Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə universitetin müxtəlif vəzifələrdə çalışan bir qrup xanım əməkdaşı ilə görüşüb.
Görüş zamanı Y.Ömərov Azərbaycan qadınının ölkəmizdə və cəmiyyətdə rolundan, aktiv fəaliyyətindən danışıb. Bildirib ki, mərhəmət, xeyirxahlıq kimi yüksək bəşəri, zəngin mənəvi, əxlaqi dəyərlərə malik Azərbaycan qadını bu gün bütün sahələrdə uğurla təmsil olunur. Y.Ömərov qeyd edib ki, qələbəmizin qazanılmasında, ərazi bütövlüyümüzün bərpa olunmasında qadınlarımızın da özünəməxsus payı var. Çünki, məhz onların dünyaya gətirdiyi, böyüdüb boya-başa çatdırdığı, vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların qəhrəmanlığı, şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilib.
Y.Ömərov görüşdə iştirak edən xanım əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, uzun ömür və can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Texnologiya Universitetinin 55 illik yubileyi çərçivəsində baş tutacaq "GreenTech II" Startap və yaşıl texnologiyalar müsabiqəsinə dəstək verənlər qurumlar sırasına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də qoşulub.
Müsabiqənin sponsorları siyahısı da genişlənib. Tədbirdə "Coca-Cola", "Lenovo", "Baku Electronics", "AZGRANATA" və "ATS Food" da sponsor qismində çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Coca-Cola", "Lenovo", Səhliyalı, "Baku Electronics", "AZGRANATA" və "ATS Food"un sponsorluğu ilə baş tutacaq yarışın final mərhələsi 17 aprel 2025-ci ildə Gəncə şəhərində, Azərbaycan Texnologiya Universitetində keçiriləcək.
Tələbələr qeydiyyat, eləcə də müsabiqənin kateqoriyaları ilə bağlı ətraflı məlumat əldə etmək üçün QR kod və ya atu.edu.az/greentech linkindən istifadə edə bilərlər.
Qeydiyyat 17.02.2025-ci tarixindən başlayacaq və 07.04.2025-ci il tarixinədək davam edəcəkdir.
Bütün ali təhsil müəssisələrinin tələbələrini müsabiqədə iştirak etməyə dəvət edirik.
Qeyd: Tələbələr üçün Bakıdan Gəncəyə və əks istiqamətə transfer təşkil olunacaqdır.
Bu təşəbbüs SDG 9 (Sənaye, innovasiya və infrastruktur), SDG 13 (İqlim dəyişikliklərinə qarşı mübarizə) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə uyğunluq təşkil edir. Yaşıl texnologiyalar sahəsində innovativ ideyaların dəstəklənməsi ekoloji problemlərin həllinə yönəlmiş praktik yanaşmaların inkişafını stimullaşdırır. Müxtəlif qurumların prosesə cəlb olunması bilik və resursların inteqrasiyasını gücləndirir. Bu isə dayanıqlı və ekoloji yönümlü iqtisadi modelin formalaşmasına töhfə verir.
İclasda kafedranın professor-müəllim heyəti iştirak edib. Kafedra müdiri prof. Elşad Məmmədov iclası açıq elan edib.
Gündəlikdə duran müxtəlif məsələlərə toxunulub, yaz imtahan sessiyasına dair testlərin hazırlanması prosesinin gedişatı, açıq dərslər, keçirilən seminarlarla bağlı müzakirələr aparılıb. İrad və təkliflər bildirilib.
Sonda müəllimləri maraqlandıran müxtəlif məsələlərə dair suallar cavablandırılıb.
Prof. Elşad Məmmədov bütün müəllimlərə öz tövsiyələrini verib və onlara fəaliyyətlərində uğurlar diləyib.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 13 (İqlim dəyişikliklərinə qarşı mübarizə) məqsədləri ilə əlaqələndirilə bilər. Akademik mühitdə aparılan müzakirələr tədris keyfiyyətinin yüksəldilməsinə və müasir çağırışlara uyğunlaşmaya xidmət edir. Ekoloji istiqamətli mövzuların diqqətdə saxlanılması tələbələrin bu sahədə biliklərinin dərinləşdirilməsinə imkan yaradır. Bu yanaşma gələcəkdə ekoloji məsuliyyətli mütəxəssislərin yetişdirilməsinə zəmin yaradır.
Azərbaycan Texnologiya Universiteti (ATU) və “Qərbi Azərbaycan İcması”nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin əvvəlində Qərbi Azərbaycanda toponimlərin ermənilər tərəfindən dəyişdirilməsindən bəhs edən videoçarx izlənilib. Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov çıxış edib, Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış siyasətindən danışıb. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında olan Qarabağ və Şərqi Zəngəzurun azad olunması təkcə torpaq azadlığı deyil, həm də Azərbaycanın gələcək siyasətinin yeni mərhələsi idi. İndi dövlətimizin əsas prioritetlərindən biri tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışı təmin etməkdir.
Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Adil Tağıyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qərbi Azərbaycan İcması Gəncə şəhər nümayəndəliyinin rəhbəri prof.Mübariz Yusifov, müavini Arifə Əhmədli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü prof. Bayram Apoyev, ATU-nun dosentləri – Qərbi Azərbaycan nümayəndəsi Zərdan Səmədov və Qərbi Azərbaycan İcmasının üzvü İrşad Abbasov çıxış edərək Ermənistanın Qərbi azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya siyasətindən, soydaşlarımıza qarşı törədilən vandalizm aktlarından, tarixi torpaqlarımızın adlarının dəyidirilməsindən danışıb, bu cür tədbirlərin keçirilməsində məqsədin məhz Qərbi Azərbaycan həsrəti ilə yaşayan azərbaycanlıların haqq səsini eşitdirməkdən, tarixi ədalətin bərpa ediləcəyi günün hər keçən gün daha da yaxınlaşdığını diqqətə çatdırmaqdan ibarət olduğunu bildiriblər.
Bu təşəbbüs SDG 9 (Sənaye, innovasiya və infrastruktur), SDG 13 (İqlim dəyişikliklərinə qarşı mübarizə) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə uyğunluq təşkil edir. Yaşıl texnologiyalar sahəsində innovativ ideyaların dəstəklənməsi ekoloji problemlərin həllinə yönəlmiş praktik yanaşmaların inkişafını stimullaşdırır. Müxtəlif qurumların prosesə cəlb olunması bilik və resursların inteqrasiyasını gücləndirir. Bu isə dayanıqlı və ekoloji yönümlü iqtisadi modelin formalaşmasına töhfə verir.
Azərbaycan Texnologiya Universitetinin əməkdaşı İsmayılov İsmayıl dövlət satınalmaları sahəsində peşəkar biliklərini artırmaq məqsədilə beynəlxalq təlim proqramında iştirak edib.
Belə ki, BMG International tərəfindən təşkil olunan “State Procurement” (Dövlət satınalmaları) proqramı çərçivəsində keçirilən təlim 15 yanvar – 14 fevral 2025-ci il tarixlərini əhatə edib. Proqram müddətində iştirakçılara dövlət satınalmalarının hüquqi bazası, tender prosedurları, satınalma prosesinin idarə olunması və müasir yanaşmalar barədə ətraflı biliklər təqdim olunub. Təlim proqramını uğurla başa vuran əməkdaş yekunda müvafiq sertifikata layiq görülüb.
Qeyd edək ki, əldə olunan bu nailiyyət universitetdə satınalma proseslərinin daha effektiv və şəffaf təşkili baxımından mühüm əhəmiyyət kəsb edir, eyni zamanda əməkdaşın peşəkar inkişafına mühüm töhfə verir.
Qeyd edək ki, əldə olunan bu nailiyyət universitetdə satınalma proseslərinin daha effektiv və şəffaf təşkili baxımından mühüm əhəmiyyət kəsb edir, eyni zamanda əməkdaşın peşəkar inkişafına mühüm töhfə verir. Bu cür təşəbbüslər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən olan Məqsəd 4 (Keyfiyyətli təhsil), Məqsəd 8 (Layiqli iş və iqtisadi artım) və Məqsəd 16 (Sülh, ədalət və güclü institutlar) istiqamətlərinə uyğun olaraq bilik və bacarıqların artırılmasına, şəffaf idarəetmənin təşviqinə və institusional inkişafın gücləndirilməsinə xidmət edir.
Azərbaycan Texnologiya Universitetində "Təlimdən Karyeraya 2" layihəsinin məlumatlandırma günü keçirilib.
27.02.2025-ci il tarixində Azərbaycan Texnologiya Universitetində "Synergia Academy" və "Tabia Group"un birgə təşkil etdiyi "Təlimdən Karyeraya - 2" layihəsinin məlumatlandırma günü keçirildi. Tədbirdə layihənin məqsədləri, iştirakçılara təqdim olunan imkanlar və seçim prosesi haqqında geniş məlumat verilib.
Layihə 18-30 yaş aralığında olan orta ixtisas və ya ali təhsilli şəxslərə yönəlib. 3-6 ay davam edəcək təlim proqramı müxtəlif mərhələlərdən ibarətdir və iştirakçıların bilikləri imtahanlarla qiymətləndiriləcək. Proqramı uğurla tamamlayan iştirakçılar "Tabia Group"un hotellərində iş imkanı əldə edəcəklər.
Tədbirdə çıxış edən nümayəndələr layihənin nəzəri və praktiki bilikləri birləşdirməklə gənclərin karyera inkişafına töhfə verdiyini vurğuladılar. "Tabia Group"un əməkdaşı şirkətin hotelçilik sahəsində iş imkanları və peşəkar kadrların inkişafına verdiyi dəstək barədə məlumat verib.
Layihəyə qoşulmaq üçün CV-lərinizi hr@synergia.az ünvanına göndərə və ya https://shorturl.at/pAwmt linki vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
Layihə gənclərin əmək bazarına inteqrasiyasını dəstəkləyərək onların praktiki bacarıqlar qazanmasına şərait yaradır.
Bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) istiqamətləri ilə birbaşa səsləşir. Təlim proqramının strukturunda nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması iştirakçıların peşəkar kompetensiyalarının formalaşmasına imkan yaradır. Layihə çərçivəsində real iş mühiti ilə tanışlıq gənclərin əmək bazarına adaptasiyasını sürətləndirir. Bu yanaşma uzunmüddətli məşğulluq imkanlarının genişlənməsinə və insan kapitalının keyfiyyətcə inkişafına xidmət edir.