Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU müəllimləri stolüstü tennis yarışının ikincisi olub

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər Gənclər Evində ali təhsil və orta ixtisas təhsil müəssisələrinin müəllimləri arasında stolüstü tennis yarışı keçirilib.
 
Yarışda Azərbaycan Texnologiya Universitetinin (ATU) müəllimləri ikinci yeri qazanıb. Birinci və üçüncü yerləri isə müvafiq olaraq Gəncə Dövlət Universiteti (GDU) ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimləri tutub.

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür!

Dövlətçiliyimizin rəmzi və qürur mənbəyimiz olan üçrəngli bayrağımız 
bu gün bütün Azərbaycan ərazisində vüqarla dalğalanır.

Əbədi Zəfərimiz mübarək!

Bu Zəfər əsrlərin Zəfəridir! Bu Zəfər haqqın Zəfəridir!
Bu Zəfər milli birliyin, Vətənə sevginin, ümid və inamın Zəfəridir!
 
 


ATU-da 3 kafedrada müdir vəzifəsinə seçkilər keçirilib

Qida mühəndisliyi, Avtomatika, telekommunikasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültələrində təşkil olunan seçkilər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na uyğun keçirilib.
 
Səsvermə nəticəsində professor Elşad Məmmədov Ətraf mühitin mühafizəsi kafedrasının, dosent Rövşən Qasımov Avtomatika və informasiya texnologiyaları kafedrasının, dosent İlhamə Rəhimova isə Xarici dillər kafedrasının müdiri seçilib.

ATU-da  8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) tədris işləri üzrə prorektoru Raqif Hüseynovun rəhbərliyi ilə bir qrup tələbələr Gəncə Şəhər İcra Hakimiyyəti və Milli Aviasiya Akademiyasının (MAA) birgə təşkilatçılığı ilə keçirilən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak edib.
 
ATU kollektivi Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və MAA-nın rəhbər heyəti, professor-tələbə kollektivi, eləcə də Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru, şagirdləri ilə birgə Ulu Öndər Heydər Əliyevin büstü və şəhidlərin abidəsi önünə güllər düzüb, əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edib.
 
MAA-nın kitabxanasında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib, sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə rektor köməkçisi, dosent Gülnarə Əhmədova tədbir iştirakçılarına MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin səmimi salamlarını çatdırıb və Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan xalqının güclü iradəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu və yüksək şücaəti, ordumuzun, əsgər və zabitlərimizin igidliyi, xalqımızın birliyi bizə bu tarixi zəfəri yaşadıb.
 
Daha sonra MAA-nın məzunu olmuş Vətən müharibəsi şəhidləri, eləcə də təhsil alanlar və əməkdaşlarından ibarət qaziləri barədə məlumat verilib, onların şərəfli döyüş yolundan bəhs edilib. Tədbirdə “44 günlük Vətən müharibəsinin tarixi aspektləri” mövzusunda məruzə dinlənilib, “Zəfərə qanadlananlar” adlı kitabın təqdimatı keçirilib.
 
Tədbir çərçivəsində ATU kollektivi Heydər Əliyev Muzeyini gəzib, burada Ümummilli Lider haqqında sənədli film izləyib, daha sonra Pilotların Hazırlığı Mərkəzi, auditoriya və laboratoriyalar, həmçinin, Tələbə Yaradıcılıq evi, Texnoritm ilə yaxından tanışlıq olub.

Zəfər Gününə həsr olunmuş  elmi-praktik konfransı bu gün də öz işini davam etdirib

Azərbaycan Texnologiya Universitetində (ATU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” mövzusunda keçirilən respublika elmi-praktik konfransı bu gün də öz işini davam etdirib.
 
Tədqiqatçılar Qida sənayesi, Süni intellekt, elektronika və informasiya texnologiyaları, Tekstil və yüngül sənaye, Dizayn, Maşınqayırma, Nəqliyyat və logistika, Metal və materiallarda innovativ texnologiyalar, Rəqəmsal iqtisadiyyat, İdarəetmənin müasir trendləri, Turizm sənayesi, Multikultural təhsil, Yaşıl iqtisadiyyat və dayanıqlı indkişaf, Dəqiq və təbiət elmlərinin müasir trendləri olmaqla 12 bölmədə onlayn və ənənəvi qaydada məruzələrlə çıxış ediblər.
 
Panellərdə maraqlı elmi diskusiyalar aparılıb, müəlliflər sertifikatlarla təltif edilib.
 
İki gün davam edən konfransın bağlanış tədbiri çərçivəsində redaksiya heyətinin fəal üzvlərinə təşəkkürnamələr təqdim edilib.
 
Qeyd edək ki, 6-7 noyabr tarixlərində baş tutan respublika konfransına 3 dövlət qurumundan, 21 universitet və 8 elm müəssisəsindən ümumumilikdə 300-ə yaxın məqalə göndərilib.