Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib

Azərbaycan Texnologiya Universitetində Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilibTədbir layihə çərçivəsində ötən ilin 12-17 dekabr tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən “EFMD Global” qurumuna təşkil olunan səfər və bu səfər zamanı keçirilən təlimin nəticələrinin müzakirəsinə həsr olunub.Görüşün əvvəlində Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova sözügedən layihənin ümümi məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı, yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində yer alan komitələr barədə iştirakçılara ətraflı məlumat verib.Daha sonra Brusseldəki təlimdə Azərbaycan Texnologiya Universitetini təmsil etmiş Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri əvəzi Ramidə Xəlilova təqdimatla çıxış ediblər.Təlimdə əldə olunmuş təcrübələri iştirakçılarla paylaşan Raqif Hüseynov “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin önəmini vurğulayıb və ali təhsillə bağlı məsələləri diqqətdə saxlayan, müəyyən problemlərin həllinə dəstək verə bilən belə bir qurumun formalaşmasına ehtiyac olduğunu diqqətə çatdırıb. Avropa və milli universitetlərin təhsil, tədris formatı arasında mövcud fərqlərə də toxunan Raqif Hüseynov layihənin universitetlərimizə ciddi töhfə verə biləcəyinə, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsində rol oynayacağına əminliyini ifadə edib.Ramidə Xəlilova isə öz çıxışında bildirib ki, təlim ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsi məqsədilə həyata keçirilib. Təlim çərçivəsində “EFMD Global” və digər Avropa tərəfdaşları tərəfindən keyfiyyət təminatı və beynəlmiləlləşmə, tədqiqatların və tədrisin beynəlmiləlləşdirilməsi, həmçinin beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə olunub.Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.     

 

 

 

Azərbaycan Texnologiya Universitetində Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib

Azərbaycan Texnologiya Universitetində Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilibTədbir layihə çərçivəsində bu ilin 30 yanvar-3 fevral tarixlərində Polşada Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) və 27 fevral-03 mart tarixlərində İsveçdə Kral Texnologiya İnstitutu (KTH) tərəfindən keçirilən səfərlər zamanı əldə olunan təlim nəticələrinin müzakirəsinə həsr olunub.Görüşün əvvəlində Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova sözügedən layihənin ümümi məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı, eyni zamanda yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində yer alan komitələr barədə iştirakçılara ətraflı məlumat verib.Daha sonra İsveçdəki təlimdə universitetimizi təmsil edən Tədris şöbəsinin müdiri Raqif Hüseynov universitetlərdə elmi tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsinin önəmli olduğunu vurğulayıb, qlobal mühitdə tədqiqat və innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən beynəlxalq statuslu nəşr infrastrukturu (Web of Science, Scopus), eləcə də İsveç təcrübəsində doktorantura təhsili, doktorantların işə qəbulu kimi olduqca mühüm istiqamətlərdə fikir mübadiləsi aparıb.Polşada keçirilən təlimdə əldə olunmuş təcrübələrini iştirakçılarla paylaşan Keyfiyyət təminatı və Audit şöbəsinin müdiri Mətləb Əliyev isə öz çıxışında Avropa təhsil sistemi, strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.     

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib

Azərbaycan Texnologiya Universitetində Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib Tədbir layihə çərçivəsində bu ilin 13-17 mart tarixlərində Mykolas Romeris Universitetinin (MRU) təşkilatçılığı ilə Litvada keçirilmiş səfər zamanı əldə olunan təlim nəticələrinin müzakirəsinə həsr olunub. Görüşün əvvəlində Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova sözügedən layihənin ümümi məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı, eyni zamanda yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində yer alan komitələr barədə iştirakçılara ətraflı məlumat verib. Daha sonra beynəlxalq təlimdə Azərbaycan Texnologiya Universitetini təmsil etmiş Tədris şöbəsinin müdiri Raqif Hüseynov, eləcə də Keyfiyyət təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev öz çıxışlarında Litvanın ali təhsil sistemi, Litva Rektorlar Konfransında fəaliyyət göstərən Tədris işləri üzrə komitənin rolu, Litvada ali məktəblərin milli akkreditasiya sistemi, ali təhsil müəssisələrinin nəticəyə əsaslanan maliyyələşdirmə modeli ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.  


Azərbaycan Texnologiya Universitetinin 4 tələbəsi növbəti semestrdən təhsilini Avropada davam etdirəcək

Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dosent Yaşar Ömərov mübadilə proqramı çərçivəsində xaricə gedən tələbələrlə görüşüb.

