Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü münasibəti ilə YAP Gəncə şəhər təşkilatının partiya fəalları ağacəkmə aksiyası keçiriblər.
Aksiyada Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos Yaşar Ömərov, əməkdaşları və tələbələr də iştirak edib.
Aksiyada həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, təşkilatın partiya fəalları və gənclər iştirak ediblər.
Aksiya iştirakçıları Nizami Gəncəvi Məqbərəsi ətrafında 20 ədəd Gəncənin simvolu olan çinar ağacı əkiblər. Bununla yanaşı, partiya fəalları ərazidə təmizlik işləri aparıb, yeni əkilən ağacları suvarıb, onlara aqrotexniki qulluq göstəriblər.