Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Vətənpərvər UTECA məzunu medala layiq görülüb

Vətənpərvər UTECA məzunu medala layiq görülüb Məzahir Savalanlı Biznesin idarə edilməsi ixtisasımızın 2020-ci il məzunudur. Məzahir, Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə topçu kimi iştirak edib. “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. Fəxrimizdir! 

Dərslər 20 Yanvar mövzusuna həsr edilib

Dərslər 20 Yanvar mövzusuna həsr edilib Bu gün UTECA-da bütün qiyabi qruplarda birinci dərs 20 Yanvar mövzusuna həsr edilib. Faciə qurbanlarının əziz xatirəsini 60 qrup üzrə 550 tələbə professor-müəllim heyəti ilə birgə yad edib.

Tələbəmiz avtomobil qəzasında həyatını itirib

Tələbəmiz avtomobil qəzasında həyatını itirib Universitetimizin İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Əli Əlili avtomobil qəzasında həyatını itirib. Yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin... 


Tələbəmiz - Vətən müharibəsi iştirakçısı

 Ənvər Məmmədhəsənov Sənayenin təşkili və idarə edilməsi ixtsasımızın qiyabi şöbə üzrə II kurs tələbəsi Ənvər Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda Kəlbəcərdə Vətənin keşiyindədir. Fəxr edirik!

Məzunumuz ``Şuşanın azad olunmasına görə`` medalı ilə təltif edilib

Qulu Poladov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Qulu, UTECA-nın Turizm və otelçilik ixtisasının 2014-cü il məzunu, "Agro Dairy" şirkətinin əməkdaşıdır. Əks hücum əməliyyatları başlayan gündən ön cəbhədə olan Qulu, Xocavənd, Laçın və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda Laçın dəhlizində xidmətini davam etdirir. Fəxrimizdir! 

Məzunumuz “Suqovuşanın azadlığı uğrunda” medalı ilə təltif olunub

Məhər İsgəndərov UTECA-nın Sənayenin təşkili və idarə olunması ixtisası məzunu Məhər, Tərtər istiqamətində gedən döyüşlərdə topçu kimi iştirak edib. “Suqovuşanın azadlığı uğrunda” medalı ilə təltif olunub. Fəxr edirik!