ATU-da baş tutan görüşdə Texnologiya Universitetini tədris işləri üzrə prorektor Raqif Hüseynov, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova və Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri dos. Rövşən Qasımov, Ben-Gurion Universitetini isə “Complex Data Analytics Lab” şöbəsinin rəhbəri Prof. Robert Moskoviç və “Data Science Research Center” üzrə inzibati meneceri xanım Lee Eldin təmsil edib.
Görüş zamanı gələcək əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının həyata keçirilməsi, ATU-da Ben-Gurion Universiteti tərəfindən müzakirə edilib.
Bu təşəbbüs Azərbaycan Texnologiya Universitetinin Strateji inkişaf planına və Elmi tədqiqat strategiyası, Beynəlmiləlləşmə və Keyfiyyət təminatı siyasətlərinə uyğun olaraq, beynəlmiləlləşmə siyasətinin gücləndirilməsi, universitetin dünya universitetləri ilə əməkdaşlığının genişləndirilməsi, tələbələrin beynəlxalq təcrübəyə çıxışının təmin olunması və elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsini hədəfləyir.
Naftalanda Azərbaycan Texnologiya Universiteti rəhbərliyi (ATU) ilə Qarabağ, Çinar və Qaşaltı otellərinin rəhbərləri arasında görüş keçirilib.
Görüşdə ATU-nun rektoru v.m.i.e. dos.Yaşar Ömərov, tədris işləri üzrə prorektoru Raqif Hüseynov, Turizm sənayesinin təşkili kafedrasının müdiri Yusif Hümbətov, “Garabagh Resort &Spa Naftalan Hotel”in direktoru Safi Orhan Kutluay, “Chinar Hotel&Spa Naftalan”ın direktoru Murat Gözütok, “Gashalti Health Hotel Naftalan”ın direktoru Rəşad Veyisov edib.
Baş tutan görüşdə sözügedən otellərlə universitet arasında əməkdaşlıq imkanları və perspektivləri, kadr tələbatı, birgə kadr hazırlığı və birgə tədbirlərin (konfrans, seminar, forum, master klass və digərləri) keçirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, universitetin Strateji inkişaf planı, Elmi tədqiqat strategiyası və Beynəlmiləlləşmə siyasəti müzakirə olunub və əməkdaşlığln bu planın icrasına töhfə verəcəyi vurğulanıb. Görüşün yekununda ATU tələbələrinin sözügedən otellərdə təcrübə keçməsinə dair müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində “turizm işinin təşkili” və “turizm bələdçiliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. ATU tələbələrinin müalicəvi nefti ilə turistlərin xüsusi diqqətində olan kurort şəhərində, dünyanın 65-ə yaxın ölkəsindən qonaqlar qəbul edən və ən müasir standartlara cavab verən Qarabağ, Çinar və Qaşaltı otellərində təcrübə keçməsi kadr hazırlığının daha yüksək səviyyədə aparılmasına imkan verəcəkdir.