“Avtomatika və informasiya texnologiyaları” kafedrası – kafedra müdiri
“Ətraf mühitin mühafizəsi” kafedrası – kafedra müdiri
“Xarici dillər” kafedrası – kafedra müdiri
“Turizm sənayesinin təşkili” kafedrası – professor (1 yer)
Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmrə və 401 nömrəli 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq elan olunduğu gündən başlayaraq 30 gün müddətində qəbul edilir.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103
Əlaqə: +994 022 257 56 29
Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov ötən semestr mübadilə proqramından yararlanan tələbələrlə görüşüb.
Y.Ömərov tələbələri təhsillərini xaricdə uğurla başa vurub qayıtmaları münasibəti ilə təbrik edərək onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb. Xaricdə aldıqları təcrübə və təhsilin gələcək fəaliyyətlərində faydalı olacağını vurğulayan Y.Ömərov tələbələrin xaricdə yaşam və təhsilləri barədə təəssüratlarını dinləyib, qazandıqları bilik və bacarıqları qarşıdan gələn tədris ilində tələbə yoldaşları ilə bölüşməyi tövsiyə edib.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin 4 tələbəsi 2022/2023-cü tədris ilinin yaz semestrini Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın müxtəlif universitetlərində davam etdiriblər. Belə ki, kompyuter mühəndisliyi ixtisasının 2-cü kurs tələbələri Gürshad Hüseynov Silesiya Texnologiya Universitetində (Polşa), Fərid Musayev Şmalkalden Tətbiqi Elmlər Universitetində (Almaniya), dizayn ixtisasının 3-cü kurs tələbəsi Tariyel-Hicran Məmmədli Rumıniyanın İaşi Texniki Universitetində, 1-ci kurs magistr tələbəsi (MBA) Cəlal Həbibov isə Xaen Universitetində (İspaniya) təhsilinin bir hissəsini uğurla başa vurub.
Gəncə universitetləri arasında ilk dəfə Azərbaycan Texnologiya Universitetində İctimai Şura yaradılır. Bu barədə 2023/2024-cü tədris ili üzrə dünən baş tutan Elmi Şurada ictimai rəyin əhəmiyyəti əsas götürülərək qərar verilib.
İctimai Şuranın yaradılmasında əsas məqsəd universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, universitetin fəaliyyətində aşkarlığın və şəffaflığın gücləndirilməsi və təkliflərin verilməsindən ibarətdir.
Azərbaycan Texnologiya Universitetində İctimai Şuranın əsasnaməsi qəbul olunduqdan sonra Şuraya millət vəkilləri, media, QHT təmsilçiləri, təhsil, ictimaiyyət nümayəndələri cəlb olunacaqlar.
Tanışlıq görüşü saat 11:00-dan etibarən müvafiq fakültələrdə və korpuslarda baş tutub. Dekanlar, dekan müavinləri yeni tələbələrə tədris prosesi, daxili qaydalar, müəllim heyəti, paraktiki və nəzəri dərslər, laboratoriyalardan istifadə, qiymətləndirmə və imtahanlar, akademik məsləhətçilər barədə ətraflı məlumat veriblər.
Auditoriya və laboratoriyalar, İnnovasiya Mərkəzi, Kitabxana və Oxu zalları, İdman Klubu ilə tanış olan tələbələrə universitetin yaratdığı fürsətlərdən maksimum yararlanmaq tövsiyə edilib.
2023-2024-cü tədris ilində ATU-nun bakalavr pilləsinə 1051 nəfər tələbə qəbul olub
Bu barədə universitet Elmi Şurasının 13.09.2023-cü il tarixində keçirilən iclasında qərar verilib. Bununla da ATU-da innovativ ekosistemin əsası qoyulub.
Elmi tədqiqat yönümlü mərkəzin yaradılmasında məqsəd tələbələrin startaplara cəlb olunması, innovativ ideyaların dəstəklənməsi, startaplarla işin təşkili və koordinasiya olunması, universitet-sənaye əlaqələrinin genişləndirilməsi, eləcə də təlim və kurslarla işgüzar maarifləndirməni həyata keçirərək elmi texniki tərəqqiyə dəstək olmaqdır.
Mərkəzin fəaliyyət istiqamətinə əsasən tələbələr elmi tədqiqata əsaslanan yeni ideyalar verərək innovativ fəaliyyətin təşkil olunmasına, innovativ mühitin formalaşmasına nail olacaqlar.
Tədbir universitetin bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Dövlət Bayrağının qaldrılması ilə açıq elan olunub.
Daha sonra Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov professor-müəllim heyəti və tələbələri yeni dərs ili münasibətilə təbrik edib, uğurlar arzulayıb. Vətənimizə, millətimizə layiqli olacaqlarına əminliyini ifadə edib.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri Fuad Əliyev, universitetimizin Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, professor Əhəd Nəbiyev çıxış ediblər.
Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş Amal Əhmədovun anası Mehriban Əhmədova çıxış edərək qızı Əsmərin seçiminin Azərbaycan Texnologiya Universiteti olduğunu bildirib və öz sevincini bölüşüb.
Daha sonra vətən deyib təhsilini donduraraq haqq savaşına gedən şəhidimizin arzusunu gerçəkləşdirən bacısı, dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alacaq Əsmər Əhmədova çıxış edib.
Daha sonra İqtisadiyyat və İdarəetmə fakultəsinin birinci kurs tələbəsi Əliyev Atabəyin valideyni, Azərbaycan Texnologiya Universitetinin əməkdaşı Mətləb Əliyev, universitetimizin Qida Mühəndisliyi fakultəsinə ən yüksək balla qəbul olmuş Cəmilət Atayeva çıxış ediblər.
Sonda isə universitetimizə ən yüksək balla qəbul olmuş tələbələrə tələbə biletləri və mükafatlar təqdim edilib.