Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universiteti (ATU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfrans öz işinə başlayıb.

Hibrid qaydada baş tutan konfransın plenar iclası ATU-da keçirilib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü və ATU-nun şəhid tələbə və məzunlarının abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə açıq elan edilib. Ardınca Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov giriş sözü ilə çıxış edib. Konfransın mövzusunun aktuallığından danışıb, konfransa 10 ölkədən 121 məqalənin göndərildiyini qeyd edib.

Daha sonra İKSAD-ın prezidenti Dr. Mustafa Latif Emek, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Mili Elmlər Akademiyasının vitse prezidenti akademik Rasim Əliquluyev çıxış edərək konfransın işinə uğurlar arzu ediblər.

Plenar iclasda Azəralüminium MMC Gəncə İstehsalat Kompleksinin direktoru Cəmil Səfərov və ATU İnnovasiya Mərkəzinin direktoru Şamo Salayevin məruzələri dinlənilib.

İclas zamanı İKSAD-ın Azərbaycan təmsilçisi Əlvan Cəfərov ATU-nun rektoru v.m.i.e. Yaşar Ömərova İKSAD-ın təltifnaməsini təqdim edib. Y.Ömərov isə İKSAD rəhbərliyinə hədiyyə etdiyi "Şuşa" tablosunu təqdim edib.

Konfrans öz işini 15 istiqamət üzrə bölmələrdə davam etdirib. Panellərin bir hissəsi Türkiyədə təşkil olunub.

Azərbaycan Texnologiya Universitetinində ölkənin tanınmış alimləri ilə görüş keçirilib

Görüşdə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov, Elm və Təhsil Nazirliyinin nəzdində olan Molekulyar Biologiya və Biotexnologiyalar Elmi Tədqiqat institutunun əməkdaşları - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvləri İbrahim Əzizov, İlham Şahmuradov, eləcə də biologiya elmləri doktorları professor Səftər Süleymanov, dosent Şahniyar Bayramov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru Ələmdar Məmmədov, Korçay Dövlət Təbiət Qoruğunun direktoru İlham Məmmədov iştirak ediblər.

Görüşdə Azərbaycan Texnologiya Universiteti və Molekulyar Biologiya və Biotexnologiyalar Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlığın qurulması məsələləri müzakirə edilib.

Görüş zamanı birgə elmi araşdırmaların aparılması, birgə elmi tədbirlərin, konfransların, seminarların təşkili, gənc tədqiqatçılara dəstək, birgə kadr yetişdirilməsi, doktorantlara rəhbərlik və.s kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.


Azərbaycan Texnologiya Universitetinin professoru Elm və Təhsil Nazirliyi tərəfindən təltif edilib

Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Əhəd Nəbiyev 75 illik yubileyi və elmi pedaqoji fəaliyyətinin 55 illiyi münasibətilə elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmrilə fəxri fərmanla təltif edilib.

Azərbaycan Texnologiya Universitetində təhsil alan tələbələr üçün yeni layihəyə start verilir!

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və “PAŞA Holding"in tərəfdaşlığı ilə “TİP – Tələbələrin İnkişaf Proqramı” layihəsi həyata keçiriləcək.

Layihənin məqsədi Azərbaycan Texnologiya Universitetində (Azərbaycan Texnologiya Universitetinin rəsmi səhifəsi) təhsil alan və müxtəlif regionlardan olan tələbə gənclərin fərdi inkişafını dəstəkləmək, onların karyera quruculuğu və layihələrin idarə olunması istiqamətlərində biliklərini, o cümlədən yumşaq bacarıqlarını təkmilləşdirməkdir.

İlk fazada təlim kursu 25-30 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Texnologiya Universitetində həyata keçiriləcək.

Müraciət üçün link: https://t.ly/EBN6E

Son müraciət tarixi: 22.09.2023

Azərbaycan Texnologiya Universitetində yeni yaradılmış İnnovasiya Mərkəzinə direktor təyin edilib.

Bu vəzifəni Şamo Salayev yerinə yetirəcək.

Zülfiqar oğlu Salayev Şamo 1989-cu ildə aprel ayının 16-da Rusiya Federasiyasının Krasnodar vilayətində doğulub.

2011-ci ildə Bakı Dövlət Universitetinin (BDU) ekoloji kimya mühəndisi ixtisası üzrə bakalavr, 2014-ci ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) magistr məzunu olub.

Müxtəlif illərdə təsisçisi olduğu süni intellekt sahəsi üzrə ixtisaslaşan “E-box” MMC-də, “Gənclərin Tərəqqisinə Dəstək” və “Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnkişafı Mərkəzi” İctimai Birliklərində müxtəlif vəzifələrdə (Elektron hökümət istiqaməti üzrə böyük məsləhətçi, direktor, sədr müavini, sədr) çalışıb.

BDU-nun Nanoaraşdırmalar Mərkəzində nanotexnalogiya sahəsi üzrə 4 il elmi tədqiqatla məşğul olub. Hazırda fərdi şəkildə “Nanotexnologiyanın tibb və sənaye sahəsinə tədbiqi” (xərçəngin müalicəsi) üzrə elmi tədqiqat işi aparır.