Azərbaycan Texnologiya Universiteti (ATU) magistr və doktorantlar üçün elmi-tədqiqat bacarıqlarını inkişaf etdirməyə yönəlmiş növbəti vebinar təşkil edib.
Harvard Universitetinin tədqiqatçısı Elvin Nəsibovun iştirakı ilə baş tutan vebinarın mövzusu “Tədqiqat işinin əsasları və onun aparılması metodları”na həsr edilib.
Harvard tədqiqatçısı seminarda tədqiqat işinin planlaşdırılması, metodologiya seçimi, elmi yazı qaydaları və s. kimi mühüm məsələlər ətrafında çıxış edib, magistr və doktorantların interaktiv şəkildə ünvanladığı sualları cavablandırıb.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) məqsədlərinə uyğun olaraq elmi-tədqiqat bacarıqlarının inkişafını gücləndirir. Beynəlxalq ekspertin iştirakı bilik transferini artırır. Bu isə akademik keyfiyyətin yüksəlməsinə xidmət edir.
Azərbaycan Texnologiya Universitetinin 2024/2025-ci tədris ilin yaz semestrində İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm ixtisaslarında bakalavriat səviyyəsində əyani təhsil alan 4-cü kurs tələbələrinin 17.02.2025-ci il tarixindən etibarən "Leon hotel", "Daşlı Qala hoteli", "Cinema Boutique hotel"də təcrübələri davam edir.
Bu fəaliyyət SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 4 (Keyfiyyətli təhsil) məqsədlərinə uyğun olaraq xidmət sektorunda praktiki bacarıqların inkişafını təmin edir. Tələbələr real mühitdə təcrübə qazanaraq əmək bazarına hazırlanırlar. Bu isə turizm sənayesinin inkişafına töhfə verir.
"Ekologiya" və "Ekologiya mühəndisliyi" ixtisaslarında əyani təhsil alan 4-cü kurs tələbələri 2024/2025-ci tədris ilinin yaz semestrində Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin strukturuna daxil olan Yaşıllaşdırma şöbəsinin ərazisində istehsalat təcrübəsində iştirak edir.
Bu təşəbbüs SDG 11 (Dayanıqlı şəhərlər və icmalar) və SDG 13 (İqlim dəyişikliyi ilə mübarizə) məqsədlərinə uyğun olaraq şəhər mühitinin yaxşılaşdırılması və ekoloji biliklərin tətbiqinə xidmət edir. Tələbələrin praktiki fəaliyyəti ətraf mühitin qorunmasına töhfə verir. Bu isə dayanıqlı şəhər inkişafını dəstəkləyir.
21.02.2025-ci il tarixdə Azərbaycan Texnologiya Universiteti Publik Hüquqi Şəxsin "Qida mühəndisliyi" fakültəsinin Elmi Şurası keçirilib.
Bu təşəbbüs SDG 16 (Sülh, ədalət və güclü institutlar) və SDG 4 (Keyfiyyətli təhsil) məqsədlərinə uyğun olaraq institusional idarəetmənin və akademik keyfiyyətin artırılmasına xidmət edir. Elmi qərarların müzakirəsi universitetin inkişaf strategiyasını gücləndirir. Bu isə effektiv və şəffaf idarəetməyə töhfə verir.
Azərbaycan Texnologiya Universitetində (ATU) gənc müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə mütəmadi olaraq ustad dərsləri keçirilir. Növbəti tədbirdə Maşın mühəndisliyi və logistika kafedrasının müdiri, v.m.i.e., dosent Şahin Quliyev çıxış edib.
Təlimdə Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin tərkibində fəaliyyət göstərən Maşın mühəndisliyi və logistika, Kimya və metallurgiya mühəndisliyi, eləcə də Yüngül sənaye mühəndisliyi və dizayn kafedralarının gənc müəllimləri iştirak ediblər.
Dosent Ş. Quliyev “Tədrisdə interaktiv metodlardan istifadə” mövzusunda təqdimatla çıxış edərək, müasir pedaqoji yanaşmaların əhəmiyyəti, tələbələrin dərs prosesində aktiv iştiraka təşviq olunması, yaradıcı metodların tətbiqi və innovativ təlim texnologiyalarının rolu barədə ətraflı məlumat verib.
O, öz pedaqoji təcrübəsindən konkret nümunələr göstərərək gənc müəllimlərin üzləşə biləcəyi çətinliklər və onların həlli yolları ilə bağlı praktik məsləhətlərini də bölüşüb.
Tədbir interaktiv müzakirə formasında təşkil olunub, iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi aparıb və suallarına cavab alıblar.
Azərbaycan Texnologiya Universiteti ilə Polşanın Siedlce Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu məqsədlə hər iki təhsil müəssisəsi arasında onlayn görüş keçirilib.
Görüşdə Azərbaycan Texnologiya Universitetinin rektoru dos.Yaşar Ömərov və Siedlce Universitetinin rektoru prof.Miroslav Minkina əməkdaşlığın perspektivlərindən, hər iki təhsil ocağı üçün əhəmiyyətindən danışıb, birgə görüləcək işləri müzakirə ediblər.
Görüş çərçivəsində hər iki universitet haqqında hazırlanmış qısa təqdimatlar göstərilib, sonda əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumda Texnologiya Universiteti ilə Siedlce Universiteti arasında akademik və inzibati heyətin, eləcə də tələbələrin mübadiləsini həyata keçirmək, elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıq) məqsədlərinə uyğun olaraq beynəlxalq akademik əməkdaşlığı genişləndirir. Mübadilə proqramları və birgə tədqiqatlar bilik paylaşımını gücləndirir. Bu isə qlobal təhsil inteqrasiyasına töhfə verir.