Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın yeni tərkibdə ilk iclası keçirilib. Universitetin rektoru, elmi şura sədri Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda Tədri̇si̇n təşki̇li̇ və İdarə edi̇lməsi̇ şöbəsinin müdiri Cəsarət Şabanov buraxılış işlərinin, magistr dissertasiyalarının yerinə yetirilməsinin və dövlət imtahanlarına hazırlığın, eləcə də qəbul planının vəziyyəti barədə məruzə ilə çıxış edib.
Daha sonra İdarəetmə kafedrasının müdiri Fizuli Məmmədovun, İqtisadiyyat kafedrasının müdiri Natiq Cavadovun hesabatları dinlənilib.
Elmi Şurada Rektor təqaüdünün məbləğinin artırılması, yeni ixtisasların açılması ilə bağlı işçi qrupunun yaradılması, tədris metodiki vəsaitlərin təsdiqi kimi məsələlərə baxılıb, əməkdaşlardan Minurə Kərimovanın dosent elmi adı alması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması ilə bağlı səsvermə keçirilib.
İclas çərçivəsində Maşın mühəndisliyi və logistika kafedrasının dosenti Şahin Quliyev 70 illik yubileyi, İdarəetmə kafedrasının əməkdaşı Gülgün Abdıyevaya fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsi münasibəti ilə təltif edilib.
Azərbaycan Texnologiya Universitetində (ATU) 2023–2030-cu illəri əhatə edən Strateji İnkişaf Planı (SİP) çərçivəsində tələbələrin bilik və bacarıqlarının artırılması məqsədilə silsilə təlimlər təşkil olunur.
Universitetin Qida mühəndisliyi, Avtomatika, telekommunikasiya və informatika, Yüngül sənaye mühəndisliyi və logistika, həmçinin İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələrini əhatə edən növbəti təlimlər rəqəmsal savadlılığın artırılmasına, tələbələrin əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə və müasir texnologiyalara çıxış imkanlarının genişləndirilməsinə xidmət edib.
Təlimlər Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının əməkdaşları – Ababil Nağıyeva, Kənan Abdullayev və Ülvi Rəfizadə tərəfindən həyata keçirilib. Sessiyalar çərçivəsində tələbələrə "MS Office” proqramlarının funksional imkanları ilə işləmək bacarıqları və "Python" müasir proqramlaşdırma dillərinin əsasları öyrədilib.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil), SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə uyğunluq təşkil edir. Rəqəmsal savadlılıq və proqramlaşdırma bacarıqlarının inkişafı tələbələrin əmək bazarına hazırlıq səviyyəsini yüksəldir. Müasir texnologiyalar üzrə praktik biliklərin verilməsi onların peşəkar uyğunlaşma imkanlarını genişləndirir. Bu isə innovasiya yönümlü insan kapitalının formalaşmasına mühüm töhfə verir.
Azərbaycan Texnologiya Universitetində İmtahan sessiyası ilə bağlı təklif, irad və digər müraciətlərinizi daha çevik formada göndərmək imkanı yaradılıb.
Artıq QR kodu skan edərək fikir və təkliflərinizi elektron formada göndərə bilərsiniz.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 16 (Sülh, ədalət və güclü institutlar) ilə əlaqələndirilə bilər. Rəqəmsal müraciət mexanizminin tətbiqi tələbələrlə idarəetmə arasında daha operativ və şəffaf kommunikasiya qurulmasına xidmət edir. Bu yanaşma problemlərin vaxtında aşkarlanmasına və həllinə imkan yaradır. Nəticədə tələbəyönümlü, hesabatlı və əlçatan universitet idarəçiliyi modeli güclənir.
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov Özbəkistanda keçirilən Birinci Rektorlar Forumunda iştirak edib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin birgə təşkilatçılığı keçirilən forum Əndican şəhərində baş tutub. Tədbirdə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev və Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin müavini Şaxrux Daliyev açılış nitqi ilə çıxış edərək iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən bəhs ediblər.
Forum çərçivəsində ATU rektoru Yaşar Ömərov Ömərov “Universitet–sənaye əməkdaşlığı, region universitetlərin baxışı və rolu” mövzusu ilə çıxış edərək ATU-nun sənaye əlaqələri təcrübəsini bölüşüb. ATU təcrübəsi forum iştirakçılarının marağına səbəb olub.
