Yüngül Sənaye Mühəndisliyi və Logistika fakültəsində yaz semestrinə hazırlıq, sonuncu kursların təcrübəsinin təşkili və digər məsələlərlə əlaqədar müəllimlərlə görüş keçirilib.
12.02.2025-ci il tarixdə yaz semestrinə hazırlıq, ötən semestrdə qarşıya çıxan problemlər, onların qarşısının alınması, tədrisin təşkili, sonuncu kurs bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin istehsalat təcrübəsinin başlanması ilə əlaqədar Yüngül Sənaye Mühəndisliyi və Logistika fakültəsinin professor-müəllim heyəti ilə görüş keçirilib.
Görüşdə fakültə dekanı, kafedra müdirləri, Magistratura və doktorantura şöbəsinin müdiri, Təcrübə və karyera sektorunun təcrübə-karyera üzrə mütəxəssisinin çıxışları dinlənib, müəllim heyətinin sualları cavablandırılıb.
Sonuncu kurs bakalavrların təcrübə keçəcəyi müəssisələr mənim tərəfimdən təcrübə rəhbərlərinə elan edildi. Bundan əlavə təcrübənin qiymətləndirilməsi sistemində yeni qaydaları müəllimlərin nəzərinə çatdırdım.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) məqsədlərinə uyğun olaraq tədrisin keyfiyyətinin artırılmasına və tələbələrin praktik hazırlığının gücləndirilməsinə xidmət edir. Təcrübə prosesinin təkmilləşdirilməsi əmək bazarına daha hazırlıqlı məzunların çıxmasına şərait yaradır. Bu isə iqtisadi inkişaf üçün vacib insan kapitalının formalaşmasına töhfə verir.
Fevralın 12-də Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Türkiyədə doktorantura səviyyəsi və tədqiqat sahəsi ilə bağlı vebinar keçiriləcək.
Vebinarda təqaüd proqramı çərçivəsində təhsil, eləcə də proqrama müraciət, sənəd qəbulu və mövzuya dair digər suallar canlı yayımda cavablandırılacaq.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 10 (Bərabərsizliyin azaldılması) məqsədlərinə uyğun olaraq tələbələrin beynəlxalq təhsil imkanlarına çıxışını genişləndirir. Vebinar vasitəsilə məlumatlandırma gənclərin akademik inkişafını və elmi potensialını artırır. Eyni zamanda, qlobal təhsil sisteminə inteqrasiyanı təşviq edir.
Beynəlxalq əməkdaşlığı və təhsil mübadiləsini gücləndirmək məqsədi ilə Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov və strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri Mehman Kərimov Rumıniyanın İaşi Texniki Universitetində (TUIASI) strateji səfərdə olublar.
Akademik əlaqələrin gücləndirilməsi məqsədi daşıyan səfər transsərhəd təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar açıb.
Səfər zamanı rektor və müşavir TUIASI-nin rəhbərliyi və professor-müəllim heyəti ilə müzakirələr aparıb, onların qabaqcıl təhsil metodologiyaları və tədqiqat təcrübələri haqqında hərtərəfli məlumat əldə ediblər. Eyni zamanda universitetin Elektronika, telekommunikasiya və informasiya texnologiyaları fakültəsini, Avtomatik idarəetmə və kompüter mühəndisliyi fakültəsini, Maşınqayırma və sənayenin idarə edilməsi fakültəsini, Sənaye dizaynı və biznesin idarə edilməsi fakültəsini və Kitabxanasını ziyarət edib, texnologiyanın akademik kurikulumlara inteqrasiyasının əhəmiyyətini nəzərə alaraq universitetin maddi-texniki bazası, qabaqcıl laboratoriyaları ilə tanış olublar.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) məqsədlərinə xidmət edir. Təhsil və texnologiya sahəsində təcrübə mübadiləsi innovativ yanaşmaları təşviq edir. Akademik əməkdaşlıq biliklərin tətbiqini gücləndirir. Bu isə təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov Rumıniyanın İaşi şəhərinə səfər çərçivəsində hazırda Erasmus+ proqramı üzrə İaşi Texniki Universitetində təhsil alan ATU-nun Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dizayn ixtisası üzrə 2-ci kurs tələbəsi Hüseyn Baxışov ilə görüşüb.
