Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “ON1000” Tələbə Gənclər Təşkilatlarının dəstək proqramı çərçivəsində baş tutan yarış istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunub.15 komandanın iştirak etdiyi bilik yarışında 1-ci yeri “Gənc alimlər” komandası tutub. “Sun Shine” komandası 2-ci, “Dan ulduzu” komandası isə 3-cü yerə layiq görülüb. Sonda qalib komandalar təltif edilib. 

 

Azərbaycan Texnologiya Universitetində Qida mühəndisliyi fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə elmi konfrans keçirilib

Azərbaycan Texnologiya Universitetində Qida mühəndisliyi fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə elmi konfrans keçirilibTələbə elmi konfransı “Gəncləşən elm və muasir texnologiyalar” mövzusuna həsr edilib.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Qida Mühəndisliyi fakültəsinin dekanı dos. Mehman İsmayılov və universitet Tələbə Elmi Cəmiyyəytinin sədri Aysel Məmmədli giriş sözü ilə çıxış edib, mövzunun aktuallığına diqqət çəkiblər.Professor Əhəd Nəbiyevin rəhbərliyi ilə III kurs tələbələri Tunar Quluzadə “Kaqor disert şərablarının müxtəlif texnologiya əsasında hazırlanması tətqiqi”, Dürdanə Dadaşova “Vitaminlərin insan orqanizmi üçün əhəmiyyəti”, Eltac Hüseynov “Çəhrayı süfrə şərablarının müxtəlif üsullarla hazırlanma texnologiyasının tətqiqi”, dosent Mərdan İsmayılovun rəhbərliyi ilə II kurs tələbəsi Allahverdi İbrahimli “Şərabçılıqda müasir avadanlıqlar və qurğular”, dosent Y.Yusubalıyevin rəhbərliyi ilə II kurs tələbəsi Aysel Vahidova “Diferensial tənliyin kimyada tətbiqi”, assistent Turanə Həsənovanın rəhbərliyi ilə 4-cü kurs tələbəsi Hüseyn Kərimov “Buz otellər” adlı məruzələrlə çıxış edib, auditoriyanın suallarını cavablandırıblar.Sonda elmi işlər üzrə prorektor əvəzi iqtisad elmləri doktoru Mayıs Gülalıyev, Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri professor Əhəd Nəbiyev, Turizm sənayesinin təşkili və ekologiya kafedrasının müdiri dosent Yusif Hümbətov çıxış edərək məruzələrə dair öz fikirlərini bildirb, tələbə elmi konfranslarının davamlı və məhsuldar olması üçün bir sıra tövsiyələr veriblər.     

 

 

 

``Nə? Harada? Nə zaman?`` formatında intellektual yarış keçiriləcək

"ON1000" proqramı çərçivəsində Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatının (UTECA TGT) təşkilatçılığı ilə "Əhməd Cavadın 130 illiyi"nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" formatında intellektual yarış keçiriləcəkdir.  

24.12.2022 12:00  

Azərbaycan Texnologiya Universiteti

İştirak üçün qeydiyyat linki :https://docs.google.com/.../1FAIpQLSfzpVfEMYzDpu.../viewform     


Avropada təqaüdlə təhsil imkanı

Azərbaycan Texnologiya Universiteti İspaniyanın Qranada Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU-nun 1 magistr tələbəsinə İspaniyada bir semestr müddətinə ingilis dilində təhsil alması üçün qrant ayrılıb.

Proqrama universitetin I kurs magistr tələbələri müraciət edə bilərlər.

Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək.

Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:

ÜOMG

Müsahibə

Müsahibədə iştirak etmək istəyən tələbələr 20 oktyabr 2023-cü il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsində (II korpus, otaq 2316) qeydiyyatdan keçməlidirlər.

Əlaqə: 022 257 35 78

Azərbaycan Texnologiya Universiteti tələbələri “TEKNOFEST”ə hazırlaşır

Azərbaycan Texnologiya Universitetində "STEAM Azərbaycan" layihəsi çərçivəsində görüş keçirilib.Dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olan “TEKNOFEST”ə hazırlıqla bağlı baş tutan ilkin görüşün məqsədi festivala qatılacaq komandaların qeydiyyatı, hazırlıq mərhələsinin dəyərləndirilməsi və lazımi dəstəyin göstərilməsidir.Görüşdə Elm və xarici əlaqələr üzrə müşavir dos. Mayıs Gulalıyev, Elmi Tədqiqat Mərkəzinin müdiri dos. Qalibə Məmmədova, “TEKNOFEST 2023”ə qatılacaq tələblər və rəhbərlər iştirak ediblər.Bu ilin mayında “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən müsabiqələrə qatılmış komanda heyəti daha təkmil layihələrlə çıxış ediblər. Onlar üçün lazımi avadanlıqların təmin edilməsi istiqamətində müraciətləri dinlənilib.Müzakirələr zamanı 4 komanda, eləcə də Rosol, Şahin, Dron, GEN komandalarının tərkibi müəyyən edilib, onlara müasir texnoloji avadanlıqların hazırlanması məqsədilə zəruri dəstəyin göstəriləcəyi qeyd olunub. Komanda üzvlərinin hər biri qarşıda duran hədəfə çatmaq istiqamətində səylə çalışacaqlarını bildiriblər.Görüşdə həmçinin universitet startap ekosisteminin formalaşdırılması, tələbələrin innovativ ideya və layihələrinin dəstəklənməsi ilə bağlı məsələlər müzakirə edilib.  

 

 

 

Avropada təqaüdlə təhsil imkanı!

  Avropada təqaüdlə təhsil imkanı! Azərbaycan Texnologiya Universiteti Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti, Polşanın Silesiya Texnologiya və İspaniyanın Jaen Universitetləri ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın 4 tələbəsinə Almaniya, Polşa və İspaniyada 1 (bir) semestr müddətinə ingilis dilində təhsil almaları üçün qrant ayrılıb.  Proqrama universitetin İqtisadiyyat və idarəetmə, Avtomatika, telekommunikasiya və informatika fakültələrinin II və III kurs tələbələri, eyni zamanda I kurs magistr tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək.  Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:

✓ ÜOMG

✓ Müsahibə

Müsahibədə iştirak etmək istəyən tələbələr 25 noyabr 2022-ci il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (tel: 022 257 35 78;

II korpus 3-cü mərtəbə otaq (2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.