Y.Ömərov tələbələri uğurları münasibəti ilə təbrik edərək müvəffəqiyyətlər arzulayıb, ölkəmizi və universitetimizi layiqincə təmsil edərək bilik və bacarıqlarını artırmağı tövsiyə edib. Bildirib ki, xaricdə təhsil alan gənclərimiz ölkəmiz üçün faydalı olmalı, onlar üçün yaradılan şəraiti lazımınca dəyərləndirməlidirlər.

Görüşdə iştirak edən tələbələr Erasmus+ mübadilə programı çərçivəsində 2023/2024-cü tədris ili üçün 1 semestr müddətində Avropa ölkələrində təhsil alacaqlar. Belə ki, kompyuter mühəndisliyi ixtisasının 2-ci kurs magistrantları Sahib Əlihüseynov və Bəsti Cəfərova İspaniyanın Caen (Jaen) Universitetində, dizayn ixtisasının 2-ci kurs tələbələri Həsənzadə Murad Rumıniyanın İaşi Texniki Universitetində, Günel Hacıyeva isə Polşanın Varşava Ekologiya və Menecment Universitetində təhsillərini davam etdirəcəklər.

Azərbaycan Texnologiya Universitetinin 4 tələbəsi növbəti semestrdən təhsilini Avropada davam etdirəcək

Azərbaycan Texnologiya Universitetinin 4 tələbəsi növbəti semestrdən təhsilini Avropada davam etdirəcəkAzərbaycan Texnologiya Universitetinin rektor əvəzi dosent Yaşar Ömərov mübadilə proqramı çərçivəsində xaricə gedən tələbələrlə görüşüb.Y.Ömərov tələbələri uğurları münasibəti ilə təbrik edərək müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, xaricdə təhsil alan gənclərimiz ölkəmiz üçün faydalı olmalı, onlar üçün yaradılan şəraiti lazımınca dəyərləndirməlidirlər. Y.Ömərov tələbələrə dərslərdə nizam-intizamlı, məsuliyyətli olmağı, bilik və bacarıqlarını artırmağı, ölkəmizi və universitetimizi layiqincə təmsil edərək onlara göstərilən etimadı doğrultmağı tövsiyə edib.Görüşdə iştirak edən tələbələr Erasmus+ mübadilə programı çərçivəsində 2022/2023-cü tədris ili üçün 1 semestr müddətində Avropa ölkələrində təhsil alacaqlar. Belə ki, kompyuter mühəndisliyi ixtisasının 2-ci kurs tələbələri Gürshad Hüseynov Silesiya Texnologiya Universitetində (Polşa), Fərid Musayev Smalkalden Tətbiqi Elmlər Universitetində (Almaniya), dizayn ixtisasının 3-cü kurs tələbəsi Tariyel-Hicran Məmmədli Rumıniyanın İaşi Texniki Universitetində, 1-ci kurs magistr tələbəsi (MBA) Cəlal Həbibov isə Jaen Universitetində (İspaniya) təhsilni davam etdirəcək. 

 

 

 

Azərbaycan Texnologiya Universiteti ilə  Polotsk Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texnologiya Universiteti ilə Belarusun Polotsk Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb24 yanvar 2023-cü il tarixində Azərbaycan Texnologiya Universiteti və Belarus Respublikasının Polotsk Dövlət Universiteti arasında ikili əməkdaşlıqla bağlı görüş keçirilib. Onlayn qaydada baş tutan görüşün əvvəlində Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dosent Yaşar Ömərov və Polotsk Dövlət Universitetinin rektoru Yuriy Romanovskiy hər iki universitetin mövcud imkanları barədə məlumatla çıxış ediblər. Daha sonra əsası qoyulmuş əməkdaşlığın reallaşdırılması və genişləndirilməsi imkanları müzakirə edilib, müvafiq təklif və tövsiyələr dinlənilib. Məhsuldar görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.Görüşdə Azərbaycan Texnologiya Universitetindən Elm və xarici əlaqələr üzrə müşavir Mayis Gülaliyev, Tədris şöbəsinin müdiri Raqif Hüseynov, Elmi-tədqiqat mərkəzinin müdiri Qalibə Məmmədova və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri əvəzi Ramidə Xəlilova iştirak edib. Polotsk Dövlət univeristetindən isə birinci prorektor Oksana Qolubeva, tədris işləri üzrə prorektor Yuriy Qolubev, elm işləri üzrə prorektor İrina Buraya, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Olqa Juravskaya təmsil olunub. Qeyd edək ki, Polotsk Dövlət Universiteti Belarusun ən qədim (1581) təhsil ocaqlarından biridir.