Azərbaycan Texnologiya Universiteti Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti, Polşanın Varşava Ekologiya və Menecment Universiteti, İspaniyanın Jaen və Granada Universitetləri ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU-nun 5 tələbəsinə Almaniya, Polşa və İspaniyada 1 (bir) semestr müddətinə ingilis dilində təhsil almaları üçün qrant ayrılıb.Proqrama universitetin İqtisadiyyat və idarəetmə, Avtomatika, telekommunikasiya və informatika, Yüngül sənaye mühəndisliyi və logistika fakültələrinin I və II kurs tələbələri, eyni zamanda I kurs magistr tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək.Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:✓ ÜOMG✓ MüsahibəMüsahibədə iştirak etmək istəyən tələbələr 25 aprel 2023-cü il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (tel: 022 257 35 78; II korpus 3-cü mərtəbə otaq 2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.