Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu və İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ABŞ-nın “Coursera” şirkətilə əməkdaşlıq çərçivəsində "4Sİ Akademiyası" layihəsinə başlayıb.
Layihənin məqsədi ölkədə Dördüncü Sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.
Layihə çərçivəsində 4Sİ texnologiyaları, süni intellekt, data analitikası, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya bacarıqları daxil olmaqla ümumilikdə 800-ə yaxın kursdan yararlanmaq mümkün olacaq.
Layihə üçün qeydiyyat 7 sentyabr tarixinədək aparılır. Həmin tarixədək qeydiyyatdan keçən ilk 10 minə yaxın şəxs 700-dən çox ödənişsiz təlimə qoşula biləcək.
Qeydiyyat linki : https://4sim.gov.az/en/applicationForm