İclasda Elmi Şura sədri, ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda tədris işləri üzrə prorektor Raqif Hüseynov növbəti tədris ilinin qəbul planı barədə məruzə ilə çıxış edib.
Daha sonra Ümumi və tətbiqi fizika kafedrasının müdiri prof. Məntiq Cəfərovun hesabatı dinlənilib.
İclas çərçivəsində İqtisadiyyat kafedrasının dosenti Rafayıl Şükürov, Maşın mühəndisliyi və logistika kafedrasının dosenti Fərhad Vəliyev yubiley münasibətilə təltif ediliblər.