Görüş çərçivəsində Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev tərəfindən mərkəzin fəaliyyəti, mövcud klublar və onların istiqamətləri haqqında ətraflı məlumat verilib.
Əməkdaş və könüllülərə innovativ layihələr və startaplar barədə geniş məlumat təqdim olunaraq, bu sahədəki yeni imkanlar və təşəbbüslər müzakirə edilib.
Bu təşəbbüs SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə əlaqələndirilir. Dövlət qurumları ilə universitet arasında əməkdaşlıq innovativ ideyaların inkişafına yeni imkanlar yaradır. Bu cür görüşlər iştirakçılara real innovasiya mühitini yaxından tanımaq imkanı verir. Bu isə innovasiya ekosisteminin genişlənməsinə töhfə verir.