Əsl dostluq və qardaşlıq nümunəsi 2020-ci ilin sentyabr ayından başlayaraq rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən savaşında unudulmaz və bütün dövlətlər, xalqlar üçün nümunə ola biləcək bir tarix yazdı. Xalqımızın Müqəddəs Vətən müharibəsində qazandığı qələbə haqq davamızın uzun illər gözlənilən, arzuolunan nəticəsi olmaqla bərabər, həm də Cənubu Qafqazda sülh və inkişafı təmin edəcək fərqli bir gerçəkliyin başlanğıcı oldu. Müharibənin ilk günlərindən öz dəstəyini əsirgəməyən qardaş Türkiyə, eyni zamanda, tarixi və mənəvi qələbənin bərqərar olması üçün yanımızda olduğunu öz haqq səsi ilə sübut etdi. Məhz bu dövlətin dünyada olan nüfuzu və gücü sayəsində düşmən havadarlarının bu dəfə döyüş meydanında erməni adlı mənfur bir düşmənin yanında olmasına imkan vermədi. Düşmən Azərbaycanın igid, qorxmaz, ölümün gözünə dik baxmağı bacaran, Vətən məhəbbətini ürəyindən heç zaman çıxarmayan oğulları ilə üz-üzə dayandı. Ali Baş Komandan, Cənab İlham Əliyev müsahibələrinin birində bu haqda çox dəqiq olaraq bildirdi ki, əgər müharibənin ilk anlarından etibarən Türkiyənin düşmən havadarlarına “Dur, Azərbaycan tək deyil! Türkiyə bu işin sonuna qədər Azərbaycanın yanındadır!” mesajı olmasaydı, bəlkə də bu işə başqaları da qarışa bilərdi. Məhz bu çağırışdan sonra düşmən döyüş meydanında çarəsiz bir duruma düşdü. Dinc əhalinin yaşadığı, döyüş bölgələrindən kifayət qədər uzaqda yerləşən şəhərlərimizə qarşı törətdiyi terror da elə bu acizliyin, çarəsizliyin bəlirtisi idi. Mülki sakinlərimizin, hələ dünyada sülh və ya müharibənin nə olduğunu belə bilməyən körpələrimizin faciəli şəkildə həyatlarını itirdikləri, düşmənin alçaq siyasətinə qurban getdikləri bir vaxtda qardaş ölkənin rəsmi qurumları Ermənistanın terrorçu siyasətinə qarşı bəyannamələr verir, çağırışlar edir, terror törədilən şəhərlərimizə etdikləri səfərləri ilə yanımızda olduqlarını əyani şəkildə sübut edirdilər. Bütün bunlar bizə mənəvi güc verdiyi kimi bütün dünyaya da bir daha çatdırırdı ki, əslində Qarabağ məsələsi Azərbaycanın haqq davası olmaqla yanaşı, həm də bütün türk dünyasının şərəf məsələsidir. Türk hər zaman səsləndirdiyi sözə, verdiyi vədə imzaları qədər dəyər verən, sadiq olan xalqdır. Bu gün iki böyük şəxsiyyəti siyasət meydanında yanaşı görmək türk dünyasını nə qədər qürurlandırırsa, məqsədə aparan yolda hər alçaq vasitədən istifadə etməyə hazır olan bəzi siyasi dairələri də bir o qədər narahat edir. Azərbaycan və Türkiyə prezidentləri bütün dünyanın qarşısına öz şəxsiyyətlərinə, mənəviyyatlarına, qədim milli köklərinə yaraşan bir qürurla çıxırlar. Qədim tarixi köklərə əsaslanan bu qardaşlıq, dostluq münasibətlərinin möhkəmliyini dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də görmək mümkündür. Bu gün müasir dünyamızın iki əvəzsiz liderini yanaşı görəndə, onların iqtisadi, siyasi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıqlarının şahidi olanda inanıram ki, damarlarından türk qanı axan hər bir insanın ürəyində fərəh hissi oyanır, gələcəyə daha böyük ümidlər yaradır. Çünki bu münasibətlərin əsasında tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibət, hər şeydən öncə isə qardaşlıq dayanır. Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin vaxtilə dediyi “Bir millət, iki dövlət” devizinin, Atatürkün “Sevincimiz də, kədərimiz də birdir” kəlamının bütün dövrlər üçün siyasi, ictimai əhəmiyyətə malik olduğunun bu gün bir daha şahidi oluruq. İnanırıq ki, arzusunda olduğumuz Böyük Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amil bu iki dövlətin qarşılıqlı münasibətlərindən asılıdır. Bu gün bütün dünyaya nümunə olan Türkiyə-Azərbaycan münasibətlərinin geniş miqyasda inkişaf etməsi, hər iki dövlətin bir-birinin yanında olub həm sevinclərinə, həm də kədərlərinə şərik olması hər bir türkün ürəyində yeni ümidlər yaradır.
