Avropada təqaüdlə təhsil imkanı! Azərbaycan Texnologiya Universiteti Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti, Polşanın Silesiya Texnologiya və İspaniyanın Jaen Universitetləri ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın 4 tələbəsinə Almaniya, Polşa və İspaniyada 1 (bir) semestr müddətinə ingilis dilində təhsil almaları üçün qrant ayrılıb. Proqrama universitetin İqtisadiyyat və idarəetmə, Avtomatika, telekommunikasiya və informatika fakültələrinin II və III kurs tələbələri, eyni zamanda I kurs magistr tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək. Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ ÜOMG
✓ Müsahibə
Müsahibədə iştirak etmək istəyən tələbələr 25 noyabr 2022-ci il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (tel: 022 257 35 78;
II korpus 3-cü mərtəbə otaq (2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.