Azərbaycan Texnologiya Universitetində (ATU) Məzun Günü keçirilib Universitetin Yüngül sənaye mühəndisliyi və logistika, Qida mühəndisliyi, Avtomatika, telekommunikasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültəsinin bakalavr, eləcədə magistr məzunları Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası sədaları altında təntənəli şəkildə meydana toplandıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos.Yaşar Ömərov çıxış edib. Y.Ömərov bu günün ATU ailəsi üçün əlamətdar bir gün olduğunu və məzunların məhz Heydər Əliyev ilinin məzunları olmasından xüsusi qürur hissi keçirdiklərini qeyd edib. O məzunların bundan sonra da layiqli vətəndaş olacaqlarına, gələcək həyatda, təhsil sahəsində yeni-yeni uğurlara imza atacaqlarına əminlik ifadə edib.Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin şöbə müdiri İbrahim Qədirov və valideynlər çıxış edərək məzunları təbrik edib, həyatlarının bundan sonrakı mərhələsində uğur və nailiyyətlər arzulayıblar.Tədbir ən yüksək göstəriciləri olan, universitetin ictimai həyatında və idman sahəsində fərqlənən tələbələrin təltif olunması ilə davam edib. Ən yüksək nəticələrlə məzun olanların şəkilləri və məlumatları monitorda əks olunub. Tədbirin fəxri qonaqları olan qazi məzunlar hədiyyələrlə təltif edilib.ATU ilə əməkdaşlığı olan “AzGranata” şirə və şərab emalı zavodu, Kapital Bankın Gəncə filialı, Gəncə Destinasiya Menecmenti Təşkilatı, “Tech Space” kimi müəssisə və təşkilatlar tərəfindən bir qrup məzunlara hədiyyələr verilib.Məzun günü Xalq artisti, bəstəkar Sərxan Sərxanın ifasında coşqulu konsert proqramı ilə davam edib. Bundan başqa DJ Xaliq Bağırov, “Gəncə band” nəfəsli alətlər qrupu, Gəncə Dövlət Filarmoniyasının solistləri, Xəmsə rəqs ansamblı, eləcə də bir qisim məzunlar tədbir iştirakçıları qarşısında maraqlı musiqi nömrələri ilə çıxış edib.Sonda məzunlar Vətənə, xalqa, dövlətə sadiq qalacaqlarına, bundan sonrakı həyatlarında böyük həvəslə çalışaraq layiqli mütəxəssis olacaqlarına and içərək məzun papaqlarını səmaya atıblar.
“Techspace Azerbaijan” şirkəti Azərbaycan Texnologiya Universiteti tələbələrinə Csharp və MsSql dərsləri üzrə təlim keçibİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyilə reallaşan təlim-seminar “Technest” təqaüd proqramı çərçivəsində baş tutub. Təlimçi qismində proqramın müəllimləri iştirak edib.“Technest” təqaüd proqramı 2021-ci ilin oktyabrından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılıb. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.Fəaliyyətinin ilk ilində proqramdan 600-dən çox gənc yararlanıb.
Bayram sovqatı ATU Həmkarlar İttifaqı Komitəsi tərəfindən müqəddəs Qurban bayramı münasibətilə təqdim edilib.
Tədbirdən öncə universitetin həyətində ucaldılmış Şəhidlər abidəsi qarşısında gülqoyma mərasimi keçirilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov tədbiri giriş sözü ilə açıq elan edib. Ş.Həsənov Milli Ordunun yaranması, quruculuq tarixindən və şanlı qələbəsindən, dünyaya göstərdiyi qəhrəmanlıq nümunəsindən bəhs edib. Tədbirdə İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, dosenti Mehriban Tağıyeva, baş müəllimi Zəminə Novruzova çıxış edərək ölkəmizin hərbi sahədə təcrübəli ordusundan, əldə etdiyi şanlı zəfərdən və apardığı hərbi əməliyyatlardan bəhs ediblər. Sonda rəşadətli Azərbaycan Ordusunun döyüş yolunu əks etdirən, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr edilmiş video-çarx təqdim olunub.
Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu ECAR layihəsinin növbəti səfəri Belçikanın paytaxtı Brüsseldə baş tutub. 3-7 iyul tarixlərini əhatə edən səfərdə layihə konsorsiumunun üzvü olan 18 ali təhsil müəssisəsinin nümayənədələri iştirak edir. Bu dəfə onlar Avropanın nüfuzlu EFMD təşkilatında müxtəlif təlim-seminarlarda iştirak edirlər. Səfərin ilk günündə layihənin koordinatoru Gülşən Bayramova və EFMD təşkilatının beynəlxalq layihələr üzrə direktoru Dr. Christophe Terrasse açılış nitqi ilə çıxış ediblər. Daha sonra təlim EFMD təşkilatının beynəlxalq layihələrdəki böyük təcrübələri, ali təhsil müəssisələrinin marketinq və kommunikasiya strategiyaları, Belçikanın ali təhsil sistemində Rektorlar Şurasının rolu: Şuranın dövri nəşrləri kimi mövzuları əhatə edib. Təlimlərin əsas məqsədi Azərbaycan Rektorlar Konfransının dövri nəşrinin hazırlanması məqsədilə beynəlxalq təcrübənin, xüsusilə də Belçika təcrübəsinin öyrənilməsi olub. Təlimlər Şuraların məsul şəxsləri dr. Koen Verlaeckt, dr. Sophie Dufays tərəfindən həyata keçirilib və yekunda qarşılıqlı müzakirələr, fikir mübadilələri aparılıb. Təlimlərdə Azərbaycan Texnologiya Universitetini Mətbuat Xidmətinin rəhbəri Xəyalə Məmmədova təmsil edir. Qeyd edək ki, Bakı Biznes Universitetinin koordinatoru olduğu Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.
ADY-də baş tutan görüşdə qurumun müvafiq idarə, departament və xidmət rəhbərləri iştirak edib. Görüş zamanı Azərbaycan Texnologiya Universiteti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasındakı mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi perspektivləri müzakirə edilib.Müzakirələr zamanı elm və sənaye yönümlü, tələbələrin praktik vərdişlərə yiyələnmələrinə istiqamətlənən xüsusi proqramların həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin ATU-nun "Nəqliyyat mühəndisliyi", "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" ixtisasları üzrə birgə kadr hazırlığının həyata keçirilməsi, tələbələrin istehsalat təcrübəsinin təşkili, ATU-da ADY-nin ixtisaslaşmış auditoriyasının yaradılması və digər məsələlər haqqında danışılıb.