ATU-nun bəzi ixtisaslar üzrə təhsil alan tələbələri üçün “Huawei ICT Competition 2023 - 2024 Middle East & Central Asia`` adlı müsabiqədə iştirak imkanı yaranıb. "Huawei" şirkətinin Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığı çərçivəsində adı çəkilən şirkət universitetin “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələr üçün “Huawei ICT Competition 2023 - 2024 Middle East & Central Asia (Huawei İKT Yarışması 2023 - 2024 Yaxın Şərq və Mərkəzi Asiya)” adlı müsabiqədə iştirak imkanı yaradır.Bu gündən etibarən qeyd olunan ixtisasların tələbələri Huawei şirkətinin təqdim etdiyi linkə (https://e.huawei.com/en/talent/...) daxil olaraq qeydiyyatdan keçə və müsabiqə haqqında daha ətraflı məlumat əldə edə bilərlər.Son qeydiyyat tarixi 20.10.2023-cü ildir.Müsabiqə haqqında ilkin məlumatlar aşağıda qeyd olunub:-Müsabiqə İngilis dilində olacaq;-Qeydiyyatdan keçmiş tələbələr elektron kurs materiallarına giriş əldə edəcək;-Hər bir mərhələnin sonunda tələbələrə hazırlaşdıqları elektron kurs materialları əsasında tərtib edilmiş online test imtahanı təşkil olunacaq və ən sonda isə laboratoriya imtahanı keçiriləcəkdir;-Ölkə üzrə qalib gələn komandalar növbəti mərhələdə region üzrə müsabiqələrdə iştirak etmək imkanını qazanacaq;-Tutduğu yerdən asılı olaraq qalib gələn komandalara mükafatlar təqdim olunacaq (1-ci yer üçün Huawei MateBook, 2-ci yer üçün Huawei Phone, 3-cü yer üçün Huawei Matepad).