Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib

Oyun hər iki universitetin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə baş tutub.Çoşqu ilə keçən oyunun sonunda Azərbaycan Texnologiya Universiteti 9:2 hesabı ilə qələbə qazanıb.Sonda qalib komandaya kubok və fəxri fərmanlar verilib. 

ATU Gəncə Basketbol Liqası 2022-2023-cü il yarış mövsümünün final mərhələsində ön sıralarda yer alıb

Azərbaycan Texnologiya Universiteti Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə Gəncə Basketbol Liqası 2022-2023-cü il yarış mövsümünün final mərhələsi keçirilibAzərbaycan Texnologiya Universiteti ilə Göygöl Rayon Olimpiya İdman Kompleksinin komandası üç və dördüncü yerlər uğrunda mübarizə aparıblar.Gərgin mübarizə ilə keçən oyunda Azərbaycan Texnologiya Universitetinin komandası 69:68 hesabı ilə qalib gələrək liqa yarışlarında üçüncü yerə çıxıb.Onu da qeyd edək ki, Gəncə Regional Kollecin komandası ilə Telekom Basketbol İdman Klubunun komandası final mərhələdə birinci və ikinci yerlər uğrunda mübarizəni davam etdirəcəklər. 

Azərbaycan Texnologiya Universitetinin tələbələri Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş XVI Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib

Qida mühəndisliyi fakültəsinin 25-ə yaxın tələbəsi dekan Mehman İsmayılovun rəhbərliyi ilə qida sektorunun ən qabaqcıl texnika və texnologiyaları, müasir yenilikləri ilə tanış olub, sərgi çərçivəsində keçirilən təlim və seminarlarda iştirak ediblər.Qeyd edək ki, Bakı Ekspo Mərkəzində baş tutan 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") nümayiş olunan stendlərin 70 faizini xarici şirkətlər təşkil edib.


Avtomatika, telekommunikasiya və informatika fakültəsi region məktəblərində

Azərbaycan Texnologiya Universitetinin (ATU) Avtomatika, telekommunikasiya və informatika fakültənin nəzdində fəaliyyət göstərən Avtomatika və informasiya texnologiyaları, Kompüter mühəndisliyi və telekommunikasiya, Ümumi və tətbiqi riyaziyyat, Ümumi və tətbiqi fizika, İnzibati idarəetmə və kommersiya kafedralarının əməkdaşları məktəblilərlə görüşlər keçirirlər.

 Məktəblərdə baş tutan görüşlərdə əmək bazarındakı perspektivlər, universitet kampusu, tədris olunan ixtisaslar, müsabiqə və keçid balları, təqaüd və təcrübə proqramları, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat verilir, şagirdlərin ünvanladığı sualları cavablandırılır.

İnkişaf Kuboku 2 mini-futbol üzrə turnir başa çatıb

Azərbaycan Texnologiya Universiteti, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İnkişaf Kuboku 2 mini-futbol üzrə turnir başa çatıb.Beş gün davam edən turnirin həlledici qarşılaşmasında Avrora MMC ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin komandası üz -üzə gəlib. Avrora MMC-nin komandası rəqibini 6:2 hesabı ilə məğlub edərək baş mükafata sahib olub. Azərbaycan Texnologiya Universiteti ön sıralarda yer alıb. Fəxri kürsüyə yüksələn komandalar təşkilatçılar tərəfindən kubok, diplom və medalla təltif olunub. 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransa təqdim edilən ən maraqlı məqalələrin müəllifləri sertifikatlarla təltif edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransa təqdim edilən ən maraqlı məqalələrin müəllifləri sertifikatlarla təltif edilib.Sertifikatlar bu gün konfransın bağlanış tədbiri çərçivəsində təqdim edilib. Tədbir zamanı konfransın Təşkilat Komitəsinin bir qrup üzvləri isə təşəkkürnamələrlə təltif olunub.