Görüşdə Yaşar Ömərov mübadilə ilə bağlı tələbənin təəssüratlarını dinləyib, ona təhsilində müvəffəqiyyətlər arzulayıb, bu kimi proqramlarda iştirakın əhəmiyyətindən danışaraq beynəlxalq mübadilə proqramlarının gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını və əldə edilən bilik və bacarıqların ölkəmizin inkişafı üçün zəruri olduğunu vurğulayıb.
Görüş zamanı səfərdə olan strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov özünün xaricdə təhsil təcrübəsini bölüşərək tələbəyə uğurlar arzulayıb.
Azərbaycan Texnologiya Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Rumıniyanın aparıcı universitetlərindən biri olan İaşi Texniki Universiteti (TUIASI) arasında əməkdaşlığın zənginləşdirilməsinə yönəlmiş anlaşma memorandumu imzalanıb.
Sənədə Rumıniyanın İaşi şəhərində hər iki universitetin rəhbərliyi tərəfindən imza atılıb.
Perspektivli tərəfdaşlığı əhatə edən əməkdaşlıq memorandumu innovasiyaların təşviqi və qlobal akademik icmanın yetişdirilməsi istiqamətində mühüm addımdır.
Memorandum Azərbaycan və Rumıniya arasında akademik mübadilə, birgə tədqiqat və mədəni anlaşmanı təşviq etmək, texnoloji təcrübəni genişləndirmək, tələbələrə və tədqiqatçılara bilik mübadiləsi və innovasiya üçün daha geniş platforma vəd etmək məqsədi daşıyır.
Sənəd hər iki qurumun qlobal təhsil şəbəkələrini inkişaf etdirilməsinə və əmək bazarının tələblərinə cavab verən məzunların yetişdirilməsinə diqqətinin təzahürüdür.
Qeyd edək ki, ATU 23.09.2021-ci il tarixində imzalanmış əməkdaşlıq müqaviləsi ilə bir müddətdir ki, İaşı Texniki Universiteti ilə Erasmus proqramı çərçivəsində müəllim və tələbə heyətinin mübadiləsini həyata keçirir. TUIASI Rumıniyanın texnoloji yönümlü ali təhsil müəssisələri arasında ilk sırada yer tutur.
Bu əməkdaşlıq SDG 4 (Keyfiyyətli təhsil) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə uyğunluq təşkil edir. Beynəlxalq təhsil əlaqələri bilik mübadiləsini gücləndirir. Qlobal akademik şəbəkələrin genişlənməsi innovasiyanı təşviq edir. Bu da dayanıqlı inkişaf üçün mühüm platforma yaradır.
Azərbaycan Texnologiya Universitetində (ATU) Gənclər Günü münasibətilə fəal tələbələrlə görüş keçirilib.
Görüş zamanı ATU-nun rektoru Yaşar Ömərov Azərbaycanda uğurlu gənclər siyasətinin əsasının 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu missiyanı uğurla davam etdirdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır. Rektor gəncləri 2 Fevral Gənclər Günü münasibətilə bir daha təbrik edib, onlara nailiyyətlər və yeni-yeni uğurlar arzulayıb.
Sonra yüksək akademik göstəricilərinə görə, COP29-da, o cümlədən universitetin sosial ictimai həyatında fəal iştirakına görə, universitetin idman nailiyyətlərində aktivliyinə görə bir qrup tələbə və qazi 2 Fevral Gənclər Günü münasibəti ilə təşəkkürnamə ilə təltif edilib.
Bu tədbir SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) məqsədlərinə xidmət edir. Gənclərin inkişafı və təşviqi onların gələcək karyerasına müsbət təsir göstərir. Aktiv gənclərin dəstəklənməsi sosial kapitalı artırır. Bu isə dayanıqlı inkişafın əsasını təşkil edir.