27 iyun-01 iyul 2022-ci il tarixlərində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsi çərçivəsində Avropa Rektorlar Konfransının təcrübələrinin öyrənilməsinə həsr olunmuş 2-ci komponent üzrə Polşa Respublikasına bir həftəlik səfər başlayıb.
Səfərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri, layihə konsorsiumunun üzvü olan Azərbaycan Universitetlərinin rektorları və digər səlahiyyətləri nümayəndələri iştirak ediblər. Tədbirdə iştirakçılar Polşa Rektorlar Konfransına üzv olmağın universitet üçün faydaları, Konfrans yarandığı gündən indiyə qədər Polşa ali təhsil sisteminə verdiyi töhfələr, keyfiyyətin yüksəldilməsi istiqamətində irəli sürülən təkliflər və əldə olunmuş uğurlar barədə məlumatlandırılıb, eləcə də Rektorlar Konfransının ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, ölkədə universitetlərin koordinasiyalı fəaliyyət göstərməsi baxımından vacib olduğu vurğulanıb.
Təlimdə Azərbaycan Texnologiya Universitetini Elm və xarici əlaqələr üzrə müşavir Mayıs Gülaliyev, Elm və tədqiqat mərkəzinin müdiri Qalibə Məmmədova, elmi katib Mətanət Əhmədova təmsil edirlər.