Azərbaycan Texnologiya Universitetində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilibTədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov çıxış edib. O 2022-ci ildə universitetin və kollektivin əldə etdiyi uğurlardan bəhs edib, qarşıda duran vəzifələrdən danışıb. Y.Ömərov çıxışının sonunda universitet kollektivini və tələbələri Həmrəylik Günü və qarşıdan gələn yeni 2023-cü il münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.Daha sonra sosial məsələlər və ictimayətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, İnzibati idarəetmə və kommersiya kafedrasının dosenti Xədicə Məmmədova, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyev çıxış ediblər.Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş videoçarx izlənilib.
Universitetin rektor əvəzi, Elmi Şura sədri dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. Daha sonra elmi işlər üzrə prorektor əvəzi i.e.d. Mayıs Gülalıyevin təqdimatında universitetdə aparılan elmi işlərin nəticələri dinlənilib, bu istiqamətdə geniş müzakirələr aparılıb, tövsiyə və tapşırıqlar verilib.Ardınca 2022/2023-cü tədris ilinin ikinci yarımili üçün Elmi Şuranın iş planı müzakirə edilərək təsdiq edilib.İclasda doktorantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi, əməkdaşların işə davamiyyəti, elmi jurnalların redaksiya heyətinin yenidən formalaşdırılması, tədris jurnallarının yoxlanılmasının nəticələri kimi bir sıra digər məsələlər də müzakirə edilib, müvafiq qərarlar verilib. İclas zamanı universitet əməkdaşı Hüsnü Kərimov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsi münasibətilə təltif edilib.
Universitetin rektor əvəzi, Elmi Şura sədri dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. Daha sonra qış imtahan sessiyasının ilkin nəticələri və təhsilin keyfiyyətinin yüksəldilməsi haqqında Raqif Hüseynov, Məntiq Cəfərovun, Hamlet Kəsəmənlinin çıxışları dinlənilib. Bu istiqamətdə geniş müzakirələr aparılıb, tövsiyə və tapşırıqlar verilib. Daha sonra Xarici dillər, İctimai elmlər və multikulturalizm kafedra müdirlərinin hesabatları dinlənilib. İclasda Apellyasiya komissiyasının işinin nəticələri dinlənilib, "Rektor təqaüdünün verilməsi qaydaları"nın təsdiq edilməsi, "Nüfuzlu elmi nəşrlərdə məqalələri çap edilən Azərbaycan Texnologiya Universiteti əməkdaşlarının mükafatlandırılması qaydaları", bundan başqa tədris metodiki vəsaitlər təsdiq edilib. Tədris jurnallarının yoxlanılmasının nəticələri kimi bir sıra digər məsələlər də müzakirə edilib, müvafiq qərarlar verilib.İclas zamanı Yusif Hümbətov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad elmləri doktoru, Minurə Kərimova iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmələri münasibətilə, eləcə də bir qrup əməkdaş yubileyləri münasibətilə təltif olunublar.
Universitetin rektor əvəzi, Elmi Şura sədri dos.Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.İclasda Elm və beynəlxalq əlaqələr üzrə prorektor əvəzi i.e.d.Mayıs Gülalıyev keçiriləcək konfranslar, universitet strukturunun optimallaşdırılması və yeni struktur bölmələrinin yaradılması barədə çıxış edib. Marketinq və Menecment kafedralarının müdirlərinin hesabatları dinlənilib, tədris metodiki vəsaitləri təsdiq edilib. Elmi Şuranın gündəliyində olan məsələlərə dair geniş müzakirələr aparılıb, tövsiyə və tapşırıqlar verilərək müvafiq qərarlar qəbul edilib.İclas çərçivəsində universitet əməkdaşları - şöbə müdiri Mərziyə Hüseynova, Maşın mühəndisliyi və logistika kafedrasının dosenti Surxay Əliyev yubileyləri münasibəti ilə səmərəli fəaliyyətlərinə görə təltif olunublar.