Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, ATİ fakültəsinin dekanı Rövşən Hacıyev və digər əməkdaşları Azərbaycan Texnologiya Universitetinin məzunu olmuş şəhid Həsənli Eldarın ölümünün II ildönümü ilə bağlı onun məzarını ziyarət edərək şəhidin ailəsi ilə görüşüblər, onlara başsağlığı diləyərək şəhidlə bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, şəhid Həsənli Eldar Müşfiq oğlu 14.08.2021- ci il tarixində Kəlbəcər istiqamətində vəzifə borcunu yerinə yetirərkən şəhid olub.
Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində 30 yanvar-3 fevral tarixlərində Azərbaycanın layihə konsorsiumunun üzvü olan 20 ali təhsil müəssisəsinin prorektorları və digər səlahiyyətli nümayəndələrinin Polşaya növbəti işgüzar səfəri baş tutub. Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olunan səfərin məqsədi Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi olub.
Təlimlərin ilk iki günü Kozminski Universitetində baş tutub. Burada universitetin dayanıqlı inkişaf, rəqəmsal tranformasiya strategiyaları, həmçinin əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələri öyrənilib.
Səfərin növbəti günlərində strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşü baş tutub. Görüşdə xanım səfir N.Qurbanova universitetlərimizi Polşa ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da gücləndirməyə dəvət edib və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini ifadə edib.
Təlim proqramının yekununda Bakı Biznes Universitetinin mərkəz direktoru, layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Strateji inkişaf komitəsinin sədri Araz Aslanlı ilə birlikdə layihədə həyata keçirilən fəaliyyətlərin icası və qarşıda duran mühüm tapşırıqlar, Stratji İnkişaf Komitəsinin gələcək fəaliyyət planı üzrə müzakirələr aparılıb.
Təlimdə Azərbaycan Texnologiya Universitetini Keyfiyyət təminatı və Audit şöbəsinin müdiri Mətləb Əliyev təmsil edib.
Azərbaycan Texnologiya Universitetinin tanıtım günlərinə start verilib. Tanıtım günləri çərçivəsində Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin nəzdində fəaliyyət göstərən Yüngül sənaye mühəndisliyi və dizayn, Maşın mühəndisliyi və logistika, eləcə də Kimya və metallurgiya mühəndisliyi kafedralarının əməkdaşları Qazax və Şəmkir rayonlarında abituriyentlərlə görüş keçiriblər.
Görüş zamanı kafedraların əməkdaşları əmək bazarındakı perspektivlər, Texnologiya Universitetinin kampusu, tədris olunan ixtisaslar, müsabiqə və keçid balları, təqaüd və təcrübə proqramları, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat veriblər.
Bununla bağlı Azərbaycan Texnologiya Universitetində görüş keçirilib. Görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri Fatimə Ələkbərova, layihə rəhbəri Gülnar Mirhüseynova iştirak edib.Görüş zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov universitetin fəaliyyət istiqamətlərindən, gələcək perspektivlərindən bəhs edib.Agentliyin həyata keçirdiyi Technest Təqaüd Proqramı çərçivəsində birgə əməkdaşlığın qurulması və gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr, real perspektivlər çərçivəsində görülə biləcək işlər müzakirə edilib.Azərbaycan Texnologiya Universitetinin İKT fakültələrində tədris alan tələbələrin təqaüd proqramından yararlanması və universitetdə Technest laboratoriyasının qurulması haqqında ilkin razılığa gəlinib.
Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində xarici tərəfdaşların iştirakı ilə 6-cı idarəetmə görüşü keçirilib. Tədbirdə layihə konsorsiumunun üzvü olan 15 Azərbaycan universitetinin məsul şəxsləri və Avropa tərəfdaşları iştirak edib. Azərbaycan Texnologiya Universitetini isə tədbirdə layihə meneceri İlahə Qurbanova təmsil edib. Öncəliklə layihə koordinatoru Gülşən Bayramova mövcud layihə fəaliyyətləri ilə bağlı qısa təqdimatla çıxış edib. Daha sonra elmi işlər, tələbə və məzunlarla iş üzrə komitə sədrlərinin hesabatı dinlənilib, eyni zamanda layihənin keyfiyyət təminatı və monitorinqi ilə bağlı xarici ekspert George Dafoulasın sualları iştirakçılar tərəfindən cavablandırılıb. Tədbirin sonunda layihənin WP4 və WP5 iş paketlərinə uyğun olaraq nəzərdə tutulan fəaliyyətlər, layihənin icrası ilə bağlı təşkilati və maliyyə məsələləri, layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri haqqında da geniş müzakirələr aparılıb. Yekunda menecerlər tərəfindən növbəti mərhələlərdə yerinə yetiriləcək işlər dəqiqləşdirilib və bir sıra tapşırıqlar qarşıya qoyulub. Qeyd edək ki, bu layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Konfrans yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq.
Azərbaycan Texnologiya Universiteti tərəfdaş olduğu Erasmus+ KA2 “REFRESH” layihəsinin təqdimat tədbirində iştirak edibTədbirdə Azərbaycan Texnologiya Universitetini rektor v.m.i.e. dos Yaşar Ömərov və tədris şöbəsinin müdiri Raqif Hüseynov təmsil edib.“Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” mövzusunda qalib olan layihənin təqdimatında Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, SDU, MDU, LDU, ATU-nun rektorları, Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov və layihədə tərəfdaş qismində iştirak edən bölgə universitetlərinin nümayəndələri iştirak ediblər.Ümumi dəyəri 703 min avro olan “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır. Layihə 3 il müddəti əhatə edir. Layihənin konsorsiumu 6 yerli, 4 Avropa universiteti olmaqla, 15 yerli və xarici təşkilatdan ibarətdir.