müəllim heyəti də iştirak edib. Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırıllb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Xarici dillər kafedrasının baş müəllimi Məmmədova Turanə Güloğlan qızının rəhbərliyi ilə 2220a1 qrupunun əcnəbi tələbəsi Saşavata Royun elmi seminarı təşkil edilib. Seminarın mövzusu “The new methods and means for the improvement of listening and reading skills”olmaqla dinləmə və oxu bacarıqlarının inkişafı üçün yeni metod və vasitələrə həsr edilib. Mövzu aktual olması ilə bərabər, kafedranın cari ildəki hesabat mövzusu ilə uzlaşıb. Seminarda kafedra və fakültənin müəllim heyəti, həmçinin Elm və Xarici əlaqələr mərkəzinin əməkdaşları iştirak ediblər. Tələbə prezentasiyasını ingilis dilində təqdim etdikdən sonra rəhbər müəllim M.Turanə digər dinləyicilərə aydın olması üçün onu Azərbaycan dilinə tərcümə edib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, əcnəbi tələbəyə bəzi suallar verildikdən sonra seminar yüksək qiymətləndirilib.
Gənc azərbaycanlı ixtiraçı, dünyada şöhrət qazanan Reynerci (Rainergy) startapının təsisçilərindən biri olan Reyhan Camalova Amerika və Kanadada qeydiyyatdan keçdiyi və qəbul cavabı aldığı universitetlərin siyahısını paylaşıb. Paylaşımda deyilir: “Bu gün Amerika universitetlərindən qeydiyyatdan keçdiyim son universitetin - Stanford Universitetinin - nəticəsi açıqlandığı üçün artıq qəbul aldığım universitetlərin siyahısını paylaşaraq sizinlə öz sevincimi bölüşmək istəyirəm.1. STANFORD Universiteti2. PENNSYLVANİA Universiteti - Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi qəbul almışam. 3. DUKE Universiteti (Tam - illik 85,903 dollar təqaüdlə) - Martın ortasında erkən qəbul (likely letter) aldım. 4. BROWN Universiteti (Tam - illik 85,574 dollar təqaüdlə) 5. AMHERST Kolleci (Tam - illik 84,168 dollar təqaüdlə)- Martın 5-də erkən qəbul (early write) alan 200 şagirddən biri oldum. 6. TORONTO Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences) 7. TORONTO Universiteti Scarborough Filialı, Co-op Menecment (Co-op Management BBA)".
4 aprel trixində Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatı və universitet fəalları Aprel Şəhidlərini anım məqsədilə Gəncədə yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Qeyd edək ki, 2016-cı il Aprel döyüşləri zamanı mərdliklə Şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğullarından biri İnqilab Quliyev Gəncədəki Şəhidlər Xiyabanında uyuyur. UTECA gəncləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçənlərin əziz xatirələrini yad edib, Şəhidlərimizin ruhuna dualar oxuyub, məzarları önüə gül düzüblər.
Şagirdlər UTECA ixtisasları ilə tanış olublar Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi Gəncə şəhər 28 saylı orta məktəbin 10 və 11 ci sinif şagirdləri və müəllimlərinin iştirakı ilə onlayn görüş keçirib. İki saat davam edən görüşdə Azerbaycan Texnologiya Universitetinin rektor müşaviri, millət vəkili Müşviq Cəfərov, fakültə dekanı Nüşabə Hacıyeva, kafedra müdirləri Mamed Urkayev, Xalidə Ağayeva, Könül Vəliyeva şagirdlərə kafedraların fəaliyyəti, universitet və ixtisaslar haqqında geniş məlumat veriblər. Görüşdə gənc müəllimlər tərəfindən ayrı - ayrı ixtisaslar üzrə hazırlanmış və Facebook, Instagram sosial şəbəkələrində paylaşılmış posterlər haqqında şagirdlərə məlumatlar verilib, UTECA ixtisaslarına dair məlumatların əlçatanlığı üçün baş vura biləcəkləri elektron resurslar təqdim edilib. Eyni zamanda İqtisadiyyat və idarəetmə fakültəsi tərəfindən təşkil olunmuş Virtual məktəb layihəsində iştirak üçün şagirdlərə müraciət ünvanlanıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.