Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən Regional nümayəndəliyi tərəfindən Azərbaycan Texnologiya Universitetinin turizm ixtisasının tələbələri üçün
“Regionlarda ekoturizmin inkişafı və turizm sahəsində karyera perspektivləri” mövzusunda panel müzakirə təşkil edilib.
Spiker qismində Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, Azərbaycan Texnologiya Universitetinin Ətraf mühitin mühafizəsi kafedrasının dosenti İrşad Abbasov və “Leon” hotelin əməliyyatlar üzrə meneceri Emin Məmmədov çıxış edib. Maraqlı keçən müzakirədə tələbələrin sualları cavablandırılıb.
Avropa Birliyinin maliyyələşdirdiyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator, Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində Danimarka Krallığının Danimarka Texniki Universitetinə (DTU) təcrübə səfəri baş tutub.
Səfərdə Azərbaycan Texnologiya Unversitetini layihə meneceri Tədris işləri üzrə prorektor Dr. Raqif Hüseynov təmsil edib.
Səfərin əsas məqsədi, yerli tərəfdaş univeristetlərin alternativ və bərpa olunan enerji sahəsi üzrə mövcud kurikulumların təkmilləşdirilməsi, innovativ yönümlü istiqamətləndirilməsidir.
5 günlük təcrübə səfəri müddətində DTU-nun REFRESH layihəsi üzrə təlimçiləri Mads Peter Sorensen, Jalal Kazempour, Per Sieverts Nielsen, Martin Brynskov, Ivano Eligio Castelli, Henrik Madsen və digərləri iştirakçılara universitetin bərpa olunan enerji mənbələri, bərpa olunan enerji istehsalının proqnozlaşdırılması (külək, günəş, su) və istehlakçı aspektindən uyğunlaşma, dayanıqlı enerji texnologiyaları üzrə mühəndislik ixtisasları üzrə bakalavr və magistratura proqramlarını təqdim ediblər. O cümlədən, dayanıqlı enerji sistemləri, sözügedən istiqamət üzrə fənlərin tədrisi zamanı süni intellektin istifadəsi, bərpa olunan enerji mənbələri - günəş və külək enerjisi, isitmə sistemləri, təkmilləşdirmək məqsədilə sillabusları təhlil etmiş və öz tövsiyələrini bildiriblər.
Təcrübə səfərinin növbəti günlərində səfər iştirakçılarının tərəfdaş yerli ali təhsil müəssisələrinin proqramının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsinə dair "vörkşop" keçirilmişdir. Vörkşop çərçivəsində proqram portfolioları, məzmunu və tədris materialları haqqında geniş diskussiya həyata keçirilib.
Təcrübə səfərinin son günündə yerli tərəfdaşlar üçün təlim (ToT) keçirilib.
Avropa Birliyinin maliyyələşdirdiyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator, Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsinin promo kitabı ictimaiyyətə təqdim olunub.
Promo kitabda layihənin məqsədi, hədəfləri, iş paketləri, tərəfdaşlar haqqında əsas məlumatlar əks olunub.
Promo kitabın əsas məqsədi layihənin məzmunu və fəaliyyəti haqqında ictimaiyyətə önəmli məlumatları ötürməkdir.
Promo kitabın linki: https://refresh-erasmus.com/documents
Azərbaycan Texnologiya Universitetinin (ATU) Qida mühəndisliyi fakültəsinin, Tələbə Elmi Cəmiyyətinin Savalan şərab zavodu ilə birgə tələbə elmi seminarı təşkil edilib.
Seminar Qəbələ şəhərində “SAVALAN – ASPI Winery” zavodunda baş tutub. Qida mühəndisliyi fakültəsi, Qida məhsullarının ekspertizası kafedrası və ATU Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən seminarda şərabçılıq ixtisasının tələbələri – Aysel Cəfərova “Almaniyada şərabçılığın inkişaf tendensiyası”, Vəsilə Nağıyeva “Şərabçılıqda əzici-daraqayıran maşınların perspektivliyi və əhəmiyyəti”, Səbinə Qasımova “Azərbaycanda şərabçılıq”, Abulhəyat Süleymanlı “Azərbaycanda istehsal olunan konyaklar” mövzularında məruzələrlə çıxış edib, zavodun mütəxəssisləri ilə mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində tələbələr zavodda texnoloji avadanlıqlar, onların iş prinsipi, laboratoriyalar və istehsal olunan məhsullarla yaxından tanış olublar.
Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində 22 aprel 2024-cü il tarixində hesabat konfransı baş tutub.
Konfransda 28 yerli ali təhsil müəssisəsindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən, Dövlət Məşğulluq Agentliyindən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan, həmçinin layihənin xarici partnyorları olan Litvanın Mykolo Romero Universitetindən, İsveçin Kral Texnologiya Universitetindən, Belçikanın EFMD təşkilatından ümumilikdə 100-dən çox nümayəndə iştirak edib.
Konfransda Azərbaycan Texnologiya Universitetini sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov, Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova və layihə meneceri İlahə Qurbanova təmsil ediblər.
Tədbirdə layihə çərçivəsində fəaliyyət göstərən komitələrin hesabatları dinlənilib, müvafiq müzakirələr aparılıb.