Azərbaycan Texnologiya Universitetində xarici elm adamlarının seminarları davam edir.Azərbaycan Texnologiya Universitetində 23 noyabr tarixində Türkiyənin İnönü Universitetinin dosenti Nurhayat Özdemirin seminarı təşkil olunub. Onlayn mühazirənin mövzusu “Qida analizlərində istifadə olunan cihazlar”a həsr edilib.Bu gün isə UTECA-da Sumı Milli Aqrar Universitetinin dosenti Marina Savçenkonun seminarı baş tutub. Ukraynalı mühazirəçi “Qida sənayesində innovativ mühəndislik” ilə bağlı öz bilik və təcrübələrini bölüşüb.
ECAR Erasmus+ layihəsinin Fransadan olan tərəfdaşı CPU (Fransa Rektorlar Konfransı) təşkilatçılığı ilə bir həftəlik təlimlər davam edir22-26 noyabr 2021-ci il tarixlərində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsi çərçivəsində Avropa Rektorlar Konfransının təcrübələrinin öyrənilməsinə həsr olunmuş 2-ci komponentin icrasına başlanılıb. Bu məqsədlə tərəfdaş universitet nümayəndələrindən ibarət 30 nəfərlik koordinasiya komitəsi yaradılıb.Komissiyanın ilk səfəri 22-26 noyabr tarixlərində Fransada keçirilməkdədir. Belə ki, Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) təşkilatçığı ilə həyata keçirilən bu görüşdə Fransa təhsil sistemi və Fransa Rektorlar Konfransının Ali təhsildə rolu, Fransa Rektorlar Konfransının təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdalığı haqqında iştirakçılara ətraflı məlumat verilməsi planlaşdırılır. Səfərin sonunda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər nəzərdə tutulur.Təlimdə Azərbaycan Texnologiya Universitetini Elm və tədqiqat mərkəzinin müdiri Qalibə Məmmədova, Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev təmsil edirlər.
Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov VII ümumrespublika bilik yarışında iştirak edən tələbələrlə görüşüb. Rektor komandanı təbrik edib, nailiyyətlərini yüksək dəyərləndirib. Bildirib ki, 2014-cü ildən təşkil olunan bilik yarışında ilk oluğun 8-ci yerində qərarlaşmaları tələbələrin növbəti uğurudur. Professor tələbələrə dərslərində müvəffəqiyyətlər arzulayaraq məsləhət və tövsiyələrini verib, daim öz ürələrində çalışmalarının yeni nailiyyətlər gətirəcəyindən əmin olduğunu bildirib.Xatırladaq ki, Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında 48 ali təhsil ocağı təmsil olunub. Gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyan yarışın mövzuları əsasən Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib.Qiymətləndirmə zamanı 19 yer üzrə olan siyahıda Azərnaycan Texnologiya Universitetinin komandası ADA Universiteti, Azərbaycan Texniki Universiteti tələbələri ilə birgə 8-ci yerdə qərarlaşıb. Komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzinin sertifikatları təqdim olunub.
Ümumdünya Fəlsəfə Günü UNESCO-nun təşəbbüsü ilə 2002-ci ildə təsis edilib. Həmin vaxtdan etibarən hər il noyabr ayının üçüncü cümə axşamı günü Ümumdünya Fəlsəfə Günü kimi qeyd edilir.Ümumdünya Fəlsəfə Gününün keçirilməsində əsas məqsəd hazırda baş verən qlobal sosial-mədəni dəyişikliklərin müzakirəsinin ümumi platformasını tapmaq, insanları fəlsəfi irsin qorunmasına cəlb etmək, yeni ideyalar üçün təfəkkür dairəsini genişləndirmək, vətəndaş cəmiyyətinin və mütəfəkkirlərin açıq debatlarını stimullaşdırmaqdır.
Ağdamın azadlığı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam rayonunun düşməndən xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz torpaqlarına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi olaraq qalacaq. Bu, Azərbaycanın Zəfər tarixidir. Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna” qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır. Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və başqaları olmaqla onlarla görkəmli şəxsiyyət bəxş etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin cıxışından sitat gətirmək istərdim: “Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunacaq”. Ağdamın azad edilməsinə səbəb olan İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana və Azərbaycan ordusuna eşq olsun! Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Aida Məmmədova
Azərbaycan Texnologiya Universitetinin
Avtomatika və informasiya texnologiyaları
kafedrasının baş müəllimi
Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının fəal üzvləri Gəncə Gənclər Evində keçirilən “17 Noyabr – Milli Dirçəliş Günü”nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyununda ilk yerləri tutublar. Yarışa Gəncə şəhərinin ali və orta ixtisas təhsili müəssisələrindən hər birində 6 nəfər olmaqla 10 komanda qatılıb. Tələbələr onlara verilən 24 sualı cavablandırmaqla öz biliklərini sınayıblar.Turnirdə UTECA-nın "Dəmir Yumruq" komandası 1-ci yerə sahiblənib, 2-ci yeri isə UTECA-nın "Qarabağ" komandası əldə edib.Qalib komandalar diplom və sertifikatlarla təltif olunublar.