Azərbaycan Texnologiya Universiteti,
İctimai elmlər və multikulturalizm kafedrası
UTECA-da “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” ECAR layihəsi çərçivəsində “İnfo Day” təşkil edilib. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” ECAR layihəsi çərçivəsində onlayn “İnfo Day” (Məlumatlandırma Günü) Azərbaycan Texnologiya Universitetinin “Yüngül sənaye mühəndisliyi və logistika” fakültəsinin müəllim və tələbə heyəti üçün keçirilib. Görüşdə iştirakçılara layihə meneceri İlahə Qurbanova tərəfindən layihənin məqsədi, tərəfdaşları, layihə çərçivəsində 3 il ərzində icra olunacaq fəaliyyətlər və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Yekunda isə iştirakçıların müvafiq sualları layihə meneceri tərəfindən cavablandırılıb və layihənin işinə uğurlar arzu edilib.
2021 - ci il 15 iyun tarixində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”nin imzalanması hər iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə inkişafında təminant verir. Bəyannamənin imzalanması eyni zamanda 13 noyabr 1921 - ci il tarixində 100 il öncə imzalanmış “Qars müqaviləsi”nə hər iki qardaş ölkənin sadiq qalmasını göstərir. “Şuşa Bəyannaməsi”ndə Türkiyə və Azərbaycanın birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması eyni zamanda hər iki qardaş ölkənin münasibətlərinin daha da möhkəmlənməsi vurğulanır. Azərbaycan Ermənistanın 30 il davam edən işğalçı siyasətinə son qoyulmasında, itirilmiş torpaqların azad edilməsində Türkiyənin mənəvi dəstəyini hər zaman yüksək qiymətləndirir. Bəyannamədə eyni zamanda qeyd olunurki, tərəflərdən hər hansı birinin ərazi bütövlüyünə üçüncü dövlət tərəfindən təhdid, hücum olarsa tərəflər bir - birinə hər cür maddi və mənəvi yardım göstərəcək. “Şuşa Bəyannaməsi”ndə eyni zamanda Ermənistanın Türkiyəyə qarşı əsassız iddiyaları və bölgədə sülhə, sabitliyə zərər verdiyi vurğulanır. Bəyannamədə beynəlxalq hüqunun prinsip və normalarına, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh - sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunur. Bəyannamədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan Xalqının Ümumilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın milli, mənəvi sərvəti kimi dəyərləndirildiyinin xüsusi vurğulanması bir daha bütün dünyaya türkün gücünü göstərir. İnanırıq ki, tərəflər xarici siyasət sahəsində əlaqələri genişləndirəcək, beynəlxaq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirəcək. Eyni zamanda ümidvarıq ki, tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərinə uyğun yenidən formalaşdırlıması istiqamətində birgə səy göstərməyə davam edəcəklər, ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyət göstərəcəklər. İnamla deyə bilərik ki, yaxın gələcəkdə birgə layihələrin yerinə yetirilməsi Müdafiə Sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcək. Düşünürük ki, kiber təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi nəticəsində birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçiriləcək, hər iki qradaş ölkə perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı, faydalı inkişafı üçün səylərini artıracaqlar. Tərəflərin hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması məqsədi ilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklərinə inanırıq. Arzu edirik ki, qardaş ölkə ilə imzalanmış olan “Şuşa Bəyannaməsi” bütün sahələrdə olduğu kimi humanitar, sosial müdafiə, elm, təhsil, mədəniyyət sahələrində də inkişafa öz təsirini göstərsin. Yaşasın Azərbaycan - Türkiyə dostluğu, qardaşlığı.
