Azərbaycan Texnologiya Universitetinə təyin edilən yeni prorektor kollektivə təqdim edilib. Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov yeni təyinatla bağlı nazirliyin əmrini kollektivin diqqətinə çatdırıb və bildirib ki, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən Sahil Zahid oğlu Həmidov Azərbaycan Texnologiya Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Yaşar Ömərov S.Həmidova fəaliyyətində uğurlar azru edib.
S.Həmidov öz növbəsində elm və təhsil naziri cənab Emin Əmrullayevə təşəkkür ifadə edərək göstərilən etimatı doğruldacağını bildirib, universitetin inkişafı istiqamətində bütün səylərini birləşdirərək bundan sonra da əzmlə çalışacağını qeyd edib.
Kollektiv S.Həmidovu təbrik edib, yeni nailiyyətlər, universitetin inkişafı istiqamətində uğurlar diləyib.