“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ali məktəb tələbələri üçün təqaüd proqramı təqdim edir.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Təqaüdü ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrində Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun ixtisaslarda təhsil alan Azərbaycan Respublikasının vətəndaşları olan tələbələrinə verilir.
Təqaüd proqramına ekologiya, ekologiya mühəndisliyi, metallurgiya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mühəndis fizikası, iqtisadiyyat, biznesin idarəedilməsi, proseslərin avtomatlaşdırılması, menecment ixtisaslarında təhsil alan tələbələrimiz müraciət edə bilərlər.
Təqaüd aşağıdakı məqsədlərlə verilir:
• Tələbələrin təhsilə və elmi araşdırmaya marağının daha da artırılması, habelə istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsi və onların sosial müdafiəsinə dəstək olmaq;
• Cəmiyyətin strateji layihələrinin gələcəkdə lazımi kadrlar ilə təmin edilməsi məqsədilə tələbələrin müəyyən edilməsi;
• İstedadlı və təşəbbüskar tələbələrin qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Cəmiyyətin təcrübə proqramlarında iştirakı üçün şərait yaratmaq və nəzəri biliklərinin real təcrübəyə çevrilməsində yardımçı olmaq.
Təqaüd müsabiqə keçiriləcək akademik tədris ilinin 9 ayı üçün verilir.
Təqaüdün aylıq məbləği 200 manatdır.
Təqaüd müsabiqədə keçirilən imtahandan (1-ci tur) müvəffəqiyyət qazanıb Təqaüd komissiyasının müsahibəsindən (2-ci tur) uğurla keçən tələbələrə verilir.
Sənəd qəbulu elektron qaydada aparılır.
Qeydiyyat tarixləri: 21 avqust - 21 sentyabr 2023-cü il
Ətraflı məlumat: http://bitly.ws/SEeZ
ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov imtahan keçirilən auditoriyaları gəzərək imtahan prosesini izləyib. Y. Ömərov tələbələrlə söhbət edərək, yay semestrinin təşkili və imtahanların gedişatı ilə bağlı tələbələrin fikirlərini öyrənib.
Qeyd edək ki, yay semestri akademik borcu olan və qiymətini daha da yüksəltmək istəyən tələbələr üçün təşkil edilmişdir.
Avqustun 22-də başlayan yay semestri imtahanları 24 avqustda başa çatacaq.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, ATİ fakültəsinin dekanı Rövşən Hacıyev və digər əməkdaşları Azərbaycan Texnologiya Universitetinin məzunu olmuş şəhid Həsənli Eldarın ölümünün II ildönümü ilə bağlı onun məzarını ziyarət edərək şəhidin ailəsi ilə görüşüblər, onlara başsağlığı diləyərək şəhidlə bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, şəhid Həsənli Eldar Müşfiq oğlu 14.08.2021- ci il tarixində Kəlbəcər istiqamətində vəzifə borcunu yerinə yetirərkən şəhid olub.
Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində 30 yanvar-3 fevral tarixlərində Azərbaycanın layihə konsorsiumunun üzvü olan 20 ali təhsil müəssisəsinin prorektorları və digər səlahiyyətli nümayəndələrinin Polşaya növbəti işgüzar səfəri baş tutub. Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olunan səfərin məqsədi Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi olub.
Təlimlərin ilk iki günü Kozminski Universitetində baş tutub. Burada universitetin dayanıqlı inkişaf, rəqəmsal tranformasiya strategiyaları, həmçinin əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələri öyrənilib.
Səfərin növbəti günlərində strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşü baş tutub. Görüşdə xanım səfir N.Qurbanova universitetlərimizi Polşa ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da gücləndirməyə dəvət edib və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini ifadə edib.
Təlim proqramının yekununda Bakı Biznes Universitetinin mərkəz direktoru, layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Strateji inkişaf komitəsinin sədri Araz Aslanlı ilə birlikdə layihədə həyata keçirilən fəaliyyətlərin icası və qarşıda duran mühüm tapşırıqlar, Stratji İnkişaf Komitəsinin gələcək fəaliyyət planı üzrə müzakirələr aparılıb.
Təlimdə Azərbaycan Texnologiya Universitetini Keyfiyyət təminatı və Audit şöbəsinin müdiri Mətləb Əliyev təmsil edib.
Azərbaycan Texnologiya Universitetinin tanıtım günlərinə start verilib. Tanıtım günləri çərçivəsində Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin nəzdində fəaliyyət göstərən Yüngül sənaye mühəndisliyi və dizayn, Maşın mühəndisliyi və logistika, eləcə də Kimya və metallurgiya mühəndisliyi kafedralarının əməkdaşları Qazax və Şəmkir rayonlarında abituriyentlərlə görüş keçiriblər.
Görüş zamanı kafedraların əməkdaşları əmək bazarındakı perspektivlər, Texnologiya Universitetinin kampusu, tədris olunan ixtisaslar, müsabiqə və keçid balları, təqaüd və təcrübə proqramları, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat veriblər.
Bununla bağlı Azərbaycan Texnologiya Universitetində görüş keçirilib. Görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri Fatimə Ələkbərova, layihə rəhbəri Gülnar Mirhüseynova iştirak edib.Görüş zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov universitetin fəaliyyət istiqamətlərindən, gələcək perspektivlərindən bəhs edib.Agentliyin həyata keçirdiyi Technest Təqaüd Proqramı çərçivəsində birgə əməkdaşlığın qurulması və gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr, real perspektivlər çərçivəsində görülə biləcək işlər müzakirə edilib.Azərbaycan Texnologiya Universitetinin İKT fakültələrində tədris alan tələbələrin təqaüd proqramından yararlanması və universitetdə Technest laboratoriyasının qurulması haqqında ilkin razılığa gəlinib.