Elmi şuranın sədri, Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
 
İclasda tədris işləri üzrə prorektor Raqif Hüseynov 2023/2024-cü tədris ili üzrə tələbə qəbulunun yekunu barədə çıxış edib. Ardınca elm və innovasiyalar üzrə prorektor əvəzi Mayıs Gülalıyev universitetin Strateji İnkişaf Planını (SİP) təqdim edib, müzakirələrdən sonra SİF təsdiq edilib.
 
Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənovun, turizm sənayesinin təşkili kafedrasının müdiri Yusif Hümbətovun hesabatı dinlənilib.
 
2 saylı Elmi Şurada Tədris Metodiki Şuranın tərkibi formalaşdırılıb və digər məsələlərə baxılıb.
İclas çərçivəsində bir qrup əməkdaş yubiley münasibətilə təltif edilib.