Ötən tədris ilində olduğu kimi bu tədris ilində də ali təhsil pilləsinin bakalavriat səviyyəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə) tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsi təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılacaq. Bu barədə məlumat Nazirlər Kabinetinin müvafiq qərarına edilən dəyişiklikdə yer alır. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan bakalavrlar üçün dövlət attestasiya sınaqları təşkil ediləcəkdir. Bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisasları və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə yekun dövlət attestasiya məcburidir. Magistratura səviyyəsində bütün ixtisaslar üzrə yekun attestasiya məcburidir. Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır.
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Azərbaycan Texnologiya Universitetində (UTECA) 2021/22-ci qəbul ili üçün ayrılan PLAN YERLƏRİ və MÜSABİQƏ BALLARI:
I qrup
Şərabçılıq* 100 yer, müsabiqə balı 150
Qida mühəndisliyi 25 yer, müsabiqə balı 200
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 30 yer, müsabiqə balı 200
Nəqliyyat mühəndisliyi* 60 yer, müsabiqə balı 200
Ekologiya mühəndisliyi* 50 yer, müsabiqə balı 150
Sənaye mühəndisliyi 15 yer, müsabiqə balı 200
Metallurgiya mühəndisliyi 15 yer, müsabiqə balı 200
Mühəndis fizikası 20 yer, müsabiqə balı 200
Proseslərin avtomatlaşdırılması mühəndisliyi 15 yer, müsabiqə balı 200
Radiotexnika və telekommunikasiya mühəndisliyi 40 yer, müsabiqə balı 200
İnformasiya texnologiyaları 30 yer, müsabiqə balı 200
Kompüter mühəndisliyi* 60 yer, müsabiqə balı 200
II qrup
Turizm bələdçiliyi 40 yer, müsabiqə balı 150
Turizm işinin təşkili* 90 yer, müsabiqə balı 150
Dövlət və bələdiyyə idarəetməsi 20 yer, müsabiqə balı 200
İqtisadiyyat* 40 yer, müsabiqə balı 200
Biznesin idarə edilməsi* 60 yer, müsabiqə balı 150
Marketinq* 50 yer, müsabiqə balı 150
Mühasibat 50 yer, müsabiqə balı 200
IV qrup
Ekologiya 60 yer, müsabiqə balı 150
V qrup
Dizayn* 80 yer, müsabiqə balı
60 + q.i. *Müsabiqə rus dili ilə birgə aparılır
21 ixtisası üzrə 950 yer ayrılıb Azərbaycan Texnologiya Universitetində (UTECA) 2021/2022-ci qəbul ili üçün 21 bakalavr ixtisası üzrə 950 yer ayrılıb. 845 yer (775 əyani, 70 qiyabi) Azərbaycan dili bölməsinin, 105 yer (əyani) isə Rus dili bölməsinin payına düşür.
Bu gün Təhsil Nazirliyinin dəstəyi ilə məşhur fotojurnalist Reza Diqqətinin tələbələrlə görüşü keçirilib. Reza Diqqəti tələbələri 1992-ci illərdə və post-müharibə dövründə çəkdiyi şəkillərlə tanış edib, işğaldan azad olunan ərazilərimizin keçmişlə indiki vəziyyətinin müqayisəsini təhlil edib. Vebinarda Azərbaycan Texnologiya Universitetini Elm və xarici əlaqələr mərkəzinin əməkdaşı İsmayıl Həsənzadə, tələbələrdən Rusiya vətəndaşları olan Elnur Zakirov, Aydın İbrahimov və Gürcüstan vətəndaşı Minayə Təzəxanova təmsil ediblər.
Erasmus Mübadilə proqramına qatılan tələbələrimizlə görüş keçirilib. UTECA-nın tədris işləri üzrə prorektoru Vüqar İsmayılov və dekanlar mübadilə proqramı çərçivəsində xarici ölkələrə yollanacaq tələbələrə məsləhət və tövsiyyələrini veriblər. Tələbələrə uğur və müvəfəqiyyətlər arzulayaraq xaricdə təhsilin Vətənə faydalı kadr kimi yetişməkdə vacib rol oynadığını vurğulayıblar. Qeyd edək ki, UTECA Erasmus mübadilə proqramı çərçivəsində Avropanın Slovakiya, Polşa, İspaniya, Almaniya, Rumınya və s. kimi ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıq çərçivəsində müxtəlif fakültələr üzrə 7 tələbə və 5 müəllim heyəti mübadiləyə cəlb olunub və uğurlu nəticələr əldə edilib. 2021-2022-ci tədris ilinin payız semestrində isə daha 7 UTECA tələbəsi Avropanın müxtəlif ölkələrində bir semestrlik ingilis dilində təhsil almaq hüququ əldə edib. Polşa, Almaniya və İspaniyada təhsil alacaq həmin tələbələrin bütün xərcləri proqram tərəfindən qarşılanır.
Dünya İqtisadi Forumunun bəyan etdiyi siyahıya əsasən (Top 10 skills of 2025) növbəti beş ildə insan davranış mədəniyyətində hansı kompetensiyalara yiyələnməlidir? Texnoloji dizayn və proqramlaşdırma kompetensiyası kompüter və kompüter əsaslı olmayan texnologiyaların tədqiqi, dizaynı, inkişafı, tətbiqi, dəstəyi və idarə edilməsini nəzərdə tutur. Bu gün rəqəmsal dizayn proqramlaşdırma ilə eyni müstəvidədir, çünki texnologiya hər kəsin rəqəmsal məhsul və ya xidmət yaratmasına imkan verən bir səviyyəyə çatıb.