Azərbaycan Texnologiya Universitetinin  akademik heyəti və gənc tədqiqatçıları  üçün “Web of Science” platformasına dair seminar təşkil olunub. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutan seminar "Elmi informasiya resurslarına çıxış və tədqiqat dəstəyi" mövzusuna həsr edilib.

Tədbirdə giriş sözü ilə ATU-nun elm və innovasiyalar üzrə prorektoru v.m.i.e., elm və xarici əlaqələr üzrə müşaviri Sahil Həmidov çıxış edib, keçilən mövzuların aktuallığını vurğulayaraq Agentliyin tədqiqatçılar üçün təşkil etdiyi silsilə tədbirlərin elmi potensialın artırılmasında və yeni imkanların tanıdılmasında mühüm rol oynadığını bildirib.  

Seminarı Clarivate şirkətinin Azərbaycan üzrə məsul əməkdaşı İltifat İbrahimov təqdim edib, iştirakçılara “Web of Science” platforması, “Web of Science Research Assistant” Suni İntellekt aləti, “Journal Citation Reports”, təşkilat və tədqiqatçı profilləri, həmçinin “EndNote” referans idarəetmə sistemi barədə geniş məlumat verərək mövzu ətrafında ünvanlanan sualları cavablandırıb.