İki gün davam edən forumda 17 Azərbaycan universitetinin, eləcə də Özbəkistanın aparıcı ali təhsil müəssisələrinin rektorları iştirak edib. Sessiyalar zamanı ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və beynəlxalq reytinqlərdə irəliləyiş kimi mövzular müzakirə olunub.
Bu təşəbbüs SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) və SDG 4 (Keyfiyyətli təhsil) ilə sıx bağlıdır. Forum çərçivəsində ali təhsil müəssisələri arasında təcrübə mübadiləsi və birgə təşəbbüslərin müzakirəsi akademik əməkdaşlığın dərinləşməsinə şərait yaradır. Universitet–sənaye əlaqələri üzrə təcrübənin paylaşılması region universitetlərinin inkişaf modelinə yeni baxışlar qazandırır. Bu cür platformalar təhsilin beynəlmiləlləşdirilməsi və institusional tərəfdaşlıqların genişləndirilməsi baxımından mühüm rol oynayır.
Azərbaycan Texnologiya Universiteti (ATU) “Round University Ranking” (RUR) beynəlxalq reytinqində Azərbaycanın region universitetləri arasında 1-ci, ölkə universitetləri arasında 8-ci pillədə yer alıb.
ATU nüfuzlu beynəlxalq reytinq cədvəlinin 2025-ci il siyahısının dünya sıralamasında isə 1117-ci yerdə qərarlaşıb.
RUR reytinqi dünya üzrə ali təhsil müəssisələrinin fəaliyyətini 20 göstərici əsasında dörd strateji sahə – tədris (40%), tədqiqat (40%), beynəlxalq müxtəliflik (10%) və maliyyə dayanıqlığı (10%) üzrə qiymətləndirir.
Qeyd edək ki, RUR reytinqinin məlumatları nüfuzlu “Clarivate Analytics” şirkətinin “Global Institutional Profiles Project” platforması vasitəsilə toplanır və “Web of Science Core Collection” bazasındakı bibliometrik göstəricilərə əsaslanır. Tədris və tədqiqat sahələrində reputasiya göstəriciləri isə hər il keçirilən Akademik Reputasiya Sorğusu əsasında müəyyənləşdirilir.
Bu nəticə Azərbaycan Texnologiya Universitetində son illər görülən işlərin - tədris, elmi fəaliyyət və beynəlxalq əməkdaşlıq sahəsindəki uğurların əyani göstəricisidir.
Bu nailiyyət SDG 4 (Keyfiyyətli təhsil), SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə əlaqələndirilə bilər. Beynəlxalq reytinqdə irəliləyiş universitetin tədris, tədqiqat və beynəlxalq əməkdaşlıq istiqamətlərində sistemli inkişafını əks etdirir. Belə nəticələr institusional keyfiyyətin qlobal ölçülərlə təsdiqlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu isə universitetin akademik nüfuzunun və rəqabət qabiliyyətinin artmasına töhfə verir.
Azərbaycan Texnologiya Universitetində yay imtahan sessiyasına start verilib. Universitetin rektoru Yaşar Ömərov imtahan prosesini izləyib, tələbələrlə yerində görüşərək onların fikirlərini öyrənib, müvafiq tövsiyələr verərək imtahanda uğur və müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, 3 iyul 2025-ci il tarixinədək davam edəcək sessiya müddətində imtahanlar test və yazılı qaydada keçirilir.
Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq imtahanların şəffaf və obyektiv keçirilməsi üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) ilə birbaşa bağlıdır. İmtahanların şəffaf, obyektiv və tələbəyönümlü şəkildə təşkili təhsil keyfiyyətinin mühüm göstəricilərindən biridir. Apellyasiya mexanizmləri və müraciət imkanlarının yaradılması akademik etimadı möhkəmləndirir və tələbə hüquqlarının qorunmasına xidmət edir. Bu yanaşma ali təhsil müəssisəsində məsuliyyətli idarəetmə və ədalətli qiymətləndirmə mühitini gücləndirir.