Yarışlar universitetin əməkdaşları və tələbələri arasında keçirilir. İlk günkü oyunlarda Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Dos.Yaşar Ömərov da iştirak edib.İlk yarış əməkdaşlar arasında stolüstü tennis idman növü üzrə baş tutub. Yarışda 16 qadın və kişi əməkdaşlar iştirak edib. Olimpiya sistemi üzrə keçirilən yarışda birinci yerə bütün rəqiblərinə qalib gələrək İnzibati idarəetmə və kommersiya kafedrasının əməkdaşı Şakir Əlizadə çıxıb. Qeyd edək ki, silsilə yarışlar çərçivəsində şahmat, dama və voleybol idman növü üzrə yarışlar keçiriləcək.
Görüşdən öncə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Dos. Yaşar Ömərov komanda üzvlərini qəbul edib. Basketbolçuları və məşqçiləri Azərbaycan Kubokunu qazanmaları münasibəti ilə təbrik edib, kollektivə qarşıdan gələn pley-off mərhələsində uğurlar arzulayıb.Komandanın baş məşqçisi Miliunas Gediminas, məşqçi Rizvan Səfərov və kapitan Amil Həmzəyev qonaqpərvərliyə və isti qəbula görə təşəkkür edərək Yaşar Ömərovu ev oyunlarına dəvət ediblər. Komanda universitet rəhbərliyinə klubun şərfini hədiyyə edib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.Daha sonra komanda üzvləri ATU-nun akt zalında tələbələrin önünə çıxıblar. Gənclərə klubun fəaliyyəti, nailiyyətləri, komandanın son nəticələri və gələcək hədəfləri haqqında məlumat veriblər. Qeyd olunub ki, “Gəncə” Basketbol Klubunun məqsədi ölkəmizi Avropa yarışlarında təmsil etməkdir.Görüş tələbələrin sualları ətrafında aktiv müzakirələrlə davam edib. Komanda üzvlərinin seçimi əsasında ən maraqlı suallar ünvanlayan tələbələrə hədiyyələr təqdim olunub.
Bu məqsədlə Azərbaycan Texnologiya Universiteti (ATU), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "Huawei Technologies” Azərbaycan şirkəti arasında üçtərəfli görüş keçirilib.Azərbaycan Texnologiya Universitetində baş tutan görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyini department rəhbərləri Fatimə Ələkbərova, Loukas Tzitzis, layihə rəhbəri Gülnar Mirhüseynova, kommunikasiya və tədbirlər üzrə meneceri Aygün Məmmədli, "Huawei Technologies” Azərbaycan şirkətini isə ictimaiyyətlə əlaqələr üzrə meneceri Kang Jia və insan resursları üzrə aparıcı mütəxəssisi Veronika İbrahimova təmsil edib.Məhsuldar görüşdə birgə əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və görüləcək işlər müzakirə edilib, ATU-da qurulacaq laboratoriya haqqında danışılıb.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutan görüşün sonunda "Huawei” şirkəti ilə ATU arasında əməkdşalıq memorandumu imzalanıb.Sənədi Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "Huawei Technologies” Azərbaycan şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kang Jia imzalayıb.Memorandumda Rəqəmsal Bilik və İKT Bacarıqları Proqramının hazırlanması istiqamətində birgə görüləcək işlər, ATU-nun "Huawei” İKT Akademiyasının üzvü olması, İKT sahəsində əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi kimi məsəllər öz əksini tapır.
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıbBu məqsədlə Azərbaycan Texnologiya Universitetində ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov və Agentliyin direktoru Cavid Abdullayevin iştirakı ilə görüş keçirilib. Məhsuldar görüşdə hər iki qurum arasında əməkdaşlığın perspektivləri və birgə görülə biləcək işlər müzakirə edilib.Sonda tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaratmaq və inkişaf etdirmək üçün hər iki qurum arasında əməkdaşlıq memorandumu imzalanıb.Sənəddə müvafiq sahələr üzrə təlim və treninqlərin keçirilməsi, birgə konfrans və elmi seminarların təşkili, inkişaf yönümlü müxtəlif proqram və layihələrin həyata keçirilməsində əməkdaşlığın təşviq olunması, elmi-nəzəri və praktiki tədqiqatların aparılması, tədris-metodiki vəsaitlərin hazırlanması, Agentlik mütəxəssislərinin təlim-tədris proseslərinə töhfə verməsi və s. kimi məsələlər öz əksini tapır.
Onlayn baş tutan tədbirdə tədris işləri üzrə prorektor Raqif Hüseynov, Avtomatika Telekommunikasiya və İnformatika fakültəsinin dekan müavini Ramil Vəliyev abituriyentlərə ATU-da tədrisi aparılan ixtisaslar və onların aktuallığı, müsabiqə balları, ayrılan plan yerləri, ötən illərin keçid balları haqda məlumat verib, onları ixtisas seçimi zamanı düzgün kodlaşdırma ilə bağlı məlumatlandırıblar.Görüşün sonunda abituriyentlərin sualları cavablandırılıb.
Təkrar ali təhsil almaq istəyənlərin qəbul prosesi Elm və Təhsil Nazirliyinin xüsusi portalı portal.edu.az vasitəsilə həyata keçirilir.Lazım olan sənədlərin siyahısı aşağıdakı kimidir:1. Diplomun və əlavəsinin notarial qaydada təsdiqi2. Şəxsiyyət vəsiqəsinin surəti3. Hərbi biletin surəti (oğlanlar üçün)4. Ərizə5. 3x4 şəkil 4 ədəd6. Əlaqə telefonu, email ünvanıSənədlərin qəbulu prosesi 31.08.2023-cü il tarixinədək davam edəcək.