2022-2023-cü tədris ili üzrə 172 magistr dissertasiya müdafiəsinə buraxılıb. Müdafiə 16 iyun tarixində başlayıb və iyulun 5-dək davam edəcək. Dissertasiya müdafiəsinə akademik borcu qalmayan və ilkin müzakirədən müvəffəqiyyətlə keçən magistrlar buraxılır.
Yaz imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər və media nümayəndələri iştirak edib.Tədris şöbəsinin müdiri Raqif Hüseynov əvvəlcə dəyirmi masa ətrafında imtahan prosesi barədə məlumatlar verib. Bildirib ki, imtahanlar universitetin 5-ci tədris korpusunda aparılır və gün ərzində 800-ə yaxın tələbə test və yazılı qaydada imtahanlarda iştirak edir. R.Hüseynov sonuncu kursların Yekun Dövlət Attestasiya İmtahanının dünəndən başladığını, 3 gün ərzində davam edəcək bu imtahanların da nəzarət altında obyektiv keçirilməsinə səy göstərildiyini vurğulayıb. Əlavə edib ki, imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə otaqlarda müşahidə kameraları yerləşdirilib, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib. İmtahan nəticələri kənar şəxslərin girişinin qadağan olunduğu kodlaşdırma otağında yoxlanılır və həmin gün də tələbələrə elan edilir.Valideynlər şifahi məlumatlar aldıqdan sonra imtahan zallarını gəzib, prosesi yaxından izləyiblər. Burada İmtahan Komissiyasının sədri İlhamə Quliyeva və Apellyasiya Komissiyasının sədri Eldəniz Bayramovla həmsöhbət olublar. Onlar baş verə biləcək neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndirib, biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi ilə bağlı tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə ediblər.Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına 2 iyunda start verilib. Proses 5 iyuladək davam edəcək.
Azərbaycan Texnologiya Universitetində (ATU) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin icrası ilə bağlı ATU-nun müvafiq komitə üzvləri ilə görüş keçirilib.Görüşdə layihənin koordinatoru olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində yaradılmış komitələrin gördüyü işlərlə bağlı ətraflı məlumat verib, eyni zamanda daxili monitorinq məqsədi ilə layihə sənədlərinə baxış keçiriblər.Görüşün sonunda geniş fikir mübadiləsi aparılıb və komitələrin gələcək fəaliyyəti müzakirə edilib.Qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
Universitetin rektoru v.m.i.e., Elmi Şura sədri dos.Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.İclasda Tədris şöbəsinin müdiri Raqif Hüseynov 2023/2024-cü tədris ili üzrə qəbul planının vəziyyəti barədə çıxış edib. Daha sonra Avtomatika, Telekommuniyasiya və İnformatika fakültəsinin dekanı Rövşən Hacıyevin, Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının müdiri Sakit Verdiyevin hesabat məruzələri dinlənilib.Elmi Şurada professor-müəllim heyətinin növbəti tədris ili üzrə iş normaları, tədris metodiki vəsaitlərin təsdiqi kimi bir sıra məsələlərə baxılıb.İclas çərçivəsində Maşın mühəndisliyi və logistika kafedrasının dosenti Nazim Vəliyev, Yüngül sənaye mühəndisliyi və Dizayn kafedrasının baş müəllimləri Maya Hümbətova, Qənirə Abbasova yubileyləri münasibəti ilə fəxri fərmanla təltif olunublar.
Rumıniyanın "Gheorghe Asachi" İasi Texniki Universitetinin Mühəndislik və Tekstil məhsullarının Dizaynı kafedrasının 3 nəfər professor-müəllim heyəti Erasmus+ proqramı çərçivəsində 19-23 iyun 2023-cü il tarixlərində Azərbaycan Texnologiya Universitetində səfərdə olublar.Proqramın ilk günləri Qabaqcıl Materiallar, Məhsullar və Proseslər üzrə Araşdırma Mərkəzinin direktoru, eyni zamanda Beynəlxalq Toxuculuq Texnoloqları Federasiyasının (IFKT) Rumıniya bölməsinin prezidenti professor Mirela Blaqa, dos. Alina İovan-Draqomir və Dr. Mariana İçimin universitetin Tədris şöbəsi və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları ilə görüşü keçirilib.Görüş zamanı mövcud əməkdaşlığın genişləndirilməsi, ikili diplom proqramlarının tətbiqi, mübadilə sayının artırılması, hər iki ölkənin təhsil sistemi və mədəniyyəti ilə bağlı geniş müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib.Daha sonra nümayəndə heyəti universitetin Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, onlara öz ölkə və universitetlərinə aid maraqlı məruzələrlə çıxış ediblər, dizayn və tekstil sahəsinə dair fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar digər fakültə dekanları və professor müəllim heyəti ilə görüşüb, sıx əməkdaşlıq imkanları müzakirə edilib.
Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfrans 21-22 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Texnologiya Universitetində hibrid formatda təşkil olunacaqdır. Konfransın istiqamətləri aşağıdakılardır: Akustika, Vibrasiya və Fononika Qabaqcıl istehsalat Qabaqcıl materiallar: Dizayn, emal, xarakteristika və tətbiqlər Aerokosmik texnologiyada irəliləyişlər Aerokosmik mühəndislik Kənd təsərrüfatı mühəndisliyi Memarlıq mühəndisliyi ASME Beynəlxalq Bakalavr Tədqiqat və Dizayn Sərgisi Səs mühəndisliyi Avtomobil mühəndisliyi Biomühəndislik Biotibb və biotexnologiya Biosistemlər mühəndisliyi Yayım mühəndisliyi Kimya mühəndisliyi Mülki mühəndislik Kompüter mühəndisliyi Kimya və metallurgiya mühəndisliyi Korroziya mühəndisliyi Dizayn, Sistemlər və Mürəkkəblik Dinamika, Vibrasiya və Nəzarət Elektrik mühəndisliyi Elektron mühəndisliyi Enerji Mühəndislik təhsili Mühəndislik etikası Mühəndislik araşdırmaları Ətraf mühit mühəndisliyi Ətraf mühit elmi Maye mühəndisliyi Geologiya mühəndisliyi İstilik ötürülməsi və istilik mühəndisliyi Sənaye mühəndisliyi İnformasiya mühəndisliyi Alətlər və nəzarət İstehsal Mühəndisliyi Dəniz mühəndisliyi Materiallar mühəndisliyi Mexanika mühəndisliyi Bərk cisimlərin, strukturların və mayelərin mexanikası Mikro və nano sistem mühəndisliyi və qablaşdırma Hərbi mühəndislik Dağ-mədən mühəndisliyi Milli elm fondu Nüvə mühəndisliyi Neft mühəndisliyi Mühəndislik fəlsəfəsi Tədqiqat plakatları Təhlükəsizlik mühəndisliyi, risk və etibarlılığın təhlili Proqram mühəndisliyi Struktur mühəndisliyi Sistem mühəndisi Tekstil mühəndisliyi Qida mühəndisliyi Yüngül sənaye mühəndisliyi Dizayn Konfransın təqvimi aşağıdakı kimidir: Tezisi təqdim etmək üçün son tarix - 03 sentyabr 2023-cü il Qeydiyyat və ödəniş müddəti - 08 sentyabr 2023-cü i Konfrans proqramının yayım tarixi - 12 sentyabr 2023-cü il Məqaləni təqdim etmək üçün son tarix - 30 sentyabr 2023-cü il Konfrans materiallarının nəşri - 20 oktyabr 2023-cü il Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, istənilən ali təhsil və elmi tədqiqat müəssisələrində fəaliyyət göstərən tədqiqatçılar,sənaye müəssisələrinin nümayəndələri iştirak edə bilərlər. Konfransın işçi dilləri: Azərbaycan, Türk, İngilis, Rus Tezisin tərtib olunma qaydaları: Konfransda iştirak etmək üçün əvvəlcə tezis təqdim olunur. Tezisin elmi ekspertizası xarici eksperlər tərəfindən həyata keçirilir, müddəti 5 gündən çox olmur. Elmi ekspertizanın nəticəsi dərhal müəllifə bildirilir Tezislərin yazılma qaydaları aşağıdakı kimidir: - Boş sahələrin ölçüləri: 2,5 sm - Şrift: Times New Roman, 12 p - Sətir aralığı: 1.00 sm - Adı: Bütün hərflər böyükdür - Açar sözlər: ən azı 3 - Tezis 200 - 300 söz arasında olmalıdır. Tezisdə bütün müəlliflərin adı, soyadı, iş yeri, ixtisası, e-poçt ünvanları, mobil telefon nömrələri və ORCID nömrələri olmalıdır. Tezislər 3 sentyabr 2023-cü il tarixindən gec olmayaraq word/doc/docs formatında [email protected] ünvanına