Məmmədli Aysel Azərbaycan Texnologiya Universiteti
Tələbə Elmi Cəmiyyətinin Sədri
Azərbaycan Texnologiya Universitetində (UTECA) 2021/22-ci qəbul ili üçün ayrılan
PLAN YERLƏRİ və MÜSABİQƏ BALLARI:
I qrup
Şərabçılıq* 100 yer, müsabiqə balı 150
Qida mühəndisliyi 25 yer, müsabiqə balı 200
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 30 yer, müsabiqə balı 200
Nəqliyyat mühəndisliyi* 60 yer, müsabiqə balı 200
Ekologiya mühəndisliyi* 50 yer, müsabiqə balı 150
Sənaye mühəndisliyi 15 yer, müsabiqə balı 200
Metallurgiya mühəndisliyi 15 yer, müsabiqə balı 200
Mühəndis fizikası 20 yer, müsabiqə balı 200
Proseslərin avtomatlaşdırılması mühəndisliyi 15 yer, müsabiqə balı 200
Radiotexnika və telekommunikasiya mühəndisliyi 40 yer, müsabiqə balı 200
İnformasiya texnologiyaları 30 yer, müsabiqə balı 200
Kompüter mühəndisliyi* 60 yer, müsabiqə balı 200
II qrup
Turizm bələdçiliyi 40 yer, müsabiqə balı 150
Turizm işinin təşkili* 90 yer, müsabiqə balı 150
Dövlət və bələdiyyə idarəetməsi 20 yer, müsabiqə balı 200
İqtisadiyyat* 40 yer, müsabiqə balı 200 Biznesin idarə edilməsi* 60 yer, müsabiqə balı 150
Marketinq* 50 yer, müsabiqə balı 150
Mühasibat 50 yer, müsabiqə balı 200
IV qrup
Ekologiya 60 yer, müsabiqə balı 150
V qrup
Dizayn* 80 yer, müsabiqə balı 60 + q.i.
*Müsabiqə rus dili ilə birgə aparılır
Azərbaycan Texnologiya Universitetinin Avtomatika, telekommunikasiya və informatika fakültəsinin Nizami Gəncəvinin 880 illiyi çərcivəsində təşkil etdiyi fənn olimpiadalarının qalibləri müəyyən olub. İnformatikadan Əli Tağızadə (Gəncə), riyaziyyatdan Tural İbrahimov (Yevlax) I yeri tutub. Fizika fənnindən isə birinciliyi eyni bal toplayan 3 şagird - Nərmin Əhməzadə (Gəncə), Nigar Abdullazadə (Gəncə) və Fatimə Əsgərova (Gəncə) qazanıb. İnformatika olimpiadası üzrə: 1.Tağızadə Əli Vüqar oğlu Gəncə, FRİTL liseyi, 9-cu sinif. 1-ci yer (38 bal) Riyaziyyat olimpiadası üzrə: 1.İbrahimov Tural Azər oğlu Yevlax, 5 saylı məktəb, 10-cu sinif. 1-ci yer (44 bal) 2.Məmmədov Rəsul Teymur oğlu Gəncə, 37 saylı məktəb, 11-cu sinif. 2-ci yer (36 bal) 3.Abdullayev Cavid Azər oğlu Gəncə, 43 saylı məktəb, 11-ci sinif, 2-ci yer (36 bal) 4.Kazımov Şahlar Bayram Gəncə, 16 saylı məktəb, 11-ci sinif. 3-ci yer (33 bal) Fizika olimpiadası üzrə: 1.Əhmədzadə Nərmin Əhməd oğlu Gəncə, 27 saylı məktəb, 11 ci sinif. 1-ci yer (30 bal) 2.Abdullazadə Nigar Qabil oğlu Gəncə, 27 saylı məktəb, 11 ci sinif. 1-ci yer (30 bal) 3.Ədgərova Fatimə Rövşən oğlu Gəncə, 16 saylı məktəb, 11 ci sinif. 1-ci yer (30 bal) 4.Cəfərli Sevinc Ülfət oğlu Gəncə, 9 saylı məktəb, 11 ci sinif. 2-ci yer (29 bal) 5.Katibli Aydan Vasif oğlu Gəncə, 27 saylı məktəb, 11 ci sinif. 3-ci yer (28 bal)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC "Azcloud ScaleUp" proqramına start verir. Proqramın məqsədi ölkədə əlverişli rəqəmsal ekosistemin inkişafına töhfə verərək yeni ideyaların yaradılması, innovativ sahibkarlığın təşviqidir. Azərbaycanda potensialı olan startaplara bizneslərini etibarlı və davamlı şəkildə böyütməyə, biznes cəmiyyəti və sifarişçilərlə ünsiyyət qurmağa yönələn “Azcloud ScaleUp” əsasən yeddi prioritet sahə – aqrar, təhsil, tibb, “ağıllı ölkə”, ekologiya, oyun və onlayn ticarət üzrə layihələrə dəstək göstərəcək.“Azcloud ScaleUP” proqramına startaplarla yanaşı, tərəfdaş olmaq istəyən təşkilatlar və şirkətlər də müraciət edə biləcək.