Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

"Qida mühəndisliyi" fakültəsinin Elmi Şurası keçirilib

21.02.2025-ci il tarixdə Azərbaycan Texnologiya Universiteti Publik Hüquqi Şəxsin "Qida mühəndisliyi" fakültəsinin Elmi Şurası keçirilib.

Bu təşəbbüs SDG 16 (Sülh, ədalət və güclü institutlar) və SDG 4 (Keyfiyyətli təhsil) məqsədlərinə uyğun olaraq institusional idarəetmənin və akademik keyfiyyətin artırılmasına xidmət edir. Elmi qərarların müzakirəsi universitetin inkişaf strategiyasını gücləndirir. Bu isə effektiv və şəffaf idarəetməyə töhfə verir.

ATU-da gənc müəllimlər üçün növbəti ustad dərsləri təşkil edilib

Azərbaycan Texnologiya Universitetində (ATU) gənc müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə mütəmadi olaraq ustad dərsləri keçirilir. Növbəti tədbirdə Maşın mühəndisliyi və logistika kafedrasının müdiri, v.m.i.e., dosent Şahin Quliyev çıxış edib.

Təlimdə Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin tərkibində fəaliyyət göstərən Maşın mühəndisliyi və logistika, Kimya və metallurgiya mühəndisliyi, eləcə də Yüngül sənaye mühəndisliyi və dizayn kafedralarının gənc müəllimləri iştirak ediblər.

Dosent Ş. Quliyev “Tədrisdə interaktiv metodlardan istifadə” mövzusunda təqdimatla çıxış edərək, müasir pedaqoji yanaşmaların əhəmiyyəti, tələbələrin dərs prosesində aktiv iştiraka təşviq olunması, yaradıcı metodların tətbiqi və innovativ təlim texnologiyalarının rolu barədə ətraflı məlumat verib.

O, öz pedaqoji təcrübəsindən konkret nümunələr göstərərək gənc müəllimlərin üzləşə biləcəyi çətinliklər və onların həlli yolları ilə bağlı praktik məsləhətlərini də bölüşüb.

Tədbir interaktiv müzakirə formasında təşkil olunub, iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi aparıb və suallarına cavab alıblar.

 

 

 

Azərbaycan Texnologiya Universiteti daha bir Avropa universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Texnologiya Universiteti ilə Polşanın Siedlce Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu məqsədlə hər iki təhsil müəssisəsi arasında onlayn görüş keçirilib.

Görüşdə Azərbaycan Texnologiya Universitetinin rektoru dos.Yaşar Ömərov və Siedlce Universitetinin rektoru prof.Miroslav Minkina əməkdaşlığın perspektivlərindən, hər iki təhsil ocağı üçün əhəmiyyətindən danışıb, birgə görüləcək işləri müzakirə ediblər.   

Görüş çərçivəsində hər iki universitet haqqında hazırlanmış qısa təqdimatlar göstərilib, sonda əməkdaşlıq memorandumu imzalanıb. 

Memorandumda Texnologiya Universiteti ilə Siedlce Universiteti arasında akademik və inzibati heyətin, eləcə də tələbələrin mübadiləsini həyata keçirmək, elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur.

Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıq) məqsədlərinə uyğun olaraq beynəlxalq akademik əməkdaşlığı genişləndirir. Mübadilə proqramları və birgə tədqiqatlar bilik paylaşımını gücləndirir. Bu isə qlobal təhsil inteqrasiyasına töhfə verir.


ATU-da yeni laboratoriya istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetində "REFRESH" layihəsi çərçivəsində Virtual öyrənmə və simulyasiya laboratoriyasının açılışı olub.

Laboratoriyanın açılış lentini Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru dos.Yaşar Ömərovla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru prof.Ədalət Muradov kəsib.

Açılış tədbirində Riyaziyyat və Mexanika İnstitutunun direktoru prof.Misir Mərdanov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və UNEC-in digər rəhbər nümayəndələri də iştirak edib.

Ətraf mühitin mühafizəsi kafedrasının nəzdində fəaliyyət göstərəcək Virtual öyrənmə və simulyasiya laboratoriyası UNEC-in koordinatorluğu, Avropa İttifaqının maliyyə dəstəyi və ATU-nun tərəfdaşlığı ilə həyata keçirilən "REFRESH" layihəsi çərçivəsində ərsəyə gəlib.

Laboratoriya 5 notbuk, printer və günəş panellərinin səmərəliliyini artıran mikrokontrollerli izləyici qurğusunun prototipinin hazırlanması üçün 28 adda müasir avadanlıqla təchiz edilib.

Açılış tədbirindən sonra ATU ilə UNEC arasında geniş tərkibdə görüş keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu təşəbbüs SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 7 (Təmiz enerji) məqsədlərinə uyğun olaraq innovativ infrastrukturun inkişafına və alternativ enerji texnologiyalarının tətbiqinə xidmət edir. Müasir laboratoriya tələbələrin praktiki bacarıqlarını artırır. Bu isə texnoloji inkişaf və dayanıqlı enerji həllərinin təşviqinə töhfə verir.

ATU-da Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə bağlı online görüş keçirilib

18.02.2025-ci il tarixdə Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə PashaPay MMC ilə Region universitetlərinin Karyera Mərkəzlərinin nümayəndələri ilə regional layihələrin müzakirəsi ilə bağlı online görüş keçirilib.

Görüşdə PashaPay şirkətinin nümayəndələri tərəfindən öz fəaliyyət istiqamətləri, nəzərdə tutulan layihələr haqqında məlumat verildi. Layihə, region tələbələrinin fəallığının artırılması, sərt və yumşaq bacarıqlarının inkişaf etdirilməsi, gələcək karyeralarında əmək bazarına inteqrasiya olunmaları istiqamətində dəstək olmaq məqsədi daşıyır.

Bu layihələr həm də Təhsil tələbə kreditindən yararlanmış tələbələrin gələcəkdə işlə təmin olunmalarına dəstək məqsədi daşıyır.

Sonda layihənin həyata keçirilməsi üçün tələbələrə uyğun olan vaxt müəyyən edildi.

Bu fəaliyyət SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 4 (Keyfiyyətli təhsil)   məqsədlərinə uyğun olaraq tələbələrin məşğulluq imkanlarının artırılmasına və bacarıqlarının inkişafına xidmət edir. Layihə əmək bazarına inteqrasiyanı asanlaşdırır. Bu isə gənclərin iqtisadi fəallığını artırır.

ATU-da İstehsalat təcrübəsinin başlanması ilə əlaqədar tələbələrlə görüş keçirilib

Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsində 4-cü kursların istehsalat təcrübəsinin başlanması ilə əlaqədar Ekologiya və Ekologiya mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirilib.

Görüşdə fakültə dekanı dos. Mehman İsmayılov və Təcrübə-karyera üzrə mütəxəssis Vüsal Bayramov tərəfindən təcrübənin təşkili qaydaları, təcrübə müddətində görüləcək işlər, təcrübənin davam etmə müddəti, həftəlik iş saatı və digər məsələlər tələbələrin diqqətinə çatdırılıb.

Sonda təcrübə gündəlikləri tələbələrə təhvil verilib.

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil)   və SDG 13 (İqlim dəyişikliyi ilə mübarizə) məqsədlərinə uyğun olaraq tələbələrin ekoloji biliklərini praktikada tətbiq etməsinə imkan yaradır. Təcrübə proqramları gələcək mütəxəssislərin ətraf mühitin qorunmasına yönəlmiş fəaliyyətlərə hazırlanmasına xidmət edir. Bu isə dayanıqlı inkişafın təmin edilməsinə töhfə verir.