Azərbaycan Texnologiya Universitetinin (ATU) kampus ərazisində təhlükəsizlik yoxlaması keçirilib. Yoxlamanın əsas məqsədi tələbə, müəllim və əməkdaşlar üçün təhlükəsiz və sağlam mühitin təmin olunmasıdır.
Yoxlama zamanı kampusun bütün əsas sahələri – giriş-çıxış məntəqələri, təxliyə yolları, koridorlar, auditoriyalar, laboratoriyalar, anbar və təsərrüfat sahələri diqqətlə nəzərdən keçirilib. Xüsusi diqqət yanğın təhlükəsizliyi vasitələrinin vəziyyətinə, elektrik avadanlıqlarının düzgün istismarına, müşahidə kameralarının işləkliyinə, gecə işıqlandırmasına və ümumi təhlükəsizlik sistemlərinə yönəldilib.
Eyni zamanda, təhlükəsizlik qaydalarına riayət olunması, kənar şəxslərin nəzarətli daxil olması və fövqəladə hallara hazırlıq səviyyəsi qiymətləndirilib. Aşkar edilən nöqsanlar qeydə alınaraq onların aradan qaldırılması üçün məsul şəxslərə tapşırıqlar verilib.
Qeyd edək ki, kampusda təhlükəsizlik yoxlamaları mütəmadi olaraq həyata keçirilir.