Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU Gəncə Basketbol Liqası 2022-2023-cü il yarış mövsümünün final mərhələsində ön sıralarda yer alıb

Azərbaycan Texnologiya Universiteti Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə Gəncə Basketbol Liqası 2022-2023-cü il yarış mövsümünün final mərhələsi keçirilibAzərbaycan Texnologiya Universiteti ilə Göygöl Rayon Olimpiya İdman Kompleksinin komandası üç və dördüncü yerlər uğrunda mübarizə aparıblar.Gərgin mübarizə ilə keçən oyunda Azərbaycan Texnologiya Universitetinin komandası 69:68 hesabı ilə qalib gələrək liqa yarışlarında üçüncü yerə çıxıb.Onu da qeyd edək ki, Gəncə Regional Kollecin komandası ilə Telekom Basketbol İdman Klubunun komandası final mərhələdə birinci və ikinci yerlər uğrunda mübarizəni davam etdirəcəklər. 

Azərbaycan Texnologiya Universitetinin tələbələri Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş XVI Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib

Qida mühəndisliyi fakültəsinin 25-ə yaxın tələbəsi dekan Mehman İsmayılovun rəhbərliyi ilə qida sektorunun ən qabaqcıl texnika və texnologiyaları, müasir yenilikləri ilə tanış olub, sərgi çərçivəsində keçirilən təlim və seminarlarda iştirak ediblər.Qeyd edək ki, Bakı Ekspo Mərkəzində baş tutan 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") nümayiş olunan stendlərin 70 faizini xarici şirkətlər təşkil edib.

Avtomatika, telekommunikasiya və informatika fakültəsi region məktəblərində

Azərbaycan Texnologiya Universitetinin (ATU) Avtomatika, telekommunikasiya və informatika fakültənin nəzdində fəaliyyət göstərən Avtomatika və informasiya texnologiyaları, Kompüter mühəndisliyi və telekommunikasiya, Ümumi və tətbiqi riyaziyyat, Ümumi və tətbiqi fizika, İnzibati idarəetmə və kommersiya kafedralarının əməkdaşları məktəblilərlə görüşlər keçirirlər.

 Məktəblərdə baş tutan görüşlərdə əmək bazarındakı perspektivlər, universitet kampusu, tədris olunan ixtisaslar, müsabiqə və keçid balları, təqaüd və təcrübə proqramları, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat verilir, şagirdlərin ünvanladığı sualları cavablandırılır.


İnkişaf Kuboku 2 mini-futbol üzrə turnir başa çatıb

Azərbaycan Texnologiya Universiteti, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İnkişaf Kuboku 2 mini-futbol üzrə turnir başa çatıb.Beş gün davam edən turnirin həlledici qarşılaşmasında Avrora MMC ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin komandası üz -üzə gəlib. Avrora MMC-nin komandası rəqibini 6:2 hesabı ilə məğlub edərək baş mükafata sahib olub. Azərbaycan Texnologiya Universiteti ön sıralarda yer alıb. Fəxri kürsüyə yüksələn komandalar təşkilatçılar tərəfindən kubok, diplom və medalla təltif olunub. 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransa təqdim edilən ən maraqlı məqalələrin müəllifləri sertifikatlarla təltif edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransa təqdim edilən ən maraqlı məqalələrin müəllifləri sertifikatlarla təltif edilib.Sertifikatlar bu gün konfransın bağlanış tədbiri çərçivəsində təqdim edilib. Tədbir zamanı konfransın Təşkilat Komitəsinin bir qrup üzvləri isə təşəkkürnamələrlə təltif olunub.

Azərbaycançılıq məfkurəsinin banisi Ulu Öndər Heydər Əliyev

Azərbaycançılıq məfkurəsinin banisi Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq hər bir Azərbaycan vətəndaşının əsas milli amalı onun qürur mənbəyi olmalıdır. Necə ki, Ümummilli Liderimiz azərbaycanlı olmağı ilə qürur duymuş bu xalqın və bu dövlətin yaşamasına bütün həyatını həsr etmişdir.   Ulu Öndər Heydər Əliyev Azərbaycançı xalqın formalaşmasında və azərbaycanlıların   dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Sovet ittifaqının dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görmüş Ümummilli lider sonralar 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir. Həmin dövrdə Azərbaycanda ən qabaqcıl texnologiyanın istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, yüzlərlə gəncin Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, böyük alim ordusunun yetişməsi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi, təhsilin inkişaf etdirilməsi sürətlə gedirdi. Ulu Öndər Heydər Əliyevin gerçəkləşdirdiyi bu siyasətin təməlində Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsinin dayandığı, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra daha aydın anlaşılacaqdı. Belə ki, azərbaycançılıq ideologiyası bir termin kimi yaranma tarixi 1990-cı illərin əvvəllərinə təsadüf etsə də qürurla qeyd edə bilərik ki, istər sovet dövründə, istərsə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə azərbaycançılıq ənənəsinin formalaşmasının əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu günə qədər Ulu Öndərin ideyalarının layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan  müstəqillik əldə etdikdən sonra azərbaycançılıq ideologiyasının davam etdirilməsində əsas məqsəd ölkədə yaşayan etnik qrup və xalqları xüsusən müstəqilliyin ilk illərində ölkədə baş verən ifrat millətçilik və separatçılıq mühitində dövlətçiliyə, ümumi birliyə, bir xalq kimi formalaşmağa çağırmaqdan və bu istiqamətdə  düzgün inkişaf etdirməkdən ibarət idi. 1990-ci illərin əvvəllərində elə təzəcə müstəqilliyini qazanmış Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzü, dərin siyasi, iqtisadi və sosial böhranla üzləşmişdi. Ölkənin düşdüyü belə bir şəraitdə Azərbaycan xalqı xilaskar kimi Heydər Əliyevi gördü və onu ölkəyə rəhbərlik etməyə dəvət etdi. Ötən illər ərzində Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtması tələb kimi ortaya qoyulmuşdur. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı. Biz azərbaycanlılar bundan sonra da azərbaycançılıq məfkürəsinin davam və inkişaf etdirilməsini, onun bütün dünya azərbaycanlıları arasında da geniş yayılmasını, milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşdirilməsini və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməliyik.   

 

Azərbaycan Texnologiya Universiteti

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir

Şahmar Umud oğlu Həsənov