Azərbaycan Texnologiya Universitetinin (ATU) 2024-2030 - cu illəri əhatə edən Strateji İnkişaf Planı (SİP) Elmi Şuranın bu gün keçirilən 2 saylı iclasında təsdiq edilib.
Sənəd 7 məqsəd və 16 hədəfdən ibarətdir. Bəndlərdə təhsilin keyfiyyətinin artırılması, elmi tədqiqat işinin təşviq edilməsi, innovativ yeniliklər və texnologiyaların tətbiqi, beynəlxalq əlaqələrin genişləndirilməsi, sosial tədbirlər, iş mühiti və infrastrukturun yaxşılaşdırılması və s. kimi məsələlər öz əksini tapır.
SİP hazırlanarkən beynəlxalq və yerli ali təhsil müəssisələrinin təcrübəsi, “Avropa Ali Təhsil Sahəsində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar”, ISO 21001 “Təhsil Təşkilatının İdarəetmə Sistemləri”, “Ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları”, Beynəlxalq reytinq agentliklərinin tələb və meyarları, eləcə də maraqlı tərəflərlə keçirilmiş sorğu nəticələri əsas götürülüb.