göndərilməlidir. Tezisin Nümunə Formatını - https://www.iensci.org/ices?lang=tr linkini açdıqdan sonra, bu qeydiyyatdan (Öz Metin Örnek Format) götürmək lazımdır. Məqalənin tərtib olunma qaydaları: Tezis qəbul edildikdən sonra məqalə Konfrans Materiallarında dərc olunması üçün, 30 sentyabr 2023-cü il, saat 17:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Oxşarlıq dərəcəsi 30%-dən yuxarı olan məqalələr qəbul edilmir. Məqalənin yazılma qaydaları aşağıdakılardır: - Boş sahələrin ölçüləri: 2,5 sm - Şrift: Times New Roman, 12 pt - Sətir aralığı: 1.00 sm - Adı: Bütün hərflər böyükdür - Altyazı: kiçik - Səhifələrin sayı: 5 -25 səhifə həcmində olmalıdır. Tam mətnlərdə XÜLASƏ, GİRİŞ, MÖVZU VƏ METODLAR, NƏTİCƏ və TƏTBİQ, NƏTİCƏ və TÖVSİYƏLƏR, ƏDƏBİYYAT ayrı başlıqlar altında yazılmalıdır. Sitat formatı: APA 6 üslublu sitat formatından istifadə edilməlidir. Məqalədəki bütün müəlliflərin adı, soyadı, iş yeri, ixtisası, şəhər və ölkəsi, e-poçt ünvanları, mobil telefon nömrələri və ORCID nömrələri olmalıdır. Məqalənin Nümunə Formatını - https://www.iensci.org/ices?lang=tr linkini açdıqdan sonra, bu qeydiyyatdan (Tam Metin Örnek Format) götürmək lazımdır. Konfransın ödənişləri: Azərbaycan Texnologiya Universitetinin əməkdaşları üçün konfransda iştirak ödənişsizdir. Digər şəxslər üçün iştirak haqqı - Konfransda Üz-üzə İştirak haqqı (Maksimum iki məruzə): Pulsuz - Konfransda Onlayn Bir Məruzə ilə İştirak haqqı (Azərbaycan): 50 AZN - Konfransda Onlayn Bir Məruzə ilə İştirak haqqı (Türkiyə): 500 TL - Konfransda Onlayn İki Məruzə ilə İştirak haqqı (Azərbaycan): 75 AZN - Konfransda Onlayn İki Məruzə ilə İştirak haqqı (Türkiyə): 750 TL Türkiyə üzrə ödəniş - 08 sentyabr 2023-cü il tarixinədək aşağıdakı linklərə klikləməklə kredit kartı ilə ödəniş olunmalıdır (Ödəniş qəbul məktubu göndərildikdən sonra edilməlidir) - Kredit kartı ilə 500 TL ödəmək üçün linkə daxil olunmalıdır: https://iyzi.link/AIwWpg - Kredit kartı ilə 750 TL ödəmək üçün linkə daxil olunmalıdır: https://iyzi.link/AItr5w Azərbaycan üzrə ödəniş Benefisiar bank: Kapital Bank ASC Şuşa filialı Valyuta: AZN Filial kodu: 200167 Nömrə: 9900003611 SWIFT kodu: AIIBAZ2XXXX Çoxsaylı hesab: AZ37NABZ01350100000000001944 Benefisiarların adı: İKSAD AZƏRBAYCAN Faydalar hesabı: AZ77AIIB400900D9447335204116 Faydaların VÖEN-i: 7501036281 Kapital Bank Adı: AZ 1130, Bakı şəhəri, 8-ci mikr-n, İbrahimpaşa Dadaşov kiçik. 3158/3156-ci məhəllə İKSAD Azərbaycan Adı və Telefon: Bakı ş., 8-ci mkr., Azadlıq m/s. İbrahimpaşa Dadaşov balaca. 167a +994 77 331 98 24; +994 77 377 76 22 İştiraka nələr daxildir? - Konfrans materiallarının ( tezis və məqalə) nəşri - Əyani iştirak edən bütün müəlliflər üçün “iştirakçı sertifikatı” - Onlayn iştirakçılar üçün “iştirakçı sertifikatı” (PDF formatında)
Konfransın keçiriləcəyi ünvan və əlaqə
Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Telefon: +90 551 621 70 76; +994 22 257-00-46
Faks: +90 216 